PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimov tənhalıqla üzləşib Müttəfiqləri ondan üz döndərib

Əli Kərimov tənhalıqla üzləşib Müttəfiqləri ondan üz döndərib
Bu ilin payızında keçiriləcək parlament seçkilərinin yaxınlaşması ilə radikal müxalifət partiyaları arasında ardı-arası kəsilmək bilməyən qarşıdurmalar daha geniş xarakter almağa başlayıb. Bu qarşıdurmaların mərkəzində isə "Azadlıq" bloku dayanır. "DUİ"-nin və Müsavatın hədəfinə tuş gələn "Azadlıq" bloku vəziyyətdən çıxış yolu axtarır. Bəzi blok nümayəndələrinin vəziyyətdən çıxmaq üçün verdikləri təkliflər sırasında, Əli Kərimovu blokdan uzaqlaşdırmaq və ya "Azadlıq" blokunu dağıdıb, yeni bir blok yaratmaq dayanır. Səbəb isə AXCP (i) sədri Ə.Kərimovun səriştəsiz fəaliyyət yolu tutması və müxalifətin inteqrasiyasına ciddi zərbələr vurmaqda günahlandırılmasıdır. Bundan çox gözəl istifadə edən Müsavat başqanı İsa Qəmbərov, demək olar ki, bloka psixoloji zərbə endirə bilib. O cümlədən, "KAXCP" sədri Mirmahmud Fəttayevlə Ə. Kərimovun təkbətək görüşü də aranı əməlli-başlı qarışdırıb. Ayrı-ayrılıqda keçirilən görüş blok təsisçilərinin ağlında sual işarələri yarada bilib. "Ə.Kərimov xəyanətmi edir" sualı blok nümayəndələrini düşündürdüyündən, narahatlıq yaradıb. Seçkilər ərəfəsi narahatçılıq keçirən blok nümayəndələri yeni bir baş ağrısına da məruz qalıblar. "Azadlıq" partiyasının sədri Əhməd Orucun "Azadlıq" bloku qarşısında qaldırdığı ad məsələsi blokda təşviş və narahatlıq doğurub. Bu məsələ blokun dağıla biləcəyi ehtimalını gücləndirib. O cümlədən, İ.Qəmbərovun bloka ünvanladığı, yeni birlik yaratmaq fikirləri, başqanın "Azadlıq" blokunu dağıtmaq istəyini bir daha büruzə verdi. "Azadlıq" blokunun havadarı olan ALP "lider"i Lalə Hacıyevanı agentlikdə, "VİP" sədri Əli Əliyevi isə şərəfsizlikdə və satqınçılıqda ittiham etməsini də buna misal göstərmək olar. Bu arada Müsavat başqanı üçün ən ideal hədəf Ə.Kərimovdur. Ə.Kərimovun xarici sponsorlarından pul aldığı və seçkilər zamanı xəyanət edə biləcəyi iddiaları, partiya və blok tərəfindən bəyənilmədiyindən, İ.Qəmbərov üçün hazır hədəfə çevirilib. Bütün bu olanları görən, "Azadlıq" blokunun nümayəndələri, seçkilər zamanı blokun effekt verməyəcəyini düşünməyə başlayıblar. Bu səbəbdən də, blokun çox yaxın bir zamanda dağılacağı ehtimalı gözlənilir.

Digər xəbərlər