PDF Oxu

Müxalifət

  • 14

Müsavat "Azadlıq" blokunu ciddi qurum hesab etmir

Müsavat "Azadlıq" blokunu ciddi qurum hesab etmir
Son zamanlar müxalifət düşərgəsində baş verən anormallıqlar daha açıq şəkildə sezilməkdədir. Artıq əksər radikal müxalifət partiya rəhbərləri payızda keçiriləcək parlament seçkiləri ərəfəsində böyük qarşıdurmaların yaranmasına şərait yaratmış olublar. Mövcud problemlərin başında isə, həmişə olduğu kimi, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ALP "lider"i Lalə Hacıyeva dayanır. Çünki bu şəxslər siyasət adı altında ən çirkin işlərlə məşğuldur. Məhz belə bir məqamda onların özlərinin qarşı-qarşıya dayanması isə gözlənilən proseslərdən hesab olunurdu. Payızda keçiriləcək parlament seçkilərində bu və ya digər formada birlik, toplum, blok yaratmaq cəhdləri boşa çıxan müxalifət yetgililəri son anda bir-birini tam formada zərərsizləşdirib prosesə qatılmaq istəyirlər. Bu isə, öz növbəsində, düşərgə daxilində mövcud problemlərin daha, açıq şəkil almasına imkan yaratmış olur. İlk növbədə, müxalifət düşərgəsində "hegemon"luq arzusunda olan Müsavat başqanı İ.Qəmbərov qarşısında maneə yarada biləcək bütün məsləkdaşlarını belə zərərsizləşdirməyi planlaşdırıb. Bu ilin əvvəlində başqanlıqdan gedəcəyi barəsində məlumat verən İ.Qəmbərov son anda niyyətini müəyyən səbəblərə görə dəyişmək məcburiyyətində qalmalı olub. Məhz ardıcıl olaraq xarici ölkələrdə səfərlərdə olan İ.Qəmbərov almış olduğu yeni göstərişlər müqabilində yenidən hərəkətə keçməyin vacibliyini qərara alıb. Belə ki, onun vermiş olduğu qərarını dəyişməsi də Müsavat daxilində də qızğın münaqişələrin yaranmasını zəruri edib. Digər bir yandan isə Müsavatın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısının açıqlanmasıda mövcud problemləri daha da artırmış oldu. Bununla yanaşı, İ.Qəmbərovun partiyası daxilində olan problemlərdən diqqət yayındırmaq üçün kənarda bir münaqişə, konflikt yaratmağa da nail oldu. Beləliklə də bu ilin əvvəlindən aralarındakı söz-söhbəti daha da şişirtməklə, sözün əsil mənasında, qarşıdurma yaratmağa səy göstərən İ.Qəmbərov sonda buna nail olmağı da bacardı. "Azadlıq" blokuna havadarlıq edən ALP "lider"i Lalə Hacıyevanı agent kimi qələmə verərək, onu rəzil hala salmağa çalışan İ.Qəmbərov nəticədə diqqətin partiyasından uzaqlaşmasını təmin etmiş oldu. Çünki başqan bunun ardınca "Azadlıq" blokunun digər üzvü "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevi də şərəfsizlikdə, satqınçılıqda günahlandırıb, onu zərərsizləşdirməyi planlaşdırmışdı. Bu isə, öz növbəsində, blokun parçalanması demək idi. Eyni zamanda, digər blok təmsilçisi olan AXCP (i) və onun sədri Ə.Kərimov Müsavat partiyasının tabeçiliyində olan mətbu orqanda az qala "qəhrəman" kimi qələmə verilir. Bu da, öz növbəsində, İ.Qəmbərovun nəyin prinsipində olduğunu açıq şəkildə göstərmiş olur. Artıq neçə müddətdir ki, İ.Qəmbərov "Azadlıq" bloku adında bir təşkilatın sıradan çıxması üçün əməlli-başlı əməliyyat hazırlayıb.
Məhz bu təşkilatın sıradan çıxması üçün mümkün variantların bütün hamısını sınaqdan keçirən İ.Qəmbərov "Demokratiya Uğrunda İttifaq"a "ağalıq" edən Mirmahmud Fəttayevi də L.Hacıyevanın üzərinə qaldırıb. Bunun davamı kimi, "Azadlıq" partiyasının sədri Əhməd Orucu da L.Hacıyevanın üstünə göndərən İ.Qəmbərov məqsədinə nail olmaqdan ötrü nə qədər çirkin mətləblərə əl atdığını bir daha nümayiş etdirmiş oldu. Eyni zamanda, Ə.Oruca onun partiyası adında blokdan imtina etmək barəsində mühüm göstərişlər verən M.Fəttayev də bütün hallarda müttəfiqini dəstəkləməyə hazır olduğunu bildirib. Bütün bunlar isə, onu göstərir ki, müxalifət düşərgəsində olanlar və olacaqlar böyük bir fəlakətin yaxınlaşmasını zəruri edir. Amma bu fəlakətdən hansı müxalifət partiyasının sağ-salamat çıxması isə sual altındadır.

Digər xəbərlər