Təsir altındakı xəyalpərəst
Hal-hazırda müxalifətçilər arasında ən aktual mövzu AXCP (i) sədri Əli Kərimovun nə etmək istədiyi mövzusudur. Buna səbəb isə AXCP (i) sədrinin gah dost, gah da rəqib olmasıdır. Partiyalararası ikili siyasətlə çıxış edən AXCP (i) sədri onları bu haqda düşünməyə vadar edib. "Azadlıq" blokunun aparıcı partiyası olan AXCP (i) nədənsə gah "Müsavat" partiyası ilə görüşür, gah da blokda Müsavat əleyhinə çıxışlar edir. Nəticə isə "Azadlıq" blokunda narazılığa səbəb olur. Hətta blok bu yaxınlarda AXCP (i)-ni blokdan kənarlaşdırmaq təklifi ilə çıxış etmişdilər. Müsavat partiyasının "Azadlıq" blokunu dağıtmaq istəyi hər kəs tərəfindən bilinməkdədir. Ancaq AXCP (i) sədri Ə.Kərimovun Müsavat başqanı İsa Qəmbərov ilə tez-tez görüşməyi "Azadlıq" blokunda xəyanət olacağı təsiri bağışlayıb. Bu səbəbdən, Ə.Kərimovu ikiüzlülükdə günahlandırmaları digər partiyalar tərəfindən normal hal kimi qiymətləndirildi.
Digər tərəfdən, xalqı mitinq çağırışlarıyla, yalan vədlərlə küçələrə tökmək istəyən AXCP (i) sədrinin bu mövqeyini xarici təsirlərin tapşırığı ilə etdiyinə əsas verir. Hər halda, AXCP (i) sədri Ə.Kərimov vətəndaşların sosial-siyasi dünyagörünüşünün yetərincə formalaşmasından bixəbərdir. AXCP (i) sədri Ə.Kərimov anlamır ki, xalq artıq mitinq, aksiya və s. kimi şeylərə inanmağa əsas olmadığının fərqindədir. Lakin AXCP (i) sədrinin xarici sponsorlarının təsiri nəticəsində özünündə inanmadığı bir proqramla hərəkət edir. Ə.Kərimovun maliyyələşdiricilərinin ona vəd etdikləri yardımın miqdarına gəldikdə, nə az - nə də çox, 111800 dollar məbləğində olduğu iddia edilir. Bu səbəbdən, Ə.Kərimov "Pulunu ver, şəkilini çəkdir" prinsipi ilə təsir altına düşüb. Lakin pulunu da verdiyi təqdirdə xəyalpərəstlik xəstəliyinə yoluxan Əli Kərimov bir gün o xəyallarla yaşaya bilməyəcəyini anlayanda, çox gec olacağını bilmir. Nə vaxtsa ayılsa, nə salam verəcək qədər hörməti, nə də sədrlik edə biləcəyi bir partiyası qalmayacaq.
Xəyal qurmaq yaxşıdır, amma xəyallarla yaşamaq olmaz!