PDF Oxu

Müxalifət

  • 12

"DUİ"-də vəziyyət gərginləşib

"DUİ"-də vəziyyət gərginləşib
Son zamanlar müxalifətdə ənənə halı alan qarşıdurmalara "DUİ" də qoşulub. Bu da, ardı-arası kəsilmək bilməyən müxalifətin səriştəsizlik sənətinə bu dəfə də yiyələndiyini deməyə əsas verir. Daxilində konfliktlər, narahatlıqlar, qarşıdurmalar əskik olmayan "DUİ", deyəsən, dağılmaq ərəfəsindədir. Bütün bu proseslər seçki siyahısının tərtib olunmasından sonra baş verib. Əvvəlcə "Azadlıq" partiyasının qeyri-ciddi imicli sədri Əhməd Orucovun namizədliyini tam dəstəkləyən "DUİ" nədənsə sonradan qərarında dəyişiklik edib. Bu dəyişikliyə səbəb Ə.Orucovun blok daxilində və ümumən düşərgədə heç kəslə yola getməməsi, o cümlədən, namizəd kimi ideal olmaması olub. Primitiv zəif bənd elan olunan Ə.Orucov isə bütün bu olanlar qarşısında neqativ reaksiya göstərərək, qəti şəkildə öz etirazını bildirib. Meşə qanunu olan "yaşamaq üçün öldürməlisən" instinktinə istinadən hərəkət edən müxalifətçilər, qardaş dedikləri Ə.Orucovu gözümçıxdıya salıblar. Bu məqamda, yadıma bir el məsəli düşdü. Bir nəfərdən soruşurlar ki, dərsini kimdən öyrənmisən? O da cavab verir ki, gözüçıxmış qardaşımdan. Təbii ki, bir-birinə bu cür nümunə olan qardaşlar arasındakı münasibət də bundan artıq olmayacaqdı. Onu da qeyd edim ki, bir aralar vahid bir blok altında birləşmək kimi, gülünc bir təklif ilə çıxış edən partiyalar, sən demə, bir-birinin zəif yerlərini axtarırmışlar. Hər kəsin bildiyi kimi, kimə gəldi sataşan İsa Qəmbərovun budəfəki hədəfi Ə.Orucov oldu. Qarşıdurma içində olan Müsavat başqanı İ.Qəmbərov və "Azadlıq" partiyası sədri Ə.Orucov bir-biri haqqında ağıza gətirilməsi münasib olmayan sözlər ifadə ediblər. Bütün bunlar vəziyyətin nə dərəcədə kritik olduğunu anlamağa imkan verir. İ.Qəmbərovla Ə.Orucov bu isti havaların təsiri ilə özlərini siyasi arenada yox, hansısa bir boks rinqində təsəvvür edirlər. Ancaq bu rinqdə ayağı büdrəyən tərəf, gözlənildiyi kimi, Ə.Orucov oldu. Nəticədə, baş məşqçi qismində çıxış edən "DUİ" Ə.Orucovu cəzalandırmağı düşünüb. Ancaq "DUİ"-nin hesabında olmayan bir hadisə baş verdi. Ə.Orucovun tərəfdarları bütün bu olanlar qarşısında "DUİ"-yə kəskin etirazlarını bildirdilər. Fikir ayrılığına düşən "DUİ"-də qopmalar baş verdi. "DUİ"-nin fəaliyyətindən narazı olan blok nümayəndələri blokdan ayrılmaq haqqında düşünməyə başlayıblar. O cümlədən, yıxılanı vurmaq xasiyyətindən əl çəkməyən Müsavat başqanı İ.Qəmbərov bütün bu olanlardan geniş surətdə istifadə etməyi bacarıb. "DUİ"-dən ayrılmaq istəyən partiyalara, yeni blok yaratmaq haqqında təkliflər verib. Nəticəyə baxsaq, görərik ki, "DUİ"-nin seçkilərə blok halında gedə bilməyəcəyini, hətta dağıla biləcəyini də demək olar.

Digər xəbərlər