PDF Oxu

Müxalifət

  • 10

Radikal müxalifət düşərgəsində qeyri-müəyyənlik

Radikal müxalifət düşərgəsində qeyri-müəyyənlik
Azərbaycanda anarxiya mühitinə son qoyulmasına, hüquqi, siyasi və iqtisadi sahədə islahatlara start verilməsinə, vətəndaş quruculuğu istiqamətində məqsədyönlü siyasətə qarşı radikal müxalifət dövlət- vətəndaş münasibətlərdə pozuculuq fəaliyyətlərini davam etdirir. Demokratik ölkələrdə müxalifət kölgə dövlət olaraq, ölkənin milli maraqlarından çıxış edərək, cəmiyyətdə dövlət vətəndaş münasibətlərinə öz töhfəsini verir.
Yaxın dünya tarixində Qırğızıstanda, Gürcüstanda, Ukraynada və digər ölkələrdə gedən demokratik proseslərə xarici ölkələrin müdaxiləsi, həmin ölkələrdə sosial-ictimai gərginliyin yaranmasına və vətəndaş-dövlət qarşıdurması səviyyəsinə qədər çatdı. Azərbaycanda isə ictimai-siyasi, sosial-iqtisadi durumu qiymətləndirmədən Ukrayna və Gürcüstandakı hadisələrdən ruhlanan radikal müxalifət ölkədə demokratik seçki mühitinin olmadığını bəyan edərək, bütün yerli və beynəlxalq təşkilatları öz ətrafında birləşdirmək üçün çağırışlar səsləndirməyə başladı. Belə olan halda, ölkədə demokratik mübarizəni təşkil edə bilməyən radikal müxalifət düşərgəsində təmsil olunan siyasi partiyalara inamın olmaması, onların daha da zəifləməsinə gətirib çıxardı. Sağlam və demokratik əsaslarla hakimiyyət və müxalifət arasında mübarizənin formalaşdırılmasında Azərbaycanın siyasi hakimiyyəti maraqlı tərəf kimi zaman-zaman fikirlər səsləndirib. Buna cavab olaraq, radikal müxalifət "demokratik planlar"ında dinc metodlara üstünlük verdiyini qeyd etsə də, iqtidarın müxalifətə güzəştə getməyəcəyini bildiridi. Azərbaycan müxalifəti sivil, qarşılıqlı anlaşma yolları yox, inqilabi metodları, qiyam, iğtişaş və xaosa üstünlük verdiyindən 2005-ci ildə siyasi baxımdan ağır məğlubiyyətə uğradı. Bu reallıqlar fonunda isə seçkidən əvvəl və sonra radikal müxalifətin illüziyasının mahiyyəti tam çılpaqlığı ilə ortaya çıxdı.
Müstəqil Azərbaycanda uğurlu gələcəyin qurulmasına yönəlmiş layihələrin həyata keçirilməsini təşəbbüskarlıqla qarşılamayan radikal müxalifətin funksionerləri öz maraqlarına uyğun siyasət apararaq, müxtəlif siyasi möhtəkirliyə və sayıqlamalara yol verdilər. Radikal müxalifət partiyaları 2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyini arzulayan təşkilatlar tərəfindən maliyyələşdirilmələri hesabına keçirilən mitinqlərin nəticəsiz başa çatması müxalifətin siyasi mövcudluğuna son qoydu. Ölkənin siyasi arenasının başlıca xüsusiyyəti radikal müxalifət liderlərinin bəyanatlarının əksəriyyətinin destruktiv səciyyə daşıyaraq, öz mahiyyətini tamamilə itirməsidir.
ABŞ-dakı ermənipərəst siyasi dairələrin nümayəndələri, habelə, ermənipərəst konqresmenlərin Azərbaycan xalqının əleyhinə ifadələr səsləndirməsi radikal müxalifətin seçkilərdə qələbəsinə hesablanmışdı. Radikal müxalifət funksionerlərinin xaricdən aldıqları qrantlar hesabına maliyyə maxinasiyaları aparmaqla, düşərgənin təsiri altında olan qeyri-hökumət təşkilatlarını da bu prosesə cəlb edə bildi. Demokratiyanın inkişafı adı altında bir sıra Qərb dövlətlərinin hüquq və demokratiya institutlarından alınmış qrantların radikal müxalifət tərəfindən mənimsənilməsi faktı tərəflər arasında gərginliyə səbəb oldu. Bu vəziyyəti dilə gətirməyən radikallar buna cavab olaraq, həmin dövlətləri "demokratiyaya dəstək verməməkdə", "demokratiyanı boğmaqda", "demokratik qüvvələrin hakimiyyətə gəlməsində maraqlı olmamaqda" günahlandırmağa başladılar.
ABŞ-ın postsovet ölkələrində ictimai institutların maliyyələşdirilməsi vasitəsilə demokratiyanın inkişafına etdiyi yardımların heç bir effekt verməməsi həmin dövlətlərin özündə narazılıqlar yaratdı. Bu zaman ABŞ dövlət siyasətinin istiqamətləndirilməsi üzrə ekspert Adam Strou hesab edir ki, ayrılan yardımlar keçmiş sovet respublikalarında demokratiyanın inkişafına təsir göstərməmişdir. Bu isə, o deməkdir ki, həmin ölkələrdə vəsaitlər aidiyyəti üzrə xərclənməyib. Göründüyü kimi, artıq ABŞ-da da qrantların şəxsi ciblərə axdığını dərk etməyə başlayıblar. Qanunvericiliyə zidd olaraq xaricdən alınan qrantlar hesabına radikal müxalifət düşərgəsinin nəzarətində olan bəzi QHT-lərin anti-milli fəaliyyəti cəmiyyətə məlumdur. Radikal düşərgənin himayəsi və təsiri altında olan QHT-lərin nəzərdə tutulmayan istiqamətlərə, xüsusilə, dövlətçilik əleyhinə xərclənməsi Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsinə ictimai təhlükə yaradır. Belə olan halda, radikal müxalifətin ictimai təhlükə mənbəyi kimi ciddi kataklizmlərin yaşanacağında maraqlı olması müxalifət partiyalarının bir-birlərinin siyasi fəaliyyətlərini təftiş etməsi ilə nəticələnəcək. Seçkilərdə iştirak etməyə qərar verən partiyalar arasında son günlər konfrantasiyanın genişlənməsi bu baxımdan diqqəti cəlb edir. Tərəflər arasında davam edən konfrantasiyalar bütövlükdə xarici havadarların nəzər-diqqətində qalmaq məqsədi daşıyır. Demokratiya pərdəsi adı altında xarici havadarlar müxalifətin güclənməsində maraqlı tərəf kimi çıxış etməsi göz önündədir.

Digər xəbərlər