PDF Oxu

Müxalifət

  • 14

Müxalifət riyakarlıq simvolunu bərpa etməyə hazırlaşır

Müxalifət riyakarlıq simvolunu bərpa etməyə hazırlaşır
Dünya yaranandan və bu dünyanın sakinləri olan insanların mövcudluğundan bu günə qədər maddi maraqlar ön planda olub. Sonradan maraqlara siyasi istəklər də əlavə olundu. Yəni hakimiyyətlər uğrunda siyasi mübarizə nəticə etibarı ilə maraqların toqquşması ilə müşayiət olundu.
Bu mübarizədə uğur qazanmağın mümkünsüzlüyünü dərk edənlər isə özlərinə arxa-dayaq axtarmağa cəhdlər göstərdilər. Hətta bu yolda milli və dövlətçilik maraqlarını satmaqla xarici maraqlı qüvvələrə yarınmaq səylərini göstərdilər. Daha doğrusu, proseslərin inkişafına və araşdırmalara əsasən, demək olar ki, satqınlıqla siyasətdə duruş gətirən yaramaz qüvvələr bu gün də maddi durumlarını və siyasətdə qalmaq ehtiyaclarını xarici qüvvələrə satılmaqla ələ keçirirlər. Bu məsələdə daha çox AMİP, Müsavat, AXCP (i) və bu kimi digər partiya sədrlərinin adları daha çox və tez-tez çəkilir. Bu da, onunla bağlıdır ki, İsa Qəmbərov, Əli Kərimov, Rəsul Quliyev, Sərdar Cəlaloğlu kimi simasızlar anti-Azərbaycan mövqeli qüvvələrlə əlaqələrini bəzən gizli, bəzən isə utanıb-çəkinmədən açıq şəkildə nümayiş etdirirlər.
Son vaxtlar xarici maraqlı qüvvələrlə geniş əməkdaşlıq əlaqələri olan müxalif partiya sədrlərinin fəaliyyəti daha geniş spektri əhatə etməyə başlayıb. Bunun da səbəbi bu ilin noyabrında parlament seçkilərinin keçirilməsidir. Yəni partiya sədrləri parlament seçkiləri ilində xarici ağaları ilə daha sıx əlaqələr qurmaqla maddi və mənəvi problemlərini həll etməyə ümid bəsləyirlər. Məhz buna görə də, fəallıq nümayiş etdirir, mitinqlər, küçə yürüşləri keçirmək istəyi ilə bəyanatlar verirlər. İctimaiyyətin ABŞ-ın Azərbaycana qarşı tutuğu ikili standartlarla tənzimlənən siyasət yürütməsinə radikal müxalifət ciddi narazılıq ifadə etməyə başlayıb. Hətta toplantı keçirərək, ABŞ-ın müdafiəsi üçün aksiyalar keçirəcəklərini bildirirlər. AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov mətbuata verdikləri açıqlamalarında ABŞ-ın Ermənistanın mövqeyini müdafiə etməsini təbii qarşıladıqlarını və buna görə də, Vaşinqtona dəstək verməyə hazır olduqlarını söyləyiblər. Ə.Kərimov "Vaşinqton-Post" qəzetində dərc etdirdiyi jurnalist yazısında ABŞ-ın Ermənistanla əlaqələr qurmasında Azərbaycan müxalifətinin maraqlı olduğunu qeyd edib. Onu da bildirib ki, Vaşinqton-Yerevan əlaqələrinin möhkəmlənməsi regiondakı mövcud problemlərin aradan qaldırılmasına təkan ola bilər.
Bütün bunlara əsaslanaraq, demək olar ki, radikal müxalifətin Azərbaycan ictimaiyyəti arasında ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu ermənipərəst mövqeyinə etiraz etməsindən ciddi narahatlıq keçirir. Bununla bağlı narazılıqlarını ifadə etməklə, Qərbin anti-Azərbaycan mövqeli qüvvələrinə hər zaman Bakıdakı təmsilçiləri olaraq, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdə sədaqət nümayiş etdirəcəklərini çatdırmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl, Müsavat başqanı İsa Qəmbərov da partiyanın Ali Məclisinin iclasında rəhbərlik etdiyi təşkilatın Qərbyönlü siyasət yürütməkdə israrlı olacağını bildirmişdir. İ.Qəmbərov "Müxalifət düşərgəsində Rusiyaya və İrana işləyən partiya sədrləri var" deməklə bu sırada Qərbə meyillilik nümayiş etdirən partiyaların yalnız özləri olduğunu göstərməyə çalışmışdır. Sonrakı mərhələdə icazəsiz aksiyalar keçirməyə səy göstərməklə, nicatının və maddi durumunun düzəlməsinin yalnız Qərbdəki anti-mövqeli qüvvələrdən asılı olduğunu nümayiş etdirmişdir. Amma bütün bunlara baxmayaraq, müxalifətin ölkəmizdə hər hansı bir pozuculuq aktları həyata keçirə biləcəkləri inandırıcı deyil. Çünki Azərbaycanda möhkəm əsaslara malik ictimai-siyasi sabitlik mövcuddur. Digər tərəfdən xalq-hakimiyyət birliyi dönməz və sarsılmazdır. Bu birliyi və siyasi sabitliyi müxalifət, eləcə də, onların dədələri rolunda çıxış edən Qərbdəki anti-Azərbaycan mövqeli qüvvələr heç vəchlə poza bilməzlər.

Digər xəbərlər