Barak Obama maliyyə islahatı haqda qanun imzalayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 21-də ABŞ prezidenti Barak Obama ölkənin maliyyə sisteminin islahatları haqda qanun layihəsi imzalamışdır. Nümayəndələr Palatası və Senatın da təsdiq etdiyi layihə prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş hesab edilir.
Demokratlar tərəfindən təklif edilmiş qanun layihəsi ABŞ-ın iqtisadiyyatına kömək etmək üçün bir sıra tədbirləri həyata keçirməyi nəzərdə tutur. Başlıca məqsəd 2008-ci il maliyyə böhranının təkrarının qarşısını almaqdır. Xatırladırıq ki, ABŞ-da 1930-cu ildə böyük depressiya adlandırılan güclü maliyyə böhranı baş vermişdi.
Qəbul edilmiş qanun bir çox banklara maliyyə əməliyyatları keçirməyi və kredit paylamağı qadağan edir və banklar üzərində dövlətin nəzarətini gücləndirir. Bundan başqa banklara öz vəsaitləri hesabına bazardaxili maliyyə əməliyyatları keçirməyi məhdudlaşdırır. Qanuna əsasən, iflas etmiş maliyyə təşkilatlarına yardım ediləcək və maliyyə bazarlarında fırıldaqçılıq əleyhinə mübarizə agentliyi yaradılacaq.
Respublikaçılar maliyyə islahatlarının keçirilməsinin qarşısını almaq istəyirdilər. Onların fikrincə, qanunda nəzərdə tutulan məhdudlaşdırmalar Amerika müəssisələrinin iqtisadi inkişafının qarşısını alacaqdır. Respublikaçıların təzyiqi ilə layihədə nəzərdə tutulan bank fəaliyyəti üzərinə vergi qoyulması bəndi çıxarılmışdır.