PDF Oxu

Müxalifət

  • 5

Əli Kərimov maliyyə krizisi ilə üzləşib

Əli Kərimov maliyyə krizisi ilə üzləşib
AXCP (i) sədri Əli Kərimovun ardı-arası kəsilməyən səriştəsizliyi partiya üzvləri tərəfindən kəskin etirazla nəticələnib. Partiyadan da əlavə "Azadlıq" blokuda Ə. Kərimovdan narazı olduqlarını dəfələrlə bəyan ediblər. Lakin Ə. Kərimov bütün bunlar qarşısında səriştəsiz fəaliyyətini davam etdirməkdədir. Partiya nümayəndələrinin Ə. Kərimovla güclü ziddiyyətə düşməsi bir çoxları tərəfindən anlaşılmaz hal kimi qiymətləndirilirdi. Lakin çox keçmədən hər şey aydınlaşır. Məlum olduğu kimi, Ə. Kərimov tez-tez "sponsor" axtarışları səbəbilə Avropa ölkələri ilə əlaqələr saxlayır. Verilən məlumata görə, partiyada qızğın mübahisələr sakitçiliklə yekunlaşıb. Sabitliyə səbəb isə Ə. Kərimovun uzun zamandır qaranlıqda, şam işığında axtardığı sponsorun tapılması olub. Görünür, xarici sponsordan 480 min dollar alan Ə. Kərimov partiya nümayəndələrinin bitmək bilməyən söz-söhbətlərinə dur deyə bilib. Bundan əlavə ciblərində pul qoymağa yeri olmayan AXCP (i) sədri pulunu xərcləməyə də yer tapıb. O, şəhərin mərkəzində dördmərtəbəli bir bina tikdirərək, AXCP (i)-nin qərargahını ora köürtməyi düşünür. Yeni qərargahın tikiləcəyi xəbəri partiya nümayəndləri tərəfindən çox sevindirici hal kimi qiymətləndirilib. Köhnə binalarını bəyənməyən partiya nümayəndələrinin AXCP (i) sədrinə sözsüz-söhbətsiz baş əymələri bir çoxlarının gülüş hədəfinə çevrilib.
Bundan əlavə, Ə. Kərimov bu yaxınlarda Avropa Birliyinin səfiri Rolan Kobiyaya hesabat verib. Verdiyi hesabat Ə. Kərimovun hər zamankı üslubundan heç də fərqlənməyib. Çirkin və də siyasətə yaraşmayacaq bir tərzdə olan bu hesabatda AXCP(i) sədri onlardan maliyyə kömək istəyib. O, hüquqlarının olmadığını, söz azadlığından istifadə edə bilmədiklərini qeyd edib. Ə. Kərimovun bu cəfəngiyyat dolu bəyanatı yeni sponsor axtarışında olduğunu deməyə əsas verir. Çünki nə vaxt səsini başına atsa, maraqlı kəslər ona pul vermişdirlər. Hər halda AXCP (i) sədri yeni qərargahın yanına daha nəsə əlavə etmək istəyir. Bundan başqa, mətbuatın 135 illiyi ərəfəsi, sadə vətəndaşdan tutmuş ictimai xadimə kimi hər kəsin mətbuatımızın nə qədər şəffaf olduğunu açıq şəkildə bildirməsinə baxmayaraq, Ə. Kərimov, Avropa Birliyinin səfirinə dövlətin mətbuata təzyiq etdiyini nə məqsədlə dediyini anlamaq çox da çətin deyil. Bəzi maraqlı kəslərin, ya da başqa cür desək, sponsorların belə deməsini istədikləri açıq şəkildə özünü göstərir. Maraqlısı bir faktı nəzərinizə çatdırmaq istəyirəm: vaxt var idi ki, İsa Qəmbərovda xarici himayədarlarından pul aldığı zaman gülüş hədəfinə çevrilmişdir. Deməli, Əli Kərimov da gülüş doğuracaq qabiliyyətə malikdir.

Digər xəbərlər