PDF Oxu

Müxalifət

  • 12

Uçuruma yuvarlanan müxalifət

Uçuruma yuvarlanan müxalifət
Müxalifət hər ili biabırçı uğursuzluqla yola salır. Keçən il də radikal düşərgə üçün əsl iflas dövrü kimi yaddaşlarda qaldı. Artıq radikal müxalifətin heç nəyə yaramadığını onun öz funksionerləri də qəbul edir. Əslində, qəbul etməsələr nə olacaq, başqa çıxış yolları varmı?! Elə götürək keçirilən son seçkiləri.
Hər iki seçki zamanı müxalifət boykot çağırışı edir, mitinqlərə, qanunsuz küçə yürüşlərinə çıxır. Son nəticədə xalqın nifrətini birə-on qat artırırlar. Prezidentliyə namizədliyi irəli sürülənlər arasında müxalifət təmsilçilərinin də olması radikal müxalifətin arzusunu ürəyində qoydu. Eyni zamanda, konstitusiyaya edilən əlavə və dəyişikliklərə etirazları və bələdiyyə seçkilərində biabırçı uğursuzluqları bir daha xalqın müxalifəti qəbul etmədiyini sübut etdi. Lakin ən təəccüblüsü odur ki, bütün bu biabırçı uğursuzluqdan sonra yenidən öz çirkin oyunlarına əl atmaqdan bezmirlər. Bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun müxalifətin hazırkı durumunu xarakterizə edən növbəti açıqlamaları, düşərgədə böyük çaxnaşma yaradıb. R.Arifoğlunun açıqlamaları, əslində, müxalifətin istər ötən il, istərsə də yaşadığımız 2010-cu ilin sonundakı vəziyyətinə bir baxışıdır. R.Arifoğlu müxalifətin boykot taktikasını qəbul etmədiyi kimi, bu gün də onların parlament seçkiləri ilə bağlı cəfəngiyyatlarını mənasız və boşboğazlıq kimi qələmə verir. R.Arifoğlu özünü "ana müxalifət" adlandıran qüvvələrin heç bir seçkinin nəticələrinə təsir edə bilmədiyini bildirir. Onun sözlərinə görə, müxalifət ictimaiyyət tərəfindən, nəinki qəbul edilir, heç tanınmır da.
R.Arifoğlu parlament seçkiləri ilə bağlı Müsavatın rayon təşkilatlarının toplantı keçirmək planının heç bir nəticə verməyəcəyini də bildirir. Hətta "Yeni Müsavat"ın baş yazarı bu açıqlamanı Müsavat qərargahında keçirilən toplantılarda da dəfələrlə səsləndirib. Baş yazar onu da qeyd edib ki, Müsavat başqanının budəfəki boykot oyunu da heç bir nəticə verməyəcək: "Gərək adamda bir düşüncə ola. Ona görə də, olmayan düşüncəsizin növbəti parlament seçkilərində yenidən boykot çağırışı heç də təəccüb doğurmur. "
"Yeni Müsavat"ın baş yazarı onu da bildirib ki, İ.Qəmbərovun sədrlik etdiyi partiyada qalmaq və seçkiyə getmək özünə hörmətsizlikdir. Neçə illərdir ki, "boykot" qışqıran Müsavat başqanı, görəsən, nəyə nail olub? Xalqın nifrətinə, müxalifətin qəzəbinə, ən əsası isə biabırçı uğrsuzluğa. Bu gün də parlament seçkilərinin keçirilməsini "boykot" etmək təklifinin bir mənası olacaqmı? Axı bu müsavatçılar niyə bu fırıldaqçının sözlərinə inanırlar. R.Arifoğlunun fikrincə, nə qədər ki, müxalifətdə İsa Qəmbərov var, Azərbaycanda bu qüvvələr ictimaiyyət tərəfindən bir qədər nifrətlə qarşılanacaq.
Baş yazar, həmçinin, seçki ərəfəsi müxalifətin yaratdığı "MƏM"-in referendum ərəfəsi reallaşdırmaq istəyini qarşıdakı parlament seçkilərində reallaşdıracaqları ümidinin də mənasız olduğunu bildirir: "Ölkədə keçirilən hər hansı seçki və ya referendum zamanı uğursuz müxalifətin uğursuz əməkdaşlığı labüddür. Çünki bütün seçkilər ərəfəsi yaranan bloklar, qurumlar xoruz səsi eşitməyən müxtəlif adlarla meydana çıxmaları müxalifətin uçuruma getməsini daha da tezləşdirir. Çünki bu qurumları, blokları yaradanların siyasi düşüncəsi 18 il bundan əvvəlki düşüncədir. Elə bunun səbəbidir ki, ölkədə keçirilən bütün seçkilərdə müxalifət biabırçılıqla məğlubiyyətə uğrayır".
Seçkilərdə biabırçı boykot prosesinin radikal düşərgədə yenidən gündəmə gəldiyini bildirən R.Arifoğlu, müxalifətin boykot taktikasını biabırçı fakt adlandırıb. O, müxalifətin boykota qoşulmaq istəyinə də aydınlıq gətirərək, bildirib ki, artıq hay-küy salan müxalifəti ictimaiyyət siyasi səhnədən silib: "Ümumiyyətlə, bu gün dəfələrlə məğlubiyyətə uğrayan və müxalfətçilər tərəfindən qəbul edilməyən qat kəsmiş partiya sədrləri, artıq siyasi səhnədən getməlidirlər. O cümlədən, Müsavat başqanı İsa Qəmbərov. Bu gün boğazdan yuxarı mənəm-mənəm demək heç də güclü olmaq deyil. Müxalifət düşərgəsində hamı özünü öz aləmində gələcəyə - 2013-cü ilədək qoruyub-saxlamaq təşəbbüsü göstərir."
Rauf Arifoğlu bugünkü müxalifətin olduqca zəif, rəzil və əlacsız durumda olduğunu da söyləyib. Onun sözlərinə görə, böyük ehtimalla, bu ildə də müxalifət birləşib ciddi siyasi gücə çevrilə bilməyəcək. Bunun ilkin işartısı isə indidən başlanan radikal düşərgədaxili "razborkalar"dır.

Digər xəbərlər