PDF Oxu

Müxalifət

  • 13

Müsavat "Azadlıq" blokunu parçaladı

Müsavat "Azadlıq" blokunu parçaladı
Müxalifət düşərgəsindən növbəti parçalanma sədası gəldi. Bu sədadan sevinən Müsavat başqanı oldu. İsa Qəmbərov istədiyini əldə etdi.
İstədiyinə nail oldu! Başqan Əli Kərimovla birləşərək radikal düşərgəni öz oyuncağına çevirmək üçün bu addımı atdılar. Əli Əliyev isə bütün bunlardan sonra ağzını açıb gözünü yumdu. "VİP" sədri Müsavatın müxalifətin parçalanması üçün növbəti xəyanət planına əl atdığını, eyni zamanda, bunun cavabsız qalmayacağını və pozucu qüvvələrə dair ən ilginc faktlara dair ictimaiyyətə açıqlama verəcəyini bəyan etdi.Bu artıq müxalifət daxilindəki parçalanmanın açıq rakursudur.
"VİP" sədri Əli Əliyev bildirib ki, blokun dağılması ilə bağlı hələ ötən həftə fikrimi demişdim. Partiya sədri bildirib ki, blok daxilində yaranmış vəziyyət sonda bu nəticəyə gətirib çıxarmalıydı: "Bizim artıq onlarla bir yerdə fəaliyyət göstərməyimiz qeyri- mümkündür. AXCP (i) sədri Əli Kərimov elə bir xəyanət yolu tutdu ki, daha onunla bir sırada qalmağımız mümkünsüzdür. Belə bir hadisə bizim sonrakı mərhələdə əməkdaşlığımızı sual altına qoyur və bu əməkdaşlığın tam aradan qaldırılmasına təkan verir. Blokun dağılması bu birlikdə olan partiyaların da hissiyyatına təsir etdi".
ALP sədri Lalə Hacıyeva isə məsələyə aydınlıq gətirərkən AXCP (i) ilə Müsavatın belə bir qərara gələcəyinə əmin olduğunu bildirib: "Çünki nə Əli Kərimovda, nə də İsa Qəmbərovda xalqa, nə rəhbərlik etdikləri partiyaya sadiqlik var. Satqın niyyətli adamlardan bundan başqa nə gözləmək olar? Bu gün isə Əli Kərimovun da, İsa Qəmbərovun da körpüləri yandırıldı".
L.Hacıyevanın sözlərinə görə, Müsavat partiyası ilə əməkdaşlığın mümkünsüzlüyünü Əli Kərimova hələ yanvar ayında deyib: "Mart ayında Əli Kərimovla görüşdük. Martda, hətta mənim müsahibələrimi, hər bir sözümü min dəfə ççzdülər. Hər hansı spekulyasiya olmasın deyə, mən Əli Kərimova pauza götürdüyümü söylədim. Bu, martın 11-də olub. Mətbuatla təmasları dayandırdım ki, AXCP (i) mövqeyini müəyyənləşdirsin və qərarını versin. Mən bu sədanı gözləyirdim. Yanvar ayında demişdim ki, AXCP (i) ilə Müsavat birləşsə, "Azadlıq" blokuna xitam veriləcək. Ona görə də bu gün "Azadlıq" bloku belə bir parçalanmaya məruz qaldı".
ADP sədri Sərdar Cəlaloğlu isə "Azadlıq" blokunun dağılmasının baş verəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra bu reallıqları nəzərə alaraq hərəkət etmək lazımdır. ADP sədri partiyasının Müsavat Partiyası ilə əməkdaşlıq perspektivlərinə də aydınlıq gətirib: "Siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var. Azərbaycan Demokrat Partiyası Azərbaycanın və partiyanın mənafelərinə xidmət edəcək istənilən əməkdaşlığa hazırdır".
Bütün bu açıqlamalar onu göstərir ki, müxalifət parlament seçkiləri ərəfəsində heç vaxt ayağa dura bilməyəcəyi sərt bir zərbə almışdır. Artıq müxalifətin parlament seçkilərində nəyəsə nail olmaq ümidi də tam puça çıxdı. Onların bir daha ictimaiyyət qarşısında ictimai rəyi çaşdırmağa heç bir faktları belə qalmadı. Nə deyəcəklər? Hər şey göz qabağındadır.

Digər xəbərlər