PDF Oxu

Müxalifət

  • 8

“Azadlıq" və "Yeni Müsavat" qəzetləri mənəvi terrorçuya çevrilib

“Azadlıq" və "Yeni Müsavat" qəzetləri mənəvi terrorçuya çevrilib
Bu gün Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinini hüquqi təminatlarda tapır. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi inkişafında liberal dəyərlərin bərqərar olması, söz və mətbuat azadlığının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycanda söz, fikir və mətbuat azadlığı üçün yaradılmış liberal və tolerant mühitdən öz məqsədləri üçün istifadə edən radikal müxalifət mətbuatının təmsilçiləri öz liderlərini yenidən ictimai fikrin diqqətinə qaytarmağa çalışır. Bu sahədə təbliğatı üzərinə götürən radikal qəzetlərin tutduğu yol ifrat siyasiləşərək cəmiyyətdə daxili narazılığı gücləndirib. Azərbaycanda dövlətçilik əleyhinə radikal siyasi mövqe tutan müxalifət mətbuatı söz və məlumat azadlığından sui-istifadə etməklə oxucu auditoriyası qazanmaq, gündəmdə qalmaq niyyəti güdürlər. Son günlər bir sıra mətbuat orqanları, xüsusilə də, müxalifət qəzetləri etik normalara, mənəvi-əxlaqi dəyərlərimizə zidd informasiyalar yaymaqla, peşəkarlıq, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq fəaliyyətə əsaslanan yol tutub. Müxalifət mətbautında özünü qabarıq göstərən ən böyük problem də məhz peşə etikasının pozulması hallarıdır. Radikal müxalifət düşərgəsində təmsil olunan çap və ellektron mətbuatın ifrat siyasiləşməsi dövlətçilik əleyhinə təhlükəli məqam yaradır. Bu vəziyyət oxucu auditoriyası qazanmaq, gündəmdə qalmaq niyyəti güdən nəşrlərin mətbəxində çalışan jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olmasından qaynaqlanır. Radikal müxalifətin təsir dairələrində olan nəşrlərin məkrli siyasi maraqları nihilizm, inkarçılıq, pozitiv proseslərə neqativ rakursdan yanaşma üzərində qurulub. Söz azadlığından sui-istifadə edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri hər bir vətəndaşın şərəf və ləyaqətinin ölkə Konstitusiyası ilə qorunduğunun fərqinə varmadan Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan yazılar dərc etməkdən də çəkinmirlər. Əli Kərimovun və İsa Qəmbərovun nəzarətində olan sözügedən qəzetlərin Azərbaycanda guya söz və mətbuat azadlığının pozulduğu barədə yanlış rəy formalaşdırmaq cəhdləri müxtəlif beynəlxalq təşkilatlara, jurnalist birliklərinə qərəzli, yalan və birtərəfli informasiyalar üzərində qərar tutub. 1991-1993-cü illərdə, AXC hakimiyyəti dövründə baş verən hadisələri saxtakarlıqla təbliğ edən "Azadlıq" və "Yeni Müsavat" qəzetləri bununla xalq tərəfindən tarixin arxivinə göndərilmiş siyasətçiləri yenidən ictimai fikrin diqqətinə qaytarmağa çalışır, həqiqətin nədən ibarət olduğunu isə yazmaqdan imtina edirlər. Bir qrup jurnalisti öz təsir dairəsinə salan AXCP-(i) sədri Əli Kərimov "Azadlıq" qəzetində onun siyasi maraqlarına cavab verən mövzularda yazılar yazdırmaqla, özünü cəmiyyətə sırımağa cəhd göstərir. Müxalifət düşərgəsində cərəyan edən hadisələr müxalifət liderlərindən başqa ictimai rəyə təsir etmə imkanları məhdud olan qəzetlərdə dərc olunan fikirlərin müəlliflərinin kimliyi bu fonu daha aydın əks etdirir. Mütəmadi olaraq özlərinin prinsipcə mahiyyətini ortaya qoyan "Azadlıq" və "Yeni Müsavat" qəzetləri yalnız texniki detallarına görə fərqlənir. Dövlətçilik əleyhinə kampaniya aparan bir qrup simasız müxalifətin Azərbaycanda söz azadlığını müdafiə etmək adı altında destruktiv fəaliyyəti antimilli zəmində siyasi məqsədlərə hesablanıb. Ə.Kərimov və İ.Qəmbərov inhisarında olan "informasiya mənbələri"nin ictimaiyyətdə çaşqınlıq yaratmaq, hakimiyyətdə yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri haqqında yalnız şayiələrə söykənən fikirləri dəfələrlə təkrarlamaq yolu ilə mənfi rəy formalaşdırmaq cəhdi qara piar məqsədi daşımaqdadır. Jurnalist fəaliyyəti ilə heç bir araya sığmayan cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatı prosesinə əngəl yaradan müxalifətin "mətbuat azadlığı"na, hakimiyyət məmurlarının, ictimai-siyasi xadimlərin dözümlü yanaşması onları daha da ruhlandırır. Azərbaycan Konstitusiyanın 32-ci maddəsinə görə, hər kəsin şəxsi toxunulmazlıq, o cümlədən, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə qadağandır. Eyni zamanda, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Konstitusiyamızın 46-cı maddəsi ilə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Bu maddədə göstərilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Buna baxmayaraq, Azərbaycanda neqativ meyillərin məsuliyyətsiz və qeyri-peşəkar jurnalistlərin cəmləşdiyi radikal müxalifətin himayəsi altından destruktiv fəaliyyət göstərən bu mətbuat orqanları ayrı-ayrı nüfuzlu şəxslərin, xüsusilə, dövlət orqanları rəhbərlərinin şəxsi və ailə həyatına kobud müdaxilə edir, onları "mənəvi terror"a məruz qoyur. Parlament seçkiləri yaxınlaşdıqca siyasi sifariş əsasında yalan, şantaj və böhtan xarakterli materialların dərc olunması Azərbaycanın demokratik imicinə zərbə vurmaqla siyasi dividend əldə etmək prinsipindən qaynaqlanır.

Digər xəbərlər