“Ümid" tör-töküntülərin "birliyidir"
Müxalifət düşərgəsində həmişə seçkiərəfəsi çox qəribə proses baş verir. Ya "birlik" yaratmaqla varlıqlarını nümayiş etdirmək istəyirlər, ya da gizli qalan məsələləri açıb ortaya qoyurlar. Nəticədə, hətta daha çox bir-birini görməyə gözü olmayan müxaliftçilər, açıq şəkildə mübarizə aparmaqdan belə çəkinmirlər. Baş verən qalmaqal isə, daha çox şou ilə gündəmdə qalan müğənnilərin oyununa bənzəyir və bununla da, özlərinə imic qazanmağa çalışırlar.
Deyilənlərə əsasən, bu günlərdə müxalifət mətbuatında seçkilərlə bağlı müxalifət "lider"lərinin açıq efirə çıxmamaları ilə bağlı fikirlərin yazılmasıdır. Milli Məclisin növbədənkənar sessiyasında da "Ümid" partiyasının sədri İqbal Ağazadə və AXP sədri Pənah Hüseynov seçkiərəfəsi efirdə müxalifətin namizədlərinə az yer verilməsi ilə bağlı fikirlərini söyləyiblər. Bu məsələyə münasibət bildirən "ANİF" prezidenti Eldar Namazov qışqırıq salıb, hay-küylə danışan İqbal Ağazədəni siyasətdən xəbərsiz adlandırmaqla yanaşı, onun efirə çıxmağa layiq olmadığını da söyləyib. E.Namazov İ.Ağazadənin bir müddət öncə, ANS-dəki çıxışını da xatırladıb. Bildirib ki, 2008-ci il prezident seçkiləri zamanı İ.Ağazadə mənimlə debatda olarkən özünü efirdə necə aparmağı belə bacarmadı.
Qeyd edək ki, müxalifət liderləri dönə-dönə bildirirlər ki, televiziya kanallarında bizlərə yer verilmir. Ancaq bir həqiqəti anlamırlar ki, belə debat-görüşlərin tez-tez keçirilməsi onların iç üzünü daha aydın şəkildə nümayiş etdirəcək.
Elə bu fikirlərlə razılaşan E.Namazov tamaşaçıların da həmin görüş zamanı dava-dalaşın düşdüyünün şahidi olduğunu bildirib: "Baş verən hadisələr isə müxalifətin ağızdolusu birlikdən danışmağa üzü olmadığını göstərdi. Görünür, müxalifət liderləri verilən efir imkanından da əxlaqlı tərzdə istifadə edə bilmir. Elə bu səbəbdəndir ki, 17-18 ildən artıq yol gedən müxalifət bu müddət ərzində vahid bir nöqtəyə yaxınlaşa bilmir və biabırçı uğursuzluğa düçar olurlar".
Müxalifət düşərgəsində belə bir siyasi ab-havada yaşayan və düşmənçilik prinsipləri ilə fəaliyyət göstərən radikallar qarşıdakı parlament seçkiləri ərəfəsi yeni qalmaqal yaratmağı davam etdirirlər. Vəziyyətdən usanan E.Namazov "Ümid" partiyasının sədrinin istər Milli Məclisin plenar iclaslarındakı danışığından, istərsə də, mətbuatdakı açıqlamasından bezikdiyini və belə səviyyəsiz söhbətlərindən uzaq olmağı daha əhəmiyətli sayır. "ANİF" sədri qeyd edib ki, İ.Ağazadə hər zaman oyun oynamağı, istənilən birliyi pozmağı bacarandır. Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, birlik yaradasan. Ona görə də, müxalifətlə, eləcə də, siyasət aləmi ilə vidalaşmaq ən yaxşı çıxış yoludur. Bir də düşərgədə təmsil olunanlar və müxalifətdə olmaqları ilə "qürur" duyanlar bilməlidir ki, böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Ona görə də, siyasət onlarlıq deyil. Elə götürək, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip simasızların bacardıqları ikiüzlülük və satqınçılığın siyasətə heç bir dəxli olmayan şeydir. Ancaq təəssüf ki, dünyagörüşünə, savada malik olmayan radikal "liderlər", bütün bu çirkin əməlləri siyasət adlandırırlar. Əfsuslar olsun ki, belə siyasətdə olmaq və xalqın nifrət hədəfinə çevirilməmək üçün də İ.Ağazadə kimilər təmsil olduqları düşərgəni tərk etməlidir.