PDF Oxu

Müxalifət

  • 12

Xəstə ideologiyanın nəticəsi: səfil durumda yaşayan erməni xalqı

Xəstə ideologiyanın nəticəsi: səfil durumda yaşayan erməni xalqı
Son vaxtlar dünyada gedən siyasi və iqtisadi proseslər bəzi ölkələrdə faciəli durum yaradıb. Ən ağır durumda olan ölkələrdən biri də Ermənistandır. Xarici siyasətdə Azərbaycana ardıcıl məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi böhran da güclənir. Ölkənin sosial-iqtisadi sferada üzləşdiyi problemlərin əsas səbəblərindən biri Azərbaycanla münaqişə durumda olması üzündən iqtisadi bolakdaya düşməsidirsə, digər səbəbi də ölkədəki mövcud hakimiyyətin korrupsioner və kriminal xarakterli olmasıdır.
Ermənistanda güc strukturları kriminallaşaraq öz mənfəəti üçün iqtisadi sferada maliyyə fırıldaqları prinsipi ilə işləyir. Ölkədə belə bir cinayətkar piramida yaranıb. Hakimiyyətin yuxarı eşalonu ölkə maliyyə aktivlərinin və müəssisələrinin 95%-inə nəzarət edirsə, onda necə olmalıdır ki?
Rusiyanın nüfuzlu nəşrlərinə açıqlamalar verən, Ermənistan Milli Klubunun rəhbəri "Miabanutyun" Smbat Qaraxanyanın verdiyi məlumata görə, Ermənistan hakimiyyətinin yuxarı eşelonunda yer almış bandokratlar, eyni zamanda, qeyri-qanuni trafiklərə, ümumi maliyyə axınının 90 faizinə nəzarət edirlər. "Ermənistanda rəhbərliyindən asılı olmayaraq, dövlətin milli maraqlarını, ərazi bütövlüyünü və sadə vətəndaşların hüquqlarını müdafiə edən oturuşmuş dövlətçilik qurulmayıb"- deyə Smbat Qaraxanyan əlavə edib.
2006-cı ildən erməni milyonçularının siyahısını dərc edən "Forbs-Ermənistan" jurnalının siyahısında ölkənin ən iri milyonçularının, prezident başda olmaqla, dövlət rəhbərliyində təmsil olunan yüksək rütbəli məmurlar olduğu ortaya qoyulub.
"Ermənistan iqtidarı, öz xalqına qarşı vergi terroru həyata keçirir və xalqın son qəpiklərini də əlindən alır". SİA-nın news.am-a istinadən verdiyi məlumata görə, bu fikirləri Ermənistan İrs Partiyasının lideri, millət vəkili Armen Martirosyan parlamentin iclasında səsləndirib.
Ermənistanın çirkli kapitalı oliqarxlar və yüksək rütbəli məmurlar tərəfindən ölkədən çıxarılır və Avropaya yerləşdirilir. Həmin pullar xarici ölkələrdə gizlədilir və Cənubi Avropada, Balkanlarda, İsraildə və Türkiyədə daşınmaz əmlak alınır. Ölkə iqtisadiyyatının, demək olar ki, bütün sahələrinin bu cinayətkar klanın nəzarətində olduğunu sadə ermənilər də yaxşı bilir.
Ermənistanın 2009-cu ilin yekunu ilə bağlı hesabata görə, ÜDM-in azalmasına görə (mənfi 14,4 %) MDB ölkələri arasında 1-ci yeri tutur. Ekspertlərin fikrincə, korrupsiya və kriminalın hökm sürdüyü bir ölkədə belə də olmalıdır.
Beynəlxalq maliyə qurumarının son hesablamaları göstərir ki, 2010-cu il Ermənistan iqtisadiyyatı üçün daha ağır olacaq. MDB Statistika Komitəsinin proqnozlarına görə, Ermənistanın iqtisadiyyatı 20 faiz geriləyib. ÜDM 81,6 faiz, o cümlədən, sənaye istehsalı 88,1, kənd təsərrüfatı 97,5, əsas kapitala yatırılan sərmayə 46,5 faiz yerinə yetirilib. Komitənin hesabatında o da vurğulanır ki, Ermənistanın digər ölkələrə məhsul ixracı 47, idxal isə 30 faizdən çoz azalıb. Hazırda Ermənistan idxal hesabına yaşıyır, işsizlərin sayı isə durmadan artır.
Ermənistanın sabiq baş naziri, "Azadlıq" partiyasının sədri Qrant Baqratyan bildirib ki, əgər Ermənistanda sosial-iqtisadi durum dəyişməzsə və uyğun addımlar atılmazsa, o zaman 2013-cü ildə ölkə iqtisadi fəlakətlə qarşılaşacaq. Onun sözlərinə görə, bu gün Ermənistanda sosial-iqtisadi durum çox ağırdır, maliyyə böhranı hələ də davam edir, lakin hakimiyyət problemlərin həlli istiqamətində heç bir addım atmır: "Bütün inkişaf etmiş ölkələrdə əhalinin 10-12 faizi aktiv biznes fəaliyyətilə məşğuldur. Amma Ermənistanda bu göstərici 1 faizdir. Ermənistan külli miqdarda borca girib".
"Daşnaksütyun" ARF-in ali orqanının sədri Armen Rustamyan söyləyib ki, Ermənistanda görünməmiş sosial-iqtisadi problemlərlə müşahidə olunan milli iqtisadiyyatın böhranı gedir. Onun fikrincə, Ermənistandakı bu cür durum sosial partlayışa gətirib çıxara bilər: "
"İrs" parlament fraksiyasının deputatı Armen Martirosyan Ermənistanın kənd təsərrüfatı siyasətini tənqid edib. Onun sözlərinə görə, Ermənistanda ərzaq təhlükəsizliyilə bağlı heç bir tədbir görülməyib.
Erməni Milli Konqresinin (EMK) koordinatoru Levon Zurabyan isə deyib ki, Ermənistan bahaçılıq və səfillik dövrünü yaşayır: "Yoxsulluğa yönələn bu siyası taktika Ermənistanı uçuruma aparacaq. Quldur dövlət kimi fəaliyyət göstərən rəsmi Yerevan siyasi baxımdan heç nəyə qadir deyil".
Müxtəlif versiyalara görə Rusiyada hazırda 800 min Ermənistan vətəndaşı ailəsini dolandırmaq, acından ölməmək üçün çalışır. Ermənistanın sabiq iqtisadi inkişaf naziri Levon Barxudaryan da belə hesab edir ki, 2010-cu ildə iş dalınca xarici ölkələrə üz tutan ermənilərin sayı daha çox olacaq.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quteres hesabatında bildirir ki, ötən il Ermənistandan xarici ölkələrdə sığınacaq almaq üçün 6226 nəfər təşkilata müraciət edib. Hesabatda göstərilir ki, müraciət olunan ölkələrdən 38 Avropa, 6 qeyri-Avropa dövlətləridir. Hollandiya, Polşa, Slovakiya, Bolqarıstan, Avstriya və Fransa ermənistanlılara qaçqın kimi ən çox sığınacaq verən ölkələrdirlər. Əlbəttə ki, bu sıraya Azərbaycanı da aid etmək olar. Çünki hazırda Azərbaycanda Ermənistanın vətəndaşları və bu ölkənin ordusunun bir çox əsgərləri Bakıdan kömək istəyirlər.
Ümumiyyətlə, qonşu ölkədə yaşanan prosesləri nəzərdən keçirdikdə, görmək olur ki, erməni xalqı onlara sırınmış xəstə ideologiyanın qurbanına çevrilib. Uydurma "böyük Ermənistan" ideyası, "qədim millət" utopiyası və eqoist maraqlar bu xalqı səfil duruma gətirib. Qarşı tərəfdə isə, sürətlə inkişaf edən, əhalisi yüksək mədəni və sosial şəraitdə yaşayan, qüdrətli dövlətə çevrilən Azərbaycan var. O Azərbaycan ki, vaxtilə bu ölkədə yaşayan ermənilər indi bunun həsrətini çəkirlər. Amma bu, itirilmiş imkanlardır və ermənilərin bu imkanı bir daha əldə etmək üçün bəzi xəstə ideologiyalardan əl çəkməsi tələb olunur.

Digər xəbərlər