Azərbaycan Liberal Partiyası sıradan çıxıb
Uzun müddətdir ki, müxalifət düşərgəsində bir sıra partiyalarla intriqada olan Azərbaycan Liberal Partiyası artıq siyasi arenadan birdəfəlik silinib. Çünki bu qurum son iki-üç ayda radikal düşərgədə bir neçə partiya ilə açıq münaqişədə olub. Bütün bu olanlar və olacaqlar isə, ən nəhayətdə, ALP-nin sıradan çıxmasını mümkün etmiş oldu. Onu da qeyd edək ki, hər dəfə müxalifət düşərgəsində bu tip münaqişələrin məntiqi nəticəsi məhz bu cür sonluqla başa çatır. Buna səbəb isə düşərgədə yarpaq tökümünün yenidən start götürməsidir. Bir zamanlar özünü müxalifətin mütləq hakimi kimi qələmə verən ALP lideri Lalə Hacıyevanın da, siyasətdən getdiyi bərasində bəyanat verdiyi bildirilir. Müxalifət düşərgəsində son günlərin ən çox səs-küylü hadisələrinin bilavasitə iştirakçısı olan ALP lideri L.Hacıyeva üçün siyasi fəaliyyətinin məhz bu cür acınacaqlı sonluqla nəticələnməsi bir daha radikalların iç üzünü açıq şəkildə göstərmiş oldu. Ona görə də, artıq bir ənənəyə çevrilmiş müxalifət nümayəndələrinin sonluğunun məhz bu cür acı nəticələrlə bitməsi L.Hacıyavadan da yan keçmədi. Çünki radikal prinsiplərin mövcud olduğu düşərgədə normal insani münasibətlər belə mövcud olmadığından burada heç bir dəyərdən əsər-əlamət qalmayıb. Ona görə də, L.Hacıyava da, məhz müxalifətdə olduğu müddətdə özünün bütün keyfiyyətlərini şəxsi maraqlarına qurban verməli oldu. Nəticədə isə siyasət adı altında ən iyrənc işlərlə məşğul olan bütün müxalifət nümayəndələrinin ancaq şəxsi maraqlar naminə çalışmaları belə sonluğun da qaçılmaz olduğun zərurətə çevirir.
Axır zamanlar mənsub olduğu və eyni zamanda, müəyyən bir müddətdə az qala "can" deyib, "can" eşitdiyi radikal müxalifət yetkililəri ilə açıq problem L.Hacıyeva üçün düşərli olmadı. Bütün məsələlərin başında isə şəxsi prinsiplərini güdən radikal müxalifət yetkililəri üçün heç bir mənəvi keyfiyyət dərəcəsi belə qalmadığından onların sırasından birinin uçuruma yuvarlanması az qala toy-bayram kimi qarşılanır. Amma təəssüf doğuran məqamlardan biri də, ondan ibarətdir ki, bu cür faktlar ortalıqda ola-ola radikallar abır-həya etmədən yenə də birlikdən, əməkdaşlıqdan dəm vururlar. Bu isə müxalifət düşərgəsində təmsil olunan şəxslərin boğaza qədər çirkab içində olması qənaətini sübuta yetirmiş olur.
Bu baxımdan da, məhz L.Hacıyevanın özü ilə yanaşı, illərdən bəri qoruyub saxlamağa çalışdığı partiyasının da sıradan çıxması müxalifət düşərgəsində böyük iflasın başlanğıcı kimi qiymətləndirilir. Bir faktı da əlavə edək ki, ölkəmizdə hər seçki öncəsi radikalların dırnaqarası fəallığı nəticəsində düşərgədən qopmaların və bir sıra qurumların birdəfəlik uzaqlaşması artıq bir adət halını alıb. Ona görə də, ALP-nin ardınca payızda keçiriləcək parlament seçkilərinə qədər artıq bir oyuncağa çevrilmiş müxalifət partiyalarının da, siyasi arenanı birdəfəlik tərk etməsi qaçılmaz olacaq.