Şimali Afrika terrorçu qruplaşmasının lideri hakimiyyətə təslim olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Kaidə"nin Şimali Afrika şöbəsinə başçılıq edən Atman Tuati Əlcəzairin hakimiyyət dairələrinə təslim olmuşdur. Əlcəzairin 37 yaşlı daxili işlər nazirinin dediyinə görə, Əbu əl-Abbas kimi tanınan A.Tuati arvadının sözünə baxaraq, "cinayətkar qruplaşma üzvlərini tərk edib" evinə qayıtmaq məqsədilə, hakimiyyət orqanlarına təslim olmuşdur.
Əlcəzairin hakimiyyət dairələrinin məlumatına görə, A.Tuati 1990-cı illərdə islam silahlılarının dövlət əleyhinə aksiyalarını təşkil etmiş və Əlcəzairin "Əl-Kaidə" şöbəsinin ideoloji lideri olmuşdur. Əlcəzair Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, A.Tuati "İslam Məğribində əl-Kaidə Təşkilatı"nın dördüncü üzvüdür ki, hakimiyyət dairələrinə təslim olmuşdur.