PDF Oxu

Müxalifət

  • 6

AXCP (i) aşağını bəyənmir, yuxarıda da yeri yoxdur

AXCP (i) aşağını bəyənmir, yuxarıda da yeri yoxdur
Artıq neçə vaxtdır ki, AXCP (i) mənzil-qərargah axtarışını dayandıraraq çayxanalarda yurd salmağı daha münasib hesab edir. Doğrudur, partiyaya müəyyən yer təklif olunsa da, AXCP (i) "liderləri" bu təklifi qəbul etməyərək parklarda, çayxanalarda görüşlər keçirməyi uyğun hesab edirlər. Partiya funksionerlərinin verdiyi açıqlamaya görə, Günəşlidə təklif olunan yer mərkəzdən uzaq olduğu üçün orada məskunlşmağın partiyanın tamamilə yoxluğuna təsir edəcəyini bildiriblər. Həmçinin, onu da vurğulayıblar ki, parçalanmış və yox olmuş partiyaya mənzil-qərargahın verilməsi məqsədəuyğun da deyil. Böhranlı durum yaşayan partiyanın parçalanmasının digər səbəbini də AXCP (i) sədri Əli Kərimovun düzgün siyasət aparmaması ilə əlaqələndirirlər. Partiyanın keçmiş funksioneri Zaməddin Məmmədovun sözlərinə görə, 2005-ci il parlament seçkilərində AXCP (i)-nin acınacaqlı məğlubiyyətə düçar olması, partiyanın qərargahdan məhrum edilməsi, eyni zamanda, 9 rayon təşkilatının buraxılması, 14 ilk özəl təşkilatın fəaliyyətinin dayandırılması məhz Ə.Kərimovun yarıtmaz siyasətinin acı nəticəsi ilə bağlı olmuşdur. Z.Məmmədov, həmçinin, onu da vurğulayıb ki, Ə.Kərimov yarıtmaz səhvlərini hələ də davam etdirməkdədir. AXCP (i) sədri partiya qurucularının bəzilərini maliyyə cəhətdən asılı vəziyyətə salmaqla onları partiyadan uzaqlaşma qoymur. Məhz bu səbəbdən də, Gözəl Bayramova, Fuad Qəhrəmanlı, Bahəddin Həziyev, İbrahim Vəliyev və digərləri Ə.Kərimovun şirnikləndirici vədlərinə aldanaraq, Qulamhüseyn Əliyevin planını sona qədər dəstəkləməyiblər. Z.Məmmədov onu da vurğulayıb ki, Ə.Kərimov daha geniş maliyyə imkanları əldə etmək üçün fəaliyyətini genişləndirmək məqsədilə "SOROS" və "Avrasiya" fondları ilə geniş əlaqələr qurmağı, yeni maliyyə imkanları əldə etməyə çalışsa da, hələ ki, o bir nəticə verməyib. Çünki həmin fondlar Ə.Kərimovun müxalifətdə olduğu müddətdə bütün hiyləgər və riyakar niyyətinin dəfələrlə şahidi olduğunu bildirərək, onların fikirlşdiyi maliyyə məsələsinin həllinə kömək etməyəcəklərini qeyd ediblər.

Digər xəbərlər