PDF Oxu

Müxalifət

  • 13

Radikal müxalifət Dəniz Baykaldan ibrət dərsi götürə bilərmi?

Radikal müxalifət Dəniz Baykaldan ibrət dərsi götürə bilərmi?
Demokratik cəmiyyətin əsas atributlarından biri də siyasi fəaliyyətlə məşğul olan insanların iradlara, bəzən isə xoşniyyətli tənqidlərə dözümlü yanaşmasıdır. Çevrəsində olan insanların etimadının doğruldulmayacağı təqdirdə, "istefa" çağırışlarının səslənməsinidə təbii qarşılanmalı olan demokratik məsələlərdəndir. Amma bu, bir faktdır ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri, nəinki cəmiyyətdə, eləcə də, rəhbərlik etdikləri partiyalarda ünvanlarına səslənən ittihamları süngü ilə qarşılayırlar. Aradabir rəqiblərini zərərsizləşdirmək üçün məhkəmələrə də üz tuturlar. O faktlar da mövcuddur ki, partiya sədrləri opponetlərini sıradan çıxarmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Bütün bu tip oyunlar yalnız və yalnız sədrlik kreslosuna olan təhlükəni aradan qaldırmaq və siyasətdəki ömürlərini bir qədər də uzatmaq üçün edilir. Əslində isə, onlar siyasi mədəniyyət nümayiş etdirərək, zəbt etdikləri sədrlik kreslosundan istefa verməlidirlər. Çünki beynəlxalq siyasi ab-hava bunu deməyə əsas verir. Dünyanın əksər ölkələrinin siyasi partiya sədrləri ictimai çağırışlara riayət edərək, partiya sədrliyindən istefa veriblər. Buna misal olaraq, uzağa getməyib, Azərbaycana dost və qardaş dövlət olan Türkiyədə cərəyan edən siyasi prosesləri göstərmək olar. Seçkilərdə məğlubiyyətə uğrayan Türkiyənin siyasi partiya yetkililəri istefa verməyə məcbur olublar. Üç gün öncə isə, Türkiyənin ana müxalifəti hesab olunan MHP lideri Dəniz Baykal partiyanın idarə heyətinin üzvülərini yığaraq, partiya sədrliyindən istefa verməsini onların nəzərinə çatdırıb. Düzdür, MHP-nin istər millət vəkilləri, istərsə də, rəhbərlikdə təmsil olunan şəxsləri D.Baykalı istefa fikrindən daşındırmağa çalışıblar. Ancaq bağışlanmaz günahının olması səbəbindən D.Baykal həmfikirlərinin xahişlərini nəzərə almaqdan imtina edib. Türkiyə mətbuatının yazdığına görə, D.Baykal katibəsi ilə eşq macərası yaşamasını əks etdirən vidiolent internetdə yayımlandıqdan sonra, o, MHP liderliyindən istefa vermək məcburiyyətində qalıb. D.Baykal mətbuat qarşısında istefa bəyanatını səsləndirərkən, internetlə yayımlanan vidiolentin hakimiyyət tərəfindən montaj edildiyini bəyan edib. Bir sözlə, Türkiyənin ana müxalifətinin lideri Türkiyədə zəlzələ effekti yaradan addım atdı. "Ya zəlzələdən, ya vəlvələdən" D.Baykal siyasi mədəniyyət nümayiş etdirərək, MHP sədrliyindən istefa verdi. O, artıq başqa söhbətin mövzusudur ki, D.Baykal hansı səbəbə görə istefa verib. Buna Türkiyənin siyasi durumu ilə bağlı təhllilər, siyasi yönümlü şərhlər yazan araşdırmaçı jurnalistlər aydınlıq gətirməyə çalışacaq. Ehtimal ki, birinin yazdığı, digərinkindən fərqlənəcək. Ortada isə, hələlik, bir fakt mövcuddur: mayın 28-də keçirilməsi nəzərdə tutulan MHP-nin qurultayında yenidən sədr seçilməyə böyük şansı olan D.Baykal istefa verdi. Bu istefa mədəniyəti digərlərlərinə, o cümlədən də, Azərbaycan müxalifətinə ibrət dərsi olmalıdır. Ancaq inandırıcı deyil ki, Azərbaycanın radikal müxalifəti xarici ağalarının icazəsi olmadan, hər hansı bir addım atsın. Bunun olmayacağı təqdirdə, radikal müxalifət partiya sədrlərinin istefa vermələri də inandırıcı görünmür. Bunun səbəbini "Ümid" partiyasının sədri İqbal Ağazadə AXCP (i), Müsavat, ADP, ALP və AMİP-in liderlərinin siyasətə gəlir mənbəyi kimi baxmaları ilə əlaqələndirir. Onun sözlərinə görə, gəlir olan yerdə mənliyin də olması mümkün deyil. İ.Ağazadə ehtimal edir ki, müxalifət partiyaları sağlam yönümlü siyasət yeritmələri üçün aralarında təmizləmə işləri aparmalıdırlar. ASDP həmsədri Araz Əlizadə də radikal müxalifət partiya sədrlərinin ömürlərinin axırlarına qədər sədrlik kreslolarını əllərindən buraxmayacaqları qənaətindədir. A.Əlizadə bunun da səbəbini dünən acınacaqlı durumda yaşadıqları halda, bu gün iqtisadi durumlarının kifayət qədər yaxşı olması ilə əlaqələndirir.

Digər xəbərlər