PDF Oxu

Müxalifət

  • 11

"Azadlıq" blokunun piketi müxalifətin faciəsini yenidən üzə çıxardı

"Azadlıq" blokunun piketi müxalifətin faciəsini yenidən üzə çıxardı
Müxalifətin biabırçılığı durmadan davam edir. Sanki düşərgədə olan partiya sədrləri bu il özlərini tamamilə gülünc vəziyyətə olmaq barəsində qarara gəliblər. Yoxsa havayı yerdən üç-beş nəfərlə hansısa bir metrə stansiyasının qarşısında qışqır-bağır salmağa cəhd göstərməsi mümkün olan məsələ deyil. Amma maraqlı bir məqam isə ondan ibarətdir ki, müxalifət üçün bu il sonuncu məqamdır. Artıq qarşıdan gələn illərdə müxalifətdən əsr-əlamət belə qalmayacaq. Çünki onlar özləri-özlərini o qədər gülünc vəziyyətə salıblar ki, daha bundan sonra, müxalifətin normal fəaliyyət istiqamətinə dönməsi sual doğurur. Digər bir yandan isə, müxalifət düşərgəsində sağlam mühitin olmaması buradakıların da azğınlaşmasına şərait yaratmış olub. Odur ki, tamamilə insanlıq simasından çıxmış radikal müxalifət yetkililərinin istənilən formada atacaqları addım, sadəcə olaraq, şəxsi prizmalara hesablanıb. Azərbaycan cəmiyyəti bu günə qədər isa qəmbərovların, əli kərimovların, lalə hacıyevaların, eldar namazovların hansı amala xidmət etdiklərini və nə iyrənc oyunlardan çıxdıqlarını çox gözəl bilir. Bu baxımdan da, istənilən formada müxalifətin atacağı addım elə cəmiyyətin özü tərəfindən də ikrah hissi ilə qarşılanmaqdadır. Düşərgədə olan üç-beş partiya sədrləri məsləhətləşib, ardıcıl olaraq mitinq və ya piketlər təşkil etməklə özlərinin mövcudluqlarını hiss etdirməyə çalışsalar da məsələnin əsil tərəfi başqa mətləblərdən xəbər verir. Birincisi mayın 15-də yenidən iki-üç nəfərlə hay küyü salmağı özü üçün əməzsiz bir iş kimi qələmə verən anormallığı ilə seçilən AXCP (i) sədri Əli Kərimov kimlərin kuryeri olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxmaqdadır. Bir neçə müddət öncə, havadarları tərəfindən ABŞ-da məqalə çıxartdıran Ə.Kərimovun sonrakı tapşırığı məhz Azərbaycanda ictimai sabitliyi pozmaqdan ibarət olub. Odur ki, Ə.Kərimov havadarlarının köməkliyindən yararlanaraq, özünün mövcudluğunu hiss etdirməyə çalışır. Digər bir yandan isə, Ə.Kərimov müxalifətdəki rəqiblərindən özünü güclü göstərmək üçün əlindən gələn bütün iyrənc işlərə əl atır. Onun təmsil olunduğu "Azadlıq" blokunun ikinci dəfədir ki, özünü açıq şəkildə biabır etməsi deyilənləri bir daha təsdiqləmiş olur. Çünki Ə.Kərimov müxalifətdə nə iyrənc iş görüləcəksə, onun önündə olmaqdan xüsusi zövq alır. Onun partiyada qalmış iki-üç nəfər peşkasının cibinə pul basaraq, metro stansiyalaranın qarşısında səs-küy salmağa göndərməsi Ə.Kərimovun iç üzünü bir daha açıb göstərmiş oldu. Eyni zamanda, AXCP (i) sədri öz tərəfdarlarına göstəriş verib ki, blok üzvlərindən daha aktiv olsunlar. Bu məqsədlə Ə.Kərimov müxalifətdəki rəqiblərindən fəal olduğunu göstərməklə, əslində, "KAXCP" sədri Mirmahmud Fəttayevi zərərsizləşdirməyi planlaşdırır. Çünki xaricdən bir Con gələndə Ə.Kərimov xalq cəbhəsi adından tez həmin şəxsin qabağına qaçaraq, özündən başqa doğru müxalifətin olmadığını subut etməyə çalışır. İkinci bir tərəfdən isə "Azadlıq" blokunun piketində hay-küyü salmaqda birinciliyi əldə saxlayan Ə.Kərimov Müsavat başqanı İ.Qəmbərovla əməkdaşlıqdan da yararlanmağı düşünür. Çünki AXCP (i) sədri İ.Qəmbərovla əməkdaşlıq müqabilində ALP lideri L.Hacıyevanı zərərsizləşdirməyi planlaşdırır. Burada iki maraqların olması L.Hacıyevanın bütün yollarını bağlamış olur. Çünki İ.Qəmbərov L.Hacıyevanı sıradan çıxarmaqla "Azadlıq" blokunu, faktiki olaraq, ələ keçirməyi düşünür. Maraqlısı isə ondan ibarətdir ki, Müsavat başqanı bu iddiasının gerçəkləşdirmək üçün Ə.Kərimov faktorundan istifadə dedi. Artıq ilkin variantda buna nail olmaq ərəfəsində olan İ.Qəmbərov olanlara görə, Ə.Kərimovun alnından belə öpməyə hazırdır. Öz növbəsində isə, AXCP (i) sədri Ə.Kərimov əlindən şərəfsizlikdən başqa bir iş gəlmədiyini göstərmək üçün nəyə desən hazır olan şəxsdir. O illər boyu himayəsində olduğu L.Hacıyevanı quru bir marağa görə güdaza verməklə, əslində, nə dərəcədə ziddiyyətli bir şəxs olduğunu növbəti dəfə nümayiş etdirib. "Azadlıq" blokunun mitinq və ya piket keçirməkdə maraqlı görünməsi isə Müsavat partiyası ilə aralarındakı ədavətdən qaynaqlanır. Çünki bu iki təşkilat arasında müxalifət düşərgəsində əməlli-başlı mübarizə gedir. Sonluqda isə, kimin qalib gələcəyindən asılı olmayaraq, müxalifətin tamamilə siyasi arenadan silinmək təhlükəsi real görünür.

Digər xəbərlər