Etibar Məmmədovun "bazar" siyasəti iflasa uğrayır
Uzun müddətdir ki, başsız, nagüman qalmış Azərbaycan Milli İstiqlal Partiyası hələ də düşdüyü problem çuxurundan çıxa bilmir. Buna səbəb kimi, partiya rəhbərliyində təmsil olunan şəxslərin şəxsi düşmənçilikləri qabardılsa da, reallıq tamam başqa mətləbərdən xəbər verir.
AMİP-in bu günə düşməsində, ilk olaraq, partiya funksionerləri keçmiş sədr, hazırda qurumun lideri kimi təqdim olunan Etibar Məmmədovu günahkar bilirlər. Onların iddiasına görə, E.Məmmədov AMİP-in illərdən bəri toplayıb qazanmış olduğu bütün mülkiyyətini və vəsaitini tamamilə taladıqdan sonra sədrlikdən getməli oldu. Digər bir yandan isə E.Məmmədovun məhz bu günahları üzündən partiya sədrliyindən imtina etdiyi bildirilir. Eyni zamanda, partiyanın malik olduğu imkanlardan yararlanmaqla, kənarda özünə müəyyən işlər quran E.Məmmədov biznes maraqlarını daha çox təmin etmək üçün əl-qolunu daha çox açmalı oldu. Elə bu məqsədlə də, E.Məmmədov partiya sədrliyindən istefa verməklə biznesinin başında daha aktiv durmağa başladı. Onun qonşu Rusiya və Dağıstanda göy-göyərti satmaq üçün bir sıra obyektlərinin olması barəsində konkret faktlar da mövcuddur. Eyni zamanda, E.Məmmədovun bu yaxınlarda aşkar olunmuş türkiyəli ortaqları AMİP "lider"i ilə bir çox işlər gördüklərini bildiriblər. Bir müddət Dağıstanda olduqdan sonra, Türkiyədə müəyyən işlərlə məşğul olan E.Məmmədov oradakı ortaqlarına kələk gəlib pul oğurladıqdan sonra ölkəyə dönüb. Artıq heç bir ölkəyə getməyə üzü olmayan E.Məmmədov yenidən siyasətə qayıtmaq barəsində fikrə düşüb. Neçə illərdir ki, tamamilə başsız, özbaşına buraxmış olduğu AMİP-ə dönən E.Məmmədov burada tamamilə başqa bir mənzərə ilə qarşılaşıb. Çünki AMİP-in bütünlükdə imkanlarının mənimsənilməsi nəticədə bu cür vəziyyətin yaranmasını qaçılmaz edib. Ona görə də, bu gün müxalifət düşərgəsində olduqca acınacaqlı durumda olan partiyalardan AMİP-in heç bir fərqi yoxdur. Bunun əsaslı misal kimi qurumda neçə müddətdir ki, sədr postunun da boş qalmasını göstərmək olar. Maraqlı bir məqam isə, ondan ibarətdir ki, bu gün bir sıra məsələlərdən dəm vuran AMİP "lider"i nəticədə partiyasında bir ağıllı-başlı adam tapıb, sədr vəzifəsinə təyin edə bilmədi. Eyni zamanda, E.Məmmədovdan sonra AMİP-də müəyyən işlərlə məşğul olan şəxslər də, bu posta bir "başıpapaqlı" tapa bilmədilər. Bunun isə bir neçə səbəbi vardır. Birincisi, bu qurumlarda iş prinsipindən bir buraya düşən, bir də buradan qaçan adamlar razılıq edirlər. İkinci bir tərəfdən isə, artıq olanlar və olacaqlar dönə-dönə sübut edir ki, AMİP-də onun keçmiş sədrindən və bir-iki əlaltısından başqa heç kim qalmayıb. Ona görə də, AMİP kimi, tarixin acı arxivinə göndərilməli olan partiyalarda da, salam verməyə belə adam qalmadığından, burada kiminsə üzünə gülüb sədr postuna təyin etmək problemə çevrilib. Bütün bunlardan qurtulmamış, AMİP-in ikinci bir böyük problemlə üzləşməsi isə qaçılmaz olub. Artıq neçə illərdir ki, partiya qurultayı üzünə həsrət qalan AMİP üçün, deyəsən, bu arzu heç vaxt reallığa çevrilməyəcək. Çünki E.Məmmədov, artıq yenidən partiya rəhbərliyinə dönəcəyi barəsində qərar verib. Hər şeydən əli üzülən E.Məmmədovun belə bir addım atması isə özünün böyük fəlakətin kiçik qığılcımları kimi xarakterizə olunur. Ona görə də, bu yaxınlarda AMİP-in, bir siyasi qurum kimi, fəaliyyətinin sona yetdiyini hər kəs müşahidə edəcək.