Müsavat partiyasında kurslar açılıb...
Mitinqlərdə istədikləri kimi iğtişaşlar törədə bilməyən müxalifətçilər fəaliyyətlərini gücləndirmək üçün müxtəlif yollar axtarışına çıxıblar. Daha öncə, aksiya iştirakçılarına mitinqlərdə fəal iştirak etmələri üçün müəyyən miqdarda pullar ayrılırdı. Lakin iştirakdan çox iğtişaşları önə çıxarmaq qərarına gələn partiya sədrləri yeni bir yola üz tutublar. Radikal müxalifətin çoxdandır axtardığı bu yolu Müsavat başqanı İsa Qəmbərov tapıb. İ.Qəmbərovun tapdığı bu yol, deyəsən, elə axırıncı yol olub. Müsavat başqanının tapdığı bu çıxış yolu digər partiya sədrlərini şok vəziyyətinə salıb. Hamını şoka salan İ.Qəmbərovun Müsavat qərargahında iğtişaş kursları açıb. Bu kursu digər kurslardan fərqləndirən cəhət pulsuz olmasıdır. Hətta bu kursa gələnlər ödəniş etmək əvəzinə, əksinə, kursdan pul alırlar. Bu kursu qazanc yeri kimi də görənlər var. Keçirilən dərslər isə cəmi-cümlətanı 1 saat olur. Müəllimlər isə, professional iğtişaşçılardan ibarətdir. O cümlədən, Sülhəddin Əkbər, Arif Hacıyev, Vurğun Əyyubov kimi görkəmli iğtişaşçılardan dərs alan partiya tərəfdaşları Müsavatın keçiriləcək mitinqlərində özlərini biabır etməyə hazırlaşırlar. İğtişaşçıların mitinq gününə yaxın Müsavat başqanı İ.Qəmbərovdan diplom alacaqları gözlənilir. Keçirilən kursları yüksək dərəcədə bitirən iğtişaşçılar isə partiyada müəyyən vəzifəyə sahib olacaqlar. O cümlədən, xarici sponsorlar da diplom mərasiminə gələcəklər. Xarici sponsorların maliyyə dəstəyi ilə təmin etdiyi kursa, təxmini olaraq, 180 min dollar ayrılıb. Kursların parlament seçkilərinə qədər davam etdirilməsi gözlənilir. Özlərini gülünc hala salan müsavatçılar bu kursun onları düşdükləri pis vəziyyətdən çıxaracağını düşünürlər. Lakin İ.Qəmbərovun uğursuz, düşünülməmiş, özbaşına hərəkətləri onun siyasətçi kimi bacarıqsız olduğunu deməyə əsas verir. Xaricdən aldığı vəsait hesabına özünə gün ağlamağa çalışan Müsavat başqanının bu son fəaliyyəti Çarli Çaplinin köhnə, səssiz, komik filmlərinə çox bənzəyir. Hələ o filmlərdən bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Filmdə Çarli Çaplin yol ilə getdiyi yerdə yıxılır.