PDF Oxu

Müxalifət

  • 7

"Azadlıq" bloku adından imtina edir

"Azadlıq" bloku adından imtina edir
Bildiyimiz kimi, "Azadlıq" bloku ilə "Azadlıq" partiyası arasında bir neçə vaxtdır ki, qarşılıqlı ittihamların ardı-arası kəsilmir. Səbəb isə "Azadlıq" blokunun adı ilə bağlıdır. Bu adda partiyanın olması mübahisə mövzusuna çevirilib. Ə.Orucov "Azadlıq" blokunun adının dəyişdirilməsi barədə bloka tez-tez təzyiqlər göstərməsinə baxmayaraq, AXCP (i)-nin sədri Ə.Kərimov analoji fikirlərinin olmadığını bildirmişdir. Bundan əlavə, AXCP(i)-nin sədr müavini Həsən Kərimov da bu adla seçkilərə qatılmaq istədiklərini qeyd etmişdir. Ə.Orucov isə belə bir hərəkətin nə məntiqə, nə də siyasi etikaya sığmadığını deyib. Bundan rahatsız olduğunu bildirən Ə.Orucov qeyd edib ki, "Azadlıq" partiyası dövlət qeydiyyatından keçmiş təşkilatdır. Dünən adı qoyulan bir blokun bizim adımızla eyni olması heç də xoş hal deyil. O bildirib ki, hətta ad oxşarlığı səbəbindən, aramızda bağlılığın olduğunu düşünənlər də var. Bu məntiqsizliyin aradan qaldırılması lazımdır. "Azadlıq" blokuna təzyiqləri gücləndirən Ə.Orucov, deyəsən, istəyinə tədricən nail olur. Müxalifətdaxili gedən söz-söhbətlərdə artıq blokun adının dəyişdirilməsi fikri gündəm mövzusuna çevrilib. Bloka daxil olan partiyaların da bu ad bənzərliyindən rahatsız olduqları və ad dəyişikliyinin zəruri olduğu gerçəkdir. Əgər ad dəyişikliyi olarsa, bunu "DUİ"-nin "Azadlıq" bloku üzərində qələbəsi kimi də qiymətləndirmək olar. Ə.Kərimov isə bütün bu olanlar qarşısında susqun qalmağı seçib. Onu da deyək ki, onların bir neçə gün bundan qabaq Ə.Orucov ilə ad üstündə mübahisələri olmuşdu. Lakin mübahisə sonradan sakitçiliklə nəticələndi. Bu ad dəyişikliyi söz-söhbətində isə hamının gözü Ə.Kərimovu axtarırdı. Lakin Ə.Kərimov bu polemikada iştirak etmirdi. Bir çoxları bunu Ə.Kərimovun Ə.Orucov üzərində uğuru kimi gördülər. Bütün bunlar onu göstərir ki, Ə.Orucov müxalifətin başına ikinci İsa Qəmbərov olmaq istəyir. Onu da qeyd edək ki, Müsavat başqanı İ.Qəmbərov bütün müxalifəti qarşısına alaraq, vahid partiya kimi seçkilərə getmək istəyir. Bunun üçün də hər dəfə xarici sponsorları ilə görüşlər apararaq, maddi yardımlar tələb edir.

Digər xəbərlər