PDF Oxu

Müxalifət

  • 9

Düşərgədə növbəti ittihamlar

Düşərgədə növbəti ittihamlar
Son günlər radikal düşərgənin "sakinləri" qarşıdakı parlament seçkilərinə ciddi hazırlaşdıqlarını və namizədlərini müəyyənləşdirdiklərini bildirirlər. "Ümid" partiyasının sədr müavini Rafael Tağızadə isə radikal düşərgə sakinlərinin çirkin oyunlarla məşğul olduğunu bildirib.
R.Tağızadə qeyd edib ki, qarşıda duran əsas vəzifələrimizdən biri də parlament seçkilərində iştirak etməkdir. Bununla bağlı, mütəmadi olaraq, toplantılar keçiriləcək və seçkilərdə blok şəklində iştirak edəcəyik.
"Ümid" partiyasının sədrinin müavini Müsavat və AXCP (i) haqqında mətbuatda gedən ittihamlara da münasibət bildirərək, vurğulayıb ki, istər Əli Kərimov və onun ətrafında olanlar, istərsə də, İsa Qəmbərovun dəstəsinin söz deməyə haqqı olmadığını söyləyib. R.Tağızadə İqbal Ağazadə haqqında ciddi ittihamlarının mətbuatda müzakirə predimetinə çevrilməsinə münasibət bildirərək, onu da vurğulayıb ki, həmin adamların özləri çirkab içindədirlərsə, nəyə əsaslanaraq, heç bir əsas olmadan kimisə ittiham edirlər?
"Ümid" partiyasının sədrinin müavini müxalifət düşərgəsində yaranan bloklar haqqında məsələyə də aydınlıq gətirib: "Bəzi partiya sədrləri elə zənn edirlər ki, müxalifət düşərgəsi "Qarabağ və Respublika Uğurunda Hərəkat"da təmsil olunan partiyalardan ibarətdir. Ancaq elə deməzdim. Müxalif partiyaların çoxu özünü müxalifətyönümlü sayır. Amma onlar da bəzi məqamlarda blok və qurumlarda birləşir. Onlar haqqında hər hansı fikir yürüdə bilmərik. "QRUH" hansı formada seçkilərə qatılacaqsa, bu, onun öz işidir. Doğrudur, Müsavat partiyası bəyan edir ki, seçkilərə fərdi qaydada "QRUH" qatılacaq. Eyni fikirlə Ə.Kərimov da çıxış edib. Ancaq qabaqcadan qəhrəmanlıq etmək lazım deyil. Çünki əvvəlki seçkilərdə də belə "qəhrəmanlığın" çox şahidi olmuşuq. Ona görə də, "çayı hoppanmamış bərəkallah" deməsinlər.
R.Tağızadə ASDP sədri Araz Əlizadənin "QRUH"-da təmsil olunan partiyaları xarici qüvvələrin idarə etməsi fikri ilə razılaşmadığını da bildirib: "Çox adam çox söz deyə bilər. Kimin hansı formada fəaliyyət göstərməsi göz qabağındadır. Bilirsiniz ki, "DUİ" də mövcuddur. Ancaq bu qurum və blokların fəaliyyətsizliyinin nəticəsidir ki, cəmiyyətdə aktivlik nümayiş etdirə bilmirlər. Səbəb fəaliyyətsiz və savadsız partiya sədrlərinin şəxsi ambisiyalara daha çox üstünlük vermələridir. Düşərgədə olan partiya sədrləri gündəmdə yalnız bir-birini ittiham etməklə qalır. Bu isə, o demək deyil ki, onlar aktivdirlər. Zaman-zaman bu müxalifət belə çirkin oyunları ilə gündəmdə qalıb, indi də bu yolun uğurlu olacağına ümid edirlər".

Digər xəbərlər