AMİP indi də parçalanmaq təhlükəsi ilə üzləşib
Uzun müddətdir ki, sədrsiz, başsız, nagüman qalmış Azərbaycan Milli İstiqlal Partiyası hələ də düşdüyü problem çuxurundan çıxa bilmir. Doğrudur, quruma yeni sədr seçilsə də, problemi köklü sürətdə dəyişmək mümkün olmayıb. Buna səbəb isə partiya rəhbərliyində təmsil olunan şəxslərin şəxsi düşmənçilik prinsipləri göstərilsə də, reallıq tamam başqa mətləbərdən xəbər verir. AMİP-in bu günə düşməsində, ilk olaraq, partiya funksionerləri keçmiş sədr, hazırda qurumun lideri kimi təqdim olunan Etibar Məmmədovu günahkar bilirlər. Onların iddiasına görə, E.Məmmədov AMİP-in illərdən bəri toplayıb qazanmış olduğu bütün mülkiyyətini və vəsaitini tamamilə taladıqdan sonra sədrlikdən getməli oldu. Digər bir yandan isə E.Məmmədovun məhz bu günahları üzündən partiya sədrliyindən imtina etdiyi bildirilir. Eyni zamanda, partiyanın malik olduğu imkanlardan yararlanmaqla kənarda özünə müəyyən işlər quran E.Məmmədov biznes maraqlarını daha da genişləndirmək üçün əl-qolunu genişləndirməyə qərarlaşdırmalı oldu. Elə bu məqsədlə də, E.Məmmədov partiya sədrliyindən istefa verməklə biznesinin başında daha aktiv olmağa başladı. Onun qonşu Rusiya və Dağıstanda göy-göyərti satmaq üçün bir sıra obyektlərinin olması barəsində konkret faktlar da mövcuddur. Eyni zamanda, E.Məmmədovun bu yaxınlarda aşkar olunmuş türkiyəli ortaqları AMİP "lider"i ilə bir çox işlər gördüklərini bildiriblər. Bir müddət Dağıstanda sonra Türkiyədə müəyyən işlərlə məşğul olan E.Məmmədov oradakı ortaqlarına kələk gəlib pul oğurladıqdan sonra ölkəyə dönüb. Artıq heç bir ölkəyə getməyə üzü olmayan E.Məmmədov yenidən siyasətə qayıtmaq barəsində fikrə düşüb. Neçə illərdir ki, tamamilə başsız, özbaşına buraxmış olduğu AMİP-ə dönən E.Məmmədov partiya əvəzinə, tamamilə başqa bir mənzərə ilə qarşılaşıb. Çünki AMİP-in bütünlükdə imkanlarının mənimsənilməsi nəticədə bu cür vəziyyətin yaranmasını qaçılmaz edib. Ona görə də, bu gün müxalifət düşərgəsində olduqca acınacaqlı durumda olan partiyalardan AMİP-in heç bir fərqi yoxdur.
Maraqlı bir məqam isə, ondan ibarətdir ki, bu gün bir sıra məsələlərdən dəm vuran AMİP "lider"i nəticədə siyasi arneada müsbət uğura imza ata bilmədi. Eyni zamanda, E.Məmmədovdan sonra AMİP-də müəyyən işlərlə məşğul olan şəxslər də, qurumun uçuruma yuvarlanmasını təmin etmiş oldular. Birincisi, bu qurumlarda iş prinsipindən bir buraya düşən, bir də buradan qaçan adamlar razılıq edirlər. İkinci bir tərəfdən isə, artıq olanlar və olacaqlar dönə-dönə sübut edir ki, AMİP-də qeyri-müxalifət partiyaların sədri və onun bir-iki əlaltısından başqa heç kim qalmayıb. Ona görə də, AMİP kimi, tarixin acı arxivinə göndərilməli olan partiyalarda da, salam verməyə belə adam qalmadığından, burada kiminsə normal formada fəaliyyətlə məşğul olması problemə çevrilib. Bütün bunlardan qurtulmamış, AMİP-in ikinci bir böyük problemlə üzləşməsi isə qaçılmaz olub. Artıq neçə illərdir ki, partiyanın fəaliyyətini doğru- düzgün qura bilməməsi onun artıq iflasını da qaçılmaz edib. Ona görə də, bu yaxınlarda AMİP-in, bir siyasi qurum kimi, fəaliyyətinin sona yetdiyini hər kəs müşahidə edəcək.