PDF Oxu

Müxalifət

  • 9

Müsavat “Yeni Müsavat" partiyası ilə əvəz olunur

Müsavat “Yeni Müsavat" partiyası ilə əvəz olunur
Müsavat partiyası daxilində baş verən olaylar gizlin saxlansa da, kənara sızan məlumatlarda Rauf Arifoğlu, Qubad İbadoğlu, hətta Pənah Hüseynovun da başqan İsa Qəmbərova qarşı dayandığı bildirilir. Artıq uzun sürən Müsavat daxilindəki ziddiyyətlər kritik həddə çatıb. Belə ki, başqanlıq müddətinin başa çatmasına baxmayaraq, İ.Qəmbərov bu il də tutduğu postu təhvil vermək istəmədiyini bildirib. Onun bir müddət öncə, Müsavat başqanlığına varis kimi Q.İbadoğlunu göstərməsi və 2010-cu ildə başqanlıqdan istefa verəcəyi barəsində səsləndirdiyi bəyanatın yaratmış olduğu problem hələ də qalmaqdadır.
Eyni zamanda, İ.Qəmbərovun bu açıqlamasına cavab olaraq, Müsavat daxilində ona qarşı dayanmış olan qüvvələr hərəkətə keçdilər. Beləliklə də, Müsavatın sonunu bir qədər də yaxınlaşdıran problemin mahiyyəti daha da böyüdü. Məhz İ.Qəmbərovun Q.İbadoğlunu varis kimi göstərməsi də Müsavat daxilindəki şiddəti bir qədər də stimullaşdırmış oldu. Çünki İ.Qəmbərovdan sonra başqanlığa gəlməkdə israrlı olan qüvvələrin, heç bir halda, bu reallıqla asanlıqla barışacağı gözlənilmirdi. Elə bu səbəbdən də, onlar öz iddialarında israr etdikdən sonra, İ.Qəmbərov Müsavatda hər kəsi sakitləşdirmək üçün başqanlıqdan getməyəcəyi barəsində əks-bəyanat verməyə məcbur oldu. Bu addım da Müsavat daxilində olanları sakitləşdirmədi.
İ.Qəmbərovun bu il başqanlıq müddətinin sona çatması Müsavatda bir sıra şəxslərin bu posta yiyələnmək üçün əllərini-qollarını açmağa imkan verdi. Artıq iş o həddə çatıb ki, Müsavat gənclər birliyinin sədri Tural Abbaslı da İ.Qəmbərova qarşı dayandığını söyləyib. O bildirib ki, artıq yeni bir siyasi situasiyanın yaranmasın ehtiyac var. Bu baxımdan da, Müsavat başqanlığına gənclərin gəlməsinin zəruriliyini iddia edən T.Abbaslı İ.Qəmbərova təqaüdə çıxmağı tövsiyə edib. Bütün bunlar bir kənara... Çoxdandır ki, Müsavatda maraqları uğrunda çarpışan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, bir müddət öncə, irəli sürmüş olduğu tələbinin hələ də, qüvvədə qaldığını bildirib. R.Arifoğlu İ.Qəmbərovla, bir ay öncə, yaranmış problemə toxunaraq, məhz ona verilən vədlərin yerinə yetirilmədiyini əsas gətirərək, Müsavatdan ona çatan payın müqabilində ayrılacağını da gizlətməyib. "Yeni Müsavat" partiyası yaratmaq istəyinin, hələ də ölmədiyini bildirən R.Arifoğlu İ.Qəmbərovu Müsavat partiyasının nizamnaməsini kobud şəkildə pozmaqda günahlandırıb. O, iddia edir ki, Müsavata başqanlıq etməklə İ.Qəmbərov öz "bazar"ını itirmək istəmir. Ona görə də, Müsavatda pay bölgüsünün aparılmasını tələb edən R.Arifoğlu maraqları təmin olunmayınca sakit qalmayacağını bildirib. Ona görə də, Müsavat partiyasının buraxılması və onun yerində "Yeni Müsavat" partiyasının yaranması barəsində dolaşan söz-söhbətlər artıq reallığa çevrilməkdədir.

Digər xəbərlər