PDF Oxu

Müxalifət

  • 11

İsa Qəmbərovun piket şousu təşkil etməkdə marağı nədir?

İsa Qəmbərovun piket şousu təşkil etməkdə marağı nədir?
İyulun 31-də Müsavat, AXCP və "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyaların şəhərin mərkəzində icazəsiz mini aksiya keçirmək cəhdləri növbəti biabırçılıq mənzərəsi kimi yadda qaldı. Çünki ümumilikdə soial bazadan tamamilə məhrum olmuş müxalifət üçün istənilən formada aksiya və piketin məhz bu cür mənzərə ilə nəticələnməsi qaçılmazdır.
Son bir neçə aydır ki, iyulun 31-də keçiriləcək mitinqin səs-küyündən danışan müxalifət nəticədə sonluğu da öz bildikləri kimi yozmağa çalışır. Həmişə olduğu kimi, üç-dörd nəfərin iştirakı ilə hay-küy salaraq, öz mövcudluqlarını hiss etdirməyə çalışan müxalifətçilər xarici havadarlarının gözünə kül üfürməklə pul qoparmağa çalışırlar. Əks halda isə nə müxalifətin istənilən bir aksiya və piket keçirmək imkanı var, nə də ki, yayın bu istisində kimlərinsə bu aksiyada iştirakı mümkündür. Qeyd etdiyimiz kimi, bu aksiyalar, sadəcə olaraq, xarici havadarlardan alınmış pulun qarşılığında üzgörənlik etməkdən başqa bir şey deyil.
İyulun 31-də növbəti dəfə piket keçirməyə cəhd edən İ.Qəmbərov bu dəfə fərqi bir oyunla özünü gülüş hədəfinə çevirmiş oldu. Müsavatın aksiyasına AXCP (i) və "DUİ"-də dəstək vermək üçün pafoslu ifadələrlə küçə və meydanlarda səs-küy salmağı az qala böyük bir "iş" hesab edirlərmiş kimi, görüntü yaratmağa çalışdılar. Amma həmişə olduğu kimi, bu dəfə də müxalifət ənənəvi ampluasından kənara çıxa bilməyərək, növbəti dəfə cəmiyyətin qınağına tuş gəlmiş oldu. Oyuncaq aksiyadan sonra həmişəki qaydada tabeçiliklərindəki mətbu orqanlara informasiyalar ötürməklə növbəti "qəhrəman"lıqları barəsində boşboğazlıq edən "KAXCP" sədri M.Fəttayev, Müsavat başqanı İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov utopik ideyalardan dəm vurmağı özlərinə ar bilmirlər. Amma bütün bunlara bxmayaraq, cəmiyyətdə bu tiplərə münasibətdə heç bir dəyişiklik mövcud deyil. Onlar bu cür qondarma hərəkətləri ilə özlərinə qarşı nifrəti daha da artırmış olurlar. Ümumilikdə isə, bu gün müxalifətçilər öz aralarında guya normal münasibətlərin olması barədə uydurma xəbərlər yaysalar da, əslində, reallıq tamam başqa məsələdən xəbər verir. Çünki hazırda düşərgədə böyük problemin ilkin qığılcımları hiss olunmaqdadır. Müsavat və AXCP (i) aralarında müəyyən yaxınlaşmanın olmasını iddia etsələr də, onların münasibəti daha sərt sınaq qarşısında qalmalı olub. Belə ki, SOROS fondunun və ABŞ-ın digər qondarma təşkilatının ayırmış olduğu maliyyə yardımı Müsavat-AXCP (i) arasında əməlli-başlı problem yaradıb. Artıq tərəflər arasında münaqişənin ilkin qığılcımları baş verməkdədir.

Digər xəbərlər