PDF Oxu

Müxalifət

  • 5

Əli Kərimovun mitinqinə kimlər çıxacaq?

Əli Kərimovun mitinqinə kimlər çıxacaq?
"Azadlıq" blokuna daxil olan müxalifət partiyalarından olan AXCP (i)-nin mitinq keçirmək niyyətində olduğu bildirilir. Blokda təmsil olunan partiyaların növbəti dəfə mitinq keçirmək niyyətləri bu dəfə də alt-üst ola bilər.
Çünki bundan öncə də, bu blokda təmsil olunan partiyalar keçirmiş olduqları mitinqdə özlərini nə dərəcədə biabır etdiklərinin fərqinə varmadan yenidən belə bir iddiaya düşmələri bir sıra gizli mətləblərlə bağlıdır. Dünənə kimi, AXCP (i) sədri Əli Kərimovu düşmən gözündə görən müxalifət indi, nədənsə, onun iyrənc işlərinə göz yumur. Son 20 günə qədər "Azadlıq" blokunda təmsil olunan partiyaların belə Ə.Kərimovu arzuolunmaz şəxs kimi qələmə verməsi, bütövlükdə, müxalifətin diqqətində idi. Çünki Müsavat partiyasının başqanı İsa Qəmbərov "Azadlıq" blokunu "MBH" sədri Lalə Hacıyevanın əlindən almaq məqsədilə Ə.Kərimovu ona qarşı qaldırmışdı. Eyni zamanda, blokun digər təmsilçisi "VİP" də Müsavatın gözündən yayınmamışdır. Hətta Müsavat "DUİ" ilə birlikdə seçki platformasına AXCP (i) və "VİP"-i də daxil edib. Bütün bunlar isə "Azadlıq" blokunun dağılmasına xidmət edir. Digər tərəfdən isə, İ.Qəmbərov özü də ayrılıqda L.Hacıyevanı zərərsizləşdirmək üçün onu ləkələmək və keçmişini yenidən ictimaiyyətə təqdim etmək üçün hərəkətə başlamışdı. Bunun müqabilində isə, L.Hacıyeva da sakit dayanmayıb. Bir neçə gün öncə, xarici havadarları ilə gizlin şəkildə görüş keçirən L.Hacıyeva onlardan aldığı yeni göstərişləri reallaşdırmaq üçün ağalıq etdiyi təşkilatı bir sıra iyrənc işlərə sövq etməyə başlayıb. Bunun ardınca isə AXCP (i) sədri Ə.Kərimov iyunun 5-də mitinq keçirmək barəsində qondarma qərar verib.
Maraqlısı isə ondan ibarətdir ki, AXCP (i) artıq ikinci dəfədir ki, fərdi qaydada mitinq keçirmək barəsində qərar verir. Ə.Kərimovun məkrli planlarının arxasında hansı qüvvələrin dayanması isə hər kəsə məlumdur. Digər bir tərəfdən isə, Ə.Kərimov artıq düşərgədə heç kəsə etibar etmədiyini nümayiş etdirir. İ.Qəmbərovla əməkdaşlığın da ona sərf etmədiyi qənaətinə gələn Ə.Kərimov sonluqda bütün müzxalifət yetkililərini güdaza verməklə, şəxsi prinsiplərini reallaşdırmağı düşünür.
Xarici havadarlarının köməkliyi ilə artıq ikinci dəfədir ki, tabeçiliyində olan iki-üç nəfərin ciblərinə pul basmaqla, metro stansiyalarının qabağında hay-küy salmağa göndərməklə işini bitmiş hesab edən Ə.Kərimov iyunun 5-nə təyin etdiyi aksiyadan nə gözləyəcəyindən asılı olmayaraq, növbəti dəfə də, özünün bütün eybəcərliklərini cəmiyyətə göstərmiş olacaq.

Digər xəbərlər