Müxalifət növbəti dəfə öz planlarının qurbanı oldu
Radikal liderlərin partiyaları dağıtmaq planları müxalifətdaxili ziddiyyətlərin son dərəcə kritik xarakter almasına səbəb olub. Xüsusilə də, Müsavat başqanı İsa Qəmbərov bekar qaldığından, gündəm mövzusu yaratmaq naminə, tez-tez söz söhbət yaradır. "DUİ"-nin təmsilçiləri ilə bir araya gələn İ.Qəmbərov təbii fəlakətlə bağlı hay-küy yaratmaq yönümündə müzakirələr aparıb. Hətta "DUİ" ilə bağlı dəyişikliklər edilməsi yönümündə də fikir mübadiləsi aparılıb. Dəyişiklik isə, ondan ibarətdir ki, bloka daxil olan olan partiyalardan bəzisini müəyyən məsələ də ittiham edib ya qurumdan kənarlaşdırmaq, ya da yeni blok yaradaraq, həmin partiyanı yeni bloka əlavə etməmək. Eyni zamanda, toplantıda rəqib bloku sıradan çıxarmaq üçün təxirəsalınmaz işlərin aparılması da müzakirə predmeti olub. Bu təhlükə ilə qarşılaşan blok "Azadlıq" blokudur. Fəlakətin xəbərçisi isə "Azadlıq" partiyasının olduğu bildirilir. Xatırlayaq ki, bir qədər öncə "Azadlıq" partiyasının sədri Əhməd Oruc "Azadlıq" bloku qarşısında məsələ qaldırmışdı. Ə.Oruc sədrlik etdiyi partiyanın adının hansısa bloka verilməsinin əleyhinə olduğunu bildirmişdi. Çox keçmədi ki, "Azadlıq" bloku yeni bir təhlükə ilə qarşılaşmalı oldu. Lakin təhlükə xaricdən yox, məhz daxildən oldu. Aralarında anlaşma bağlarını gücləndirə bilməyən partiyalar, son zamanlar qopma təhlükəsi ilə üzləşmişlər.
Onu da qeyd edək ki, AXCP (i) sədrinin Müsavat başqanı ilə gizli görüşməsi "Azadlıq" blokundakı digər partiyaların narazılığına səbəb olub. Gərginliyin artması nəticəsində "MBH-nin lideri L.Hacıyava ilə birgə "VİP" sədri Ə.Əliyev AXCP (i) sədri Ə.Kərimova qarşı birləşiblər. Bu birləşmə, yeni blokun yaranması ehtimalını gücləndirdi. Maraqlısı da burdadır ki, bir araya gələ bilməyən iki partiya dostluq, əməkdaşlıq vədləri verdikləri bir partiyaya qarşı birləşdi.