PDF Oxu

Müxalifət

  • 13

Çirkli yollarla əldə olunan pullar AXCP (i)-yə və Əli Kərimova ötürülüb

Çirkli yollarla əldə olunan pullar AXCP (i)-yə və Əli Kərimova ötürülüb
Bu, bir faktdır ki, radikal müxalifət xalqa, dövlətə zidd xarici sifarişləri yerinə yetirmək üçün hər cür çirkin vasitə və yaramaz üsullardan istifadə etməkdən çəkinmir. Radikallar bu cür əxlaqsız fəaliyyətləri ilə cəmiyyətin mənfi rəyini qazansalar da, pula hərislik onları hədəflərindən imtina etməkdən çəkindirmir. Əksinə, yeni çirkin texnologiyalardan yararlanmaqla xarici ağalarına yarınmaq fəaliyyətlərini təkmilləşdirməyə çalışırlar. Bununla yanaşı, bəzi radikallar rəhbərlik etdikləri partiyaların maddi-texniki bazasını möhkəmləndirmək üçün terrorçu, təxribatçı, hətta quldurluq metodlarından istifadə edirlər. Hətta özgənin əmlakını əldə etmək üçün qrup da yaradırlar. Sərnişin təyyarəsində olan insanları girov götürərək peşəkar terrorçulardan geri qalmayan formada ultimativ tələblər də irəli sürürlər. Misal kimi, Müsavatın Culfa rayon təşkilatının sədri Mehdi Hüseynlinin Naxçıvan-Bakı sərnişin təyyarəsində olan insanları girov götürərək təyyarənin Türkiyəyə uçmasını göstərmək olar. Düzdür, Müsavat başqanı İsa Qəmbərovun terrorçu qrupunun üzvülərindən olan M.Hüseynli elə sadə vətəndaşlar olan sərnişinlər tərəfindən də zərərsizləşdirilmişdi. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cinayət işi araşdırılan AXCP (i) sədri Əli Kərimovun köməkçisi Qabil Məmmədrzayevin bir qrup şəxslə quldur dəstəsi yaradaraq ayrı-ayrı insanların əmlakını quldurluq yolu ilə ələ keçirməyə cəhd göstərməsi də radikal müxalifətin planlarını yerinə yetirmək üçün hər cür vasitələrdən istifadə etməkdən çəkinmədiklərin göstərir.
Bu yerdə bir nüansı qeyd etmək yerinə düşər ki, üç-dörd ay əvvəl AXCP (i) funksionerləri şəhərin mərkəzində qərargah alacaqlarını bəyan etmişdirlər. Keçmiş cəbhəçilərdən biri isə qərargahın cinayət yolu ilə əldə olunan pullar vasitəsi ilə alınacağına dair fikirlər səsləndirmişdi. Həmin vaxlar keçmiş cəbhəçinin fikirlərinə bir o qədər əhəmiyyət verilməsə də, indi məlumatın əsaslı olduğu üzə çıxır. Məlum olur ki, həqiqətən də, Ə.Kərimovun fəaliyyətlərini koordinasiya etdiyi quldur dəstəsi fəaliyyət göstərib. Bu dəstəyə köməkçisi Q.Məmmərzayevin rəhbərlik etməsi artıq ibtidai istintaq tərəfindən də sübuta yetirilib. Məhkəmənin də bu istintaqın gəldiyi rəyi təsdiq edəcəyi şübhəsizdir. Hələlik isə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses gedir.
Qeyd etmək yerinə düşər ki, həmin cinayət işi 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri Cavadxan küçəsi ev 36-da yerləşən 52 saylı mənzilindən quldurluq yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə başlanılmışdır. Aparılmış ibtidai istintaq nəticəsində quldurluq cinayətinin Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlu tərəfindən törətmələri müəyyən edilmişdir.
29 noyabr 2009-cu il tarixdə Məmmədrzayev Qabil Həsən oğlu şübhəli şəxs qismində tutulmuşdur. 30 noyabr 2009-cu il tarixdə Q.Məmmədrzayev təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, 30 noyabr 2009-cu il tarixdə isə Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehralıyev, Elnur Mirzəliyev və Hüseyn Qurbanov qabaqcadan əlbir olaraq qrup halında Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri Cavadxan küçəsi ev 36 mənzil 52-də olan külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə razılığa gəlmişlər.
Belə ki, 2009-cu ilin noyabr ayının əvvəllərində Mirzə Ağayev əvvəllər sürücüsü işlədiyi Ruqiyyə Məmmədovanın imkanlı və yaşadığı Bakı şəhəri Cavadxan küçəsi ev 36 mənzil 52-də külli miqdarda pulun olmasını Qabil Məmmədrzayevə deyərək, həmin pulu qanunsuz yolla ələ keçirmək barədə onunla qabaqcadan əlbir olumuş, binanın, mənzilin yerləşdiyi yeri, mənzildə yaşayan ailə üzvlərinin sayı və nə işlə məşğul olması barədə məlumat verməklə Ruqiyyə Məmmədovanın fotoşəklini ona vermiş, Q.Məmmədrzayev isə cinayət əməlini başqa şəxslərin törədəcəyini və əldə olunan puldan ona 10.000 ABŞ dolları verəcəyini vəd etmişdi.
Bundan sonra, Qabil Məmmədrzayev Bakı şəhəri Cavadxan küçəsi ev 36 mənzil 52-də külli miqdarda pulu basqın yolu ilə ələ keçirmək barədə Racu Mehralıyevlə razılığa gəlmiş və həmin yeri 2009-cu ilin əvvəllərində sonuncuya göstərmiş, Ruqiyyə Məmmədovanın fotoşəklini ona vermiş, sonra R.Mehralıyev 2009-cu ilin noyabr ayının ortalarında binanın ətrafında pusqu quraraq, mənzildə yaşayanların evdən nə vaxt çıxmasını və qayıtmasını dəqiqləşdirərək Elnur Mirzəliyev və Hüseyn Qurbanovdan ibarət qrup təşkil etmişdir.
23 noyabr 2009-cu il tarixdə saat 12.00-da Elnur Mirzəliyev Bakı şəhəri Nəsimi rayonu metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında Racu Mehralıyev və Hüseyn Qurbanovla görüşərək, əvvəlcədən razılaşdıqları kimi, binanın yanında gözləmiş, Racu Mehralıyev isə Ruqiyyə Məmmədovanın oğlu Azadlı Qədir Azad oğlunun təhsil aldığı 54 №-li orta məktəbdən yaşadığı binaya kimi təqib edərək gəldiyini işarə etdikdən sonra hadisə yerinə yaxın yerdə dayanaraq gözləmiş, saat 13.40-da o Hüseyn Qurbanov mənzilin giriş qapısından içəri girmək istəyən yetkinlik yaşına çatmayan Azadlı Qədir Azad oğlu və sonuncunun sinif yoldaşı Kərimli Əmir İbrahim oğlunu zorla içəri salaraq, basqın yolu ilə qanunsuz olaraq daxil olmuş, Hüseyn Qurbanov özü ilə gətirdiyi silah qismində istifadə olunan tapançanı Qədir Azadlı və Əmir Kərimliyə tuşlayaraq həyat və sağlamlıqlarına xətər yetirmək hədəsi ilə təhlükəli zor tətbiq edərək sakit durmağı tapşıraraq onların yanında dayanmış, o, isə yataq otağına, otağın qapısını sındırmaq yolu ilə daxil olaraq, həmin otaqda paltar şkafının içərisində, salafan torbada olan 200.000 ABŞ dollarını, 50 manat dəyərində "Sony" markalı videokameranı, 1000 manat dəyərində qızıl və zinət əşyalarını, 30 manat dəyərində büjiteriya, həmin otaqda çarpayının yanında olan şkafdan 9600 ABŞ dolları və 1500 manat pulu götürdükdən sonra özləri ilə gətirdikləri skoçla Azadlı Qədir Azad oğlu və Kərimli Əmir İbrahim oğlunun əl-qolunu bağlayaraq hadisə yerindən getməklə, zərər çəkmiş şəxs Ruqiyyə Məmmədovaya külli miqdarda ziyan vurmaqla quldurluq etmişlər.
Bundan başqa, Elnur Mirzəliyev qanunsuz olaraq 3 ədəd 9 mm kalibrli, həmin kalibrə malik "Makarov" və "Steçkin" tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronları və soyuq silah hesab edilən kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik kasteti (beşbarmağı) əldə etmiş, yaşadığı Bakı şəhəri Y.Günəşli qəsəbəsi "D" massivi mənzil 75-də saxlamış, 27 noyabr 2009-cu il tarixdə həmin mənzildə axtarış keçirilərkən göstərilən patronlar və kastet aşkar edilərək götürülmüşdür.
Cinayət işi üzrə 19 iyul 2010-cu il tarixdə ittiham aktı tərtib olunmuşdur. 22 iyul 2010-cu il tarixdə ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.
Avqustun 3-də cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilmiş və məhkəmə baxışının avqustun 12-də keçirlməsi nəzərdə tutulsa da, zərəçəkənin məhkəməyə gəlməməsi səbəbindən, proses avqustun 18-nə qədər təxirə salınmışdır.

Digər xəbərlər