PDF Oxu

Müxalifət

  • 7

İsa Qəmbərov Əli Kərimovu nəzarətdə saxlayır

İsa Qəmbərov Əli Kərimovu nəzarətdə saxlayır
Parlament seçkiləri ərəfəsində "vahid namizəd" məsələsinin yenidən gündəmə gəlməsi radikal müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxarıb. Seçkilərdə iştirakla bağlı konkret mövqeyin ortada olmaması düşərgədə ciddi problemlərin yaşandığından xəbər verir.
Müxalifət təmsilçiləri ölkə rəhbərliyinin seçkiöncəsi yaratdığı demokratik şəraitdən istifadə etmək əvəzinə mücərrəd ideyalar ətrafında spekulyasiyalar edirlər. Bu ərəfədə "vahid namizəd" məsələsinin yenidən gündəmə gəlməsi partiyalararası münasibətlərin qarşıdurma müstəvisinə qalxmasına gətirib çıxarıb. Eyni siyasi çətir altında fəaliyyət göstərməyə çalışan radikallarla prosesdə iştirak etməyə qərarlı olan siyasi partiya təmsilçiləri arasında yaranan anlaşılmazlıq seçki öncəsi şəraiti dəyişir. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən tərəflər arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Partiya təmsilçiləri ayrı-ayrı mətbuat səhifələrində verdikləri açıqlamalarla bir-birilərini ifşa etməkdədirlər. Düşərgə daxilində müzakirələrin əsasını təşkil edən - AXCP (i) ilə Müsavatın birləşməsi, parlament seçkilərində əməkdaşlıq, yaxud bir blokda birləşmək ideyası ətrafında spekulyasiyalar edən Əli Kərimovun ətrafına başqan İsa Qəmbərovun cavabı birmənalıdır. İsa Qəmbərov birləşmə məsələsinə toxunarkən qeyd edir ki, AXCP (i)-nin ildönümündə verilən təklifdə parlament seçkilərindən sonrakı dövrü nəzərdə tutulub. Bununla yanaşı, Müsavata yaxın təhlilçilər Müsavat, AXCP (i) və "KXCP"-nin birləşməsinin daha uyğun və effektli ola biləcəyini qeyd edirlər. Bu istiqamətdə üçtərəfli müzakirələrdə üç təşkilatın seçkilərdə birgə iştirakı müzakirə predmeti deyil. Müsavatla AXCP (i) arasında gedən müzakirələr fonunda Müsavat "DUİ" ilə məsləhətləşmələr aparır. Radikal müxalifətin bir araya gəlməsi və seçkilərdə birgə iştirakın tərəfdarı kimi çıxış edən İsa Qəmbərovun Əli Kərimovu nəzarət altında saxlaması, Müsavatın "vahid namizəd" ideyasına hesablanıb. İsa Qəmbərov tərəfindən bu dəfə də ortaya "ideya" ətrafında tərəflər ən müxtəlif üsullardan istifadə etməklə bir-birilərinə təzyiqlər göstərməkdədirlər.
Müxalifət daxilində seçki öncəsi qeyri-müəyyənlik hökm sürməsi, seçkilərə qatılmaq niyyətində olan partiyalarla hələ də mövqelərində dəqiqləşdirmə apara bilməyən təşkilatlar arasında qarşıdurmanın güclənməsi düşərgənin acınacaqlı durumundan xəbər verir. Müxalifət düşərgəsində iki qütbə bölünən partiyaların rəhbər strukturlarında təmsil olunan şəxslərin özləri seçkilərdə müxalifətin şansının sıfıra bərabər olduğunu etiraf etməsələrdə son günlər müxalifət mətbuatında radikal düşərgə təmsilçilərinin verdikləri açıqlamalar baş verənlərə tam aydınlıq gətirir. Mövcud seçki qanunvericiliyi ölkədə parlament seçkilərinin demokratik, şəffaf keçirilməsinə tam təminat verdiyi halda, ölkədəki demokratik seçki mühitindən istifadə etmək əvəzinə radikal müxalifət təmsilçiləri müxtəlif qütblərə bölünərək əvvəlki ssenari üzrə qarşıdurmalara geniş rəvac veriblər. Cəmiyyət tərəfindən qəbul edilməyən radikal müxalifətin növbəti parlament seçkilərində siyasi iflasına aparan formal "birlik ideyası" müxalifət görüntüsü yaratmaq arzusundan qaynaqlanır. Bəzi xarici ölkələrdəki antiazərbaycançı şəbəkə ilə əlaqə quran və bundan şəxsi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələrin məqsədi beynəlxalq təşkilatların diqqətini seçki prosesinə çəkməkdir.
Beynəlxalq təşkilatların və böyük dövlətlərin yüksək təmsilçilərinin Azərbaycana gəlməsi və parlament seçkiləri ərəfəsində radikal müxalifətin təmsilçiləri ilə görüşməməsi düşərgə daxilində ruh düşgünlüyü yaradıb. Postseçki dövrünün reallıqları radikal müxalifətin pozucu xarakterini, ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribatçı addımları, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq cəhdləri özünü daha qabarıq göstərir. Seçki ərəfəsində yerli müxalifətə xaricdən dəstək verilməsində maraqlı olması, radikal düşərgənin seçkidə yerli sosial bazadan deyil, daha çox xarici amildən asılılığını göstərir. Bu faktı belə gizlətməyən radikal müxalifət təmsilçilərindən 1992-ci ildə müsavatçı Arif Hacıyev hakimiyyəti qəsb etmək üçün bir neçə ölkənin dəstəyini aldıqlarını açıqca bəyan edirdi. Azərbaycanın siyasi həyatında liberal iqtisadi münasibətlər, açıq vətəndaş cəmiyyəti, sivil siyasi mübarizə metodları, siyasi qüvvələrə rəqiblərini tənqid etmək deyil, bacarıq və qabiliyyət şərtləndirir. Ölkəmizin demokratik seçki tarixinin canlı iştirakçıları və şahidləri olan xalqa populist vədlər verən, çıxışlarını yalnız hakimiyyəti ittiham etmək üzərində quran, cəmiyyətə düşmənçilik ruhu aşılayan bu qüvvələr konkret proqramlara söykənmir. Müxalifətin bu reallığı nəzərə almayan siması ölkə vətəndaşlarının haqlı olaraq qınaq obyektinə çevrilməsi ilə nəticələnib. Xatırladaq ki, ötən seçki ərəfəsində normal seçki mübarizəsində Azərbaycanın bir müstəqil ölkə kimi köklü dövlətçilik maraqlarını firqə maraqlarına qurban verərək seçkilərin beynəlxalq təsisatlar tərəfindən keçirilməsini xahiş etmişdilər.

Digər xəbərlər