Çində 16 nəfər sürüşmə qurbanına çevrilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyunun 15-də Çinin cənubi-qərbində yerləşən Sıçuan əyalətində baş vermiş sürüşmə nəticəsində 16 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır. Yerli hakimiyyət dairələrinin məlumatına görə, dağın çökməsi nəticəsində tikinti sahəsi uçqun altında qalmışdır. "Assoşieyted Press" sürüşməyə leysan yağışlarının səbəb olduğunu bildirmişdir.
Agentliyin məlumatına görə, Çinin şərq əyaləti olan Funtszyanda da daşqınlar və sürüşmələr müşahidə edilməkdədir. Son məlumata görə, bu ərazidə 24 nəfər itkin düşmüşdür.