PDF Oxu

Müxalifət

  • 7

Müxalifətin mitinq anlayışı yoxdur

Müxalifətin mitinq anlayışı yoxdur
Müxtəlif zamanlarda biz müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş minitqlər, piketlər keçirməyə cəhd etdiyini gördük. Bu mitinqlərin hər birində 3-5 insan iştirak edərək yalan, boş, mənasız ifadələr işlətməklə məşğul olurlar. Maraqlısı da budur ki, heç bir tərəfdarı olmayan "bəy"lər tez-tez mitinq keçirmək həvəsinə düşürlər. Qeyd edək ki, hər dəfə aralarında çox ciddi mübarizələr yaranan müxalifətçilər yalan danışaraq, bildirirlər ki, guya onların arasında hansısa birliklər yaranıb və onlar bu birliklərdən istifadə edərək, mitinqlər təşkil edirlər. Lakin çox keçmir ki, radikalların yalanının üstü açılır və biz şahidi oluruq ki, onlar bir-birlərini təhqir, tənqid edirlər. Yəqin ki, onların aralarında olan birlik cəmi yarım saat çəkir və həmin yarım saat ərzində onlar 1 stəkan çay içəndən sonra, qəlblərində bir-birlərinə qarşı olan nifrətləri oyanır və elə stol arxasında düşmənçilikləri başlayır. Belə insanlar heç zaman birləşə bilməz və hansısa aksiyalarda birlikdə iştirak edə bilməzlər. Son zamanlar keçirilən mitinqlərdə özləri ilə bərabər gəncləri də müxtəlif hiylələrlə təsir altına salan Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov və digərləri elə düşünürlər ki, onlar nəysə əldə edə biləcəklər. Lakin tam əminliklə demək olar ki, sosial dayaqları olmayan radikallar heç vaxt heç bir uğur qazana bilməzlər. Uğur qazana bilməmələrinin səbəbi təkcə tərəfdarlarının az olması deyil, həmçinin, siyasi səriştələrinin olmaması, ağılsızlıqları, düşüncəsizlikləri, məntiqsizlikləri və savadsızlıqlarıdır. Müxalifət düşərgəsində vəziyyətin son dərəcə kritik olması onların növbəti mitinq cəhdlərinin də qarşısını alıb. Birləşmək həvəsinə düşən radikallar çox keçmədi ki, yenidən daha sərt şəkildə ayrıldılar. Onlar arasında olan ayrılıq əbədi ayrılıqdı. Radikal düşərgədə demokratik anlayış yoxdu. Onlar qayda-qanun, icazə nədir bilmirlər. Ona görə də, hər zaman icazəsiz mitinqlər keçirirlər. Onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd göstərirlər. Bu cəhdlərin qarşısı isə alınır. Çünki onlar icazəsiz mitinqlər keçirməklə əhalini, vətəndaşları çox narahat edirlər və ictimai asayişi pozmağa cəhd göstərirlər. Belə olduğu tədqirdə isə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alır və onları insanları narahat etməyə qoymurlar. Müxalifət düşərgəsi təkcə indi deyil, elə hər zaman siyasi fəaliyyətlərində Azərbaycan xalqının milli maraqlarını şübhə altına salır. Demokratiya pərdəsi altında öz şəxsi ambisiyalarını həyata keçirirlər. Bunun nəticəsi olaraq da onlar insanlar arasında nüfuzlarını, inamlarını, etibarlarını itiriblər. Həm də elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Bir məsələni də qeyd etmək lazımdır ki, xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər bu vəsaitləri ancaq özlərinə xərclədikləri üçün onların partiyasının üzvləri artıq etiraz etməyə və partiyadan uzaqlaşmağa başlayıblar. Bu isə bir daha radikal "bəy"lərin mitinq cəhdlərinə mane olur. Onsuz da ətraflarında 3-5 özlərinə oxşar adamları var idisə, indi daha onlar da yoxdur. Hər zaman müxalifət düşərgəsində qarşıdurmalar, biri-birini təhqir etmək, satqınçılıqda suçlamaq kimi məsələlər gündəmdə olub. Yəni onlar hər zaman çirkin əməllərlə məşğul olurlar. Artıq adıçəkilən düşərgə çirkaba batıb. Bu da kimlərin və nələrin nəticəsində? Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və başqa "bəy"lər müxalifəti iflic günə salıb, həm də çirkaba batırıb. Bundan əlavə, onların siyasətdən uzaq əməlləri də radikal düşərgənin məhvi ilə nəticələnib. Ancaq təəssüf ki, radikal "bəy"lər iflic olmalarının səbəbini hər zaman özlərində deyil, başqalarında görürlər.

Digər xəbərlər