PDF Oxu

Müxalifət

  • 8

Sabiq cəbhəçilər heç cür yola gedə bilmirlər

Sabiq cəbhəçilər heç cür yola gedə bilmirlər
Bir neçə müddətdir ki, radikal düşərgədə bulanıq suda balıq tutmaq həvəsinə düşən bəzi işbazlar özlərindən müxtəlif hoqqalar uydururlar. Onlar gah birləşmədən, gah da, əməkdaşlıqdan danışıb süni şoular düzənləməklə diqqəti cəlb etməyə çalışırlar. Sirk meymunları kimi atılıb-düşən radikal yetkililəri payızda keçiriləcək parlament seçkiləri ərəfəsi bu cür çirkin oyunlar çıxarmaqla, hələ də, "var" olduqlarını sübut etməkdə niyyətlidirlər. Amma onların bu atraksionlarına özlərindən başqa heç kim fikir verib, diqqət göstərmir. Yayın istisində onların tər töküb meymunluq etmələri radikalların özlərinə qalır. Çünki radikallar bu cür hərəkətləri ilə cəmiyyətin birdəfəlik nifrəti ilə əhatə olunduqlarından, onlara maraq çoxdan itib.
Ona görə də, bu gün radikal düşərgədə baş verən bütün eybəcərliklər ancaq özünüinkar, özünütəcrid prinsipi üzərində qurulub. Bu baxımdan da, bu gün və sabah düşərgədə baş verən istənilən iyrənc hərəkət müxalifətin özü üçün problem mənbəyidir. Amma maraq kəsb edən digər bir məqam isə ondan ibarətdir ki, bu gün radikal düşərgədə olan bir neçə riyakar şəxslər hələ də, abır-həya etmədən müəyyən iddialarla çıxış edirlər. Onların sırasında, həmişə olduğu kimi, özünün bütün çirkin əməlləri ilə fərqlənməyə çalışan AXCP (i) sədri Əli Kərimovla, Müsavat başqanı İsa Qəmbərov fəaliyyətlərinin sonuncu akkordlarını yaşadığından, onlar üçün artıq sonuncu notlar çalınmaqdadır. Bütün bunlara baxmayaraq, AXCP (i) sədri ilə Müsavat başqanı gethaget məqamlarında yenə də, özlərindən "yeni Amerika kəşf" edib partiyalarını birləşdirib, bir partiya yaratmaq eşqinə düşüblər. Hərçənd ki, onların özləri də bilir ki, bu "sevda" baş tutan deyil. Amma necə deyərlər, dəyirman öz işindədir, çaxçax baş ağrıdır. Kərimovla Qəmbərovun birliyi, məşhur bir mahnıda deyildiyi kimi "yaxınlaşaq, qucaqlaşaq, doğmalaşaq, gəl əbədi qoşalaşaq, axırda da, dombalaq aşaq" ideyası əvvələcədən söz yığınından ibarət idi, bu gün də söz toplusu olaraq qalmaqdadır. Çünki bu "sevda"nın baş tutacağını onlar hamıdan yaxşı bilir. Sadəcə olaraq, şou müğənniləri özlərinə pulla müvəqqəti ər tutan kimi Ə.Kərimovla İ.Qəmbərovda öz aralarında süni izdivac yaradıblar. Maraqlısı ondan ibarətdir ki, şou biznes təmsilçiləri bu cür bazarlığın müqabilində "mən nə vaxtsa, ərdə oldum, amma ərim narkoman çıxdı, neyləyim" deyə bilir. Görəsən, Ə.Kərimovla İ.Qəmbərov sonluq bu cür olanda, hansı arqumenti gətirir. Yəqin ki, İ.Qəmbərov, Ə.Kərimovun narkoman olduğunu yox, başqa bacaraqsızlığını deyir. Elə bütün bu olanları olacaq səviyyəsinə gətirdiklərinə görə, onların başları daima küllüdür ki, gör hansı mətləbləri ortaya atıb reklam olunmaq istəyirlər.
Birləşməkdən danışa-danışa heç yaxınlaşa bilməyən AXCP (i), Müsavat, "KAXCP" arasında sular yenidən bulanıb. Son gönlər özünə qarşı olan bütün ittihamlara cavab verməmək barəsində bəyanat verən "KAXCP" sədri Mirmahmud Fəttayev AXCP (i) funksionerləri tərəfindən "topa" tutulub. Onun Qorbaçovu öldürmək lazımdır fikrinə qahmar çıxan AXCP (i)-nin sədr müavini M.Fəttayevi "terrorçuluqda" ittiham edib. O az qala ABŞ dövlət katibi Hillari Klintona məktub belə yazmağa çalışır ki, siz Əfqanıstanda, İraqda-zadda terrorçu axtarmayın, "terrorçunun böyüyü" M.Fəttayevdir. Bütün bunlarla kifayətlənməyən AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli "Yeni Müsavat" qəzetini başda Rauf Arifoğlu olmaqla ikiüzlülükdə ittiham edib. O, Müsavat-AXCP (i) yaxanlaşması ilə bağlı fikirlərinin adıçəkilən qəzet və onun rəhbərliyi tərəfindən təhrif edildiyini bildirib və buna görə onları əməlli-başlı söyüş atəşinə tutub. Məhz buradan da gün kimi aydın olur ki, Müsavat AXCP (i) yaxınlaşmasında problemlər günü-gündən böyüdüyündən onlar artıq itlə-pişik kimi yenidən bir-birini qapmaqdadırlar. Beləliklə də, müxalifət düşərgəsində ağız dolusu səslənən "superpartiya" yaratmaq ideyası da sabun köpüyü kimi yayın bu istisində yox olub getdi. Bütün bu olanları izləyərkən isə, artıq konkret nəticəyə gəlmək olur ki, radikal müxalifət düşərgəsi özünün çirkinlikləri və eybəcərlikləri ilə sonuncu dövrünü yaşayır.

Digər xəbərlər