PDF Oxu

Müxalifət

  • 12

Müxalifət mətbuatı peşə davranışı qaydalarına niyə əməl etmir?

Müxalifət mətbuatı peşə davranışı qaydalarına niyə əməl etmir?
Uzun illərdir ki, yol gəlsə də, radikal müxalifət bu yolda şərəfsiz, yaramaz əqidəsini dəyişməyib. Eyni xislət, eyni gediş. Arqumentləri olmayanda radikallar təhqirə, şantaja keçirlər. İyirmi il əvvəl də belə idilər, indi də belədirlər. Radikal müxalifət əxlaqsız əməllərinə təsir altında saxladıqları mətbu orqanlarını da şərik edirlər. Bu, o qəzetlərdir ki, əgər Azərbaycanla bağlı hər hansı bir beynəlxalq, yaxud qeyri-hökumət təşkilatları cəfəngiyyat xarakterli açıqlama verərlərsə, müxalifət qəzetləri bundan şou yaradırlar.
Mətbuatda peşə-etik normaları və qaydalarına riayət olunması" fikrini ortaya atan müxalifət mətbuatı, görəsən, jurnalistlərin peşə davranış qaydalarına niyə əməl etmir? "Yeni Müsavat"la "Azadlıq" hər gün bir dövlət orqanlarının fəaliyyəti ilə bağlı şər-böhtan xarakterli məlumatlarını manşetə çıxarırlar. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Səs" qəzetinə verdiyi açıqlamada müxalif qəzetlərinin tapşırıq əsasında "qara piar" kampaniyası apardıqlarını bildirdi. Baş redaktor "qara piar" aparan radikal müxalifət mətbuatının fəaliyyətini "reket"çilik adlandırdı və bu adamların peşəkarlıqlarının artırılmasını vacib hesab etdi. Həmçinin, E.Mirzəbəyli seçki öncəsi mətbuat səhifələrində "qara piar" kampaniyalarının dayandırılması ilə bağlı müzakirələrin aparılmasının vacibliyini vurğuladı: "Bu gün özünü müxalifət adlandıran siyasi partiya sədrlərinin nəzarəti altında olan mətbuat orqanlarında mütəmadi olaraq ayrı-ayrı insanlar haqqında böhtan xarakterli yazılar dərc edirlər. Bu, bu gün və dünən olan proses deyil, illərdir ki, baş verir. Bir də, istənilən məqaləni hazırlayarkən ədəbli olmaq vacib məsələ olsa da, bu simasızlar bu ədəbdən çox-çox uzaqdırlar. Burada iki məqam var: birincisi, həmin mətbuat orqanlarını himayə edən qrupların maraqlarını təmin etmək, onların siyasi rəqiblərini gözdən salmaq. Təbii ki, burada müəyyən xarici təsirlərin də rolu var. İkinci istiqamət isə, maddi maraqların təmin olunmasından ibarətdir. Bu iki məsələ reketçiliyin əlamətidir".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev müxalifətin yalan və böhtan üzərində qurduğu siyasəti tənqid edərək, bildirdi ki, siyasi mübarizə apardıqda da düzgün yol seçmək lazımdır. "Qara piar"la siyasi müxalifətçilik mövqeyini bir-birindən ayırmaq lazımdır. Siyasi müxalifətçilik konstruktiv istiqamətdə aparılmalıdır. Heç bir kəsə icazə verilmir ki, kiminsə şəxsiyyətini təhqir edən yazılarla çıxış etsin. Təəssüf ki, bu gün siyasi müxalifətçilik açıq-aşkar "qara piar"la müşahidə olunur və bəzi hallarda "qara piar" siyasi müxalifətçiliyin bir ifadə üsuluna çevrilir. Bu isə, olduqca ziyanlı, deyərdim ki, sadəcə, tərbiyəsizlikdir. Əlbəttə, seçkiqabağı Azərbaycan mətbuatında "qara piar"ın ayaq açması düşündürücü məsələdir. Bu gün Mətbuat Şurasının reketçiliyə qarşı çox böyük nailiyyətlər əldə etdiyi bir vaxtda "qara piar"ın yeni dalğasının üzə çıxması düşündürücü görüntüdür. Mən də inanıram ki, Azərbaycan mətbuatında seçkiqabağı reketçiliklə "qara piar" dalğası mümkündür ki, vahid bir mərkəzdən idarə olunur. Amma bütün bu çirkin oyunların qarşısı alınmalıdır. Elə bu məqsədlə də Mətbuat Şurasının bu günlərdə ATƏT-lə birlikdə jurnalistin peşə kodeksi ilə bağlı qəbul etdiyi qərarda, fikrimcə, "qara piar"Azərbaycana qarşı aparılan mübarizənin əsas nəticəsidir. Lakin bütün bunlarla yanaşı, belə bir qənaətdəyəm ki, nə qədər ki, ayrı-ayrı siyasi təşkilatların təsiri altında mətbuat orqanları göstərişlərə əməl edir və imkanlı şəxslərin çirkin niyyətlərini həyata keçirmək üçün yazılar verir. Azərbaycanda mütəmadi olaraq "qara piar"a rast gələcəyik. Bundan çıxış yolu həm rəsmi, həm də faktiki olaraq bütün mətbuat orqanları siyasi partiyaların təsir dairəsindən və tabeçiliyindən çıxmalı, müstəqil formada fəaliyyət göstərməlidir. Yalnız bu halda biz ölkədə narazıçılıq törədən "qara piar"ın qarşısını almış olarıq. Bütünlükdə "qara piar"ın əleyhinəyəm. Çünki bu gün çirkin niyyətlərlə verilən yazının sabah onun çap olunması nə cəmiyyət üçün əhəmiyyətlidir, nə də həmin qəzetə başucalığı gətirmir. Şəxsiyyət əleyhinə hər hansı bir insanların qeyrət və şərəfinə qarşı "qara piar"ın arxasında xüsusi adamların dayandığına da əminəm.
"Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev də seçkiərəfəsi müxalifət mətbuatının çirkin kampaniyanın aparılmasında alət olduqlarını bildirdi. Qeyd etdi ki, müxalifət seçkiərəfəsi mövsümü xarakterli belə bir yol getməyə adət edib. İstər 2000, istər 2003, istər 2005 və istərsə də, 2008-ci illərdə böhtan və yalan dolu yazıları qəzetin manşetinə həmişə çıxarıb və bu gün də seçkiərəfəsi bu mövsümü xarakterli oyunlarını oynayırlar. "Qara piar" kampaniyası, ölkənin güclü siyasi qurumu olan Yeni Azərbaycan Partiyasına qarşı aparılır. Bu kampaniyanı aparanlar yaxşı bilirlər ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib partiya olub və ona alternativ olan heç bir qüvvə yoxdur. Şübhəsiz ki, Mətbuat Şurası da müxalifət mətbuatında kütləvi xarakter alnan "qara piar" kampaniyasına qarşı mübarizəsini gücləndirməlidir. Sabit şəraitdə yaşayan Azərbaycanda belə iyrənc kampaniyaların qarşısı alınmalıdır.
"Mövqe" qəzetinin baş redaktoru İlham Ələsgərli də müxalifət qəzetlərinin ənənvi amplualarından çıxış etdiklərini bildirdi:
- Müxalifət mətbuatının bu gün yazdıqlarını sabah təkzib etmələri onların "sadiq" olduqları adətlərindən irəli gəlir. Həmin qüvvələr, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı parlament seçkiləri ərəfəsi də tapşırıq əsasında "qara piar" kampaniyası aparırlar. Elə bunun nəticəsidir ki, insanlar müxalifət mətbuatını şər-böhtan yuvası hesab edirlər. Vaxtaşırı olaraq müxalifət mətbuatında yoxlanılmamış faktlar əsasında palaz-palaz yazılar dərc edirlər. Səhərisi gün isə həmin xəbərin təkzibini verirlər. Bu isə həmin qəzetin öz-özünün ifşası deməkdir.

Digər xəbərlər