PDF Oxu

Müxalifət

  • 5

Radikal müxalifət icazəsiz mitinqlər planlaşdırır

Radikal müxalifət icazəsiz mitinqlər planlaşdırır
Demokratik cəmiyyətin əsas prinsiplərindən biri də söz və mətbuat azadlığının təminatı, insan hüquq və azadlıqlarının müdafiəsidir. Qlobal dünyanın ayrılmaz hissəsi olan Azərbaycan qeyd olunan prinsiplərə tam şəkildə riyaət edir. Məhz buna görə də, nufuzlu beynəlxalq təşkilatlar yaydıqları illik hesabatlarında Azərbaycanı ən mütərəqqi, demokratik ənənələrə əməl edən əsas dövlətlərdən biri kimi xarakterizə edirlər. Maraqlı məqam isə ondan ibarətdir ki, dünya birliyi Azərbaycanla bağlı müsbət mövqelər ifadə etsələr də, sapı özümüzdən olan baltalar cəmiyyətdə, beynəlxalq təşkilatlara ünvanladıqları "donos"lar da ölkəmizlə bağlı yanlış təsəvvürlər yaratmağa cəhd göstərirlər. Hətta bir qədər də uzağa gedərək, erməni dəyirmanına su tökməyə xidmət edən açıqlamalar yayırlar. Eyni zamanda, ölkəmizdə ki, mövcud ictimai siyasi sabitliyi pozmaq üçün müxtəlif çirkin vasitə və üsullardan istifadə etməyə səylər göstərirlər. Yəni radikal müxalifət icazəsiz mitinqlər keçirməklə zəif, düşük varlıqlarını cəmiyyətə nümayiş etdirməyə çalışırlar. Baxmayaraq ki, göstərilən cəhdlər uğursuzluğa düçar olur. Amma bunun fərqinə varmayan müxalifət hələ də icazəsiz mitinqlər keçirəcəklərini bəyan edirlər. Xüsusilə də, Müsavat partiyası "mitinq" deyib haray çəkir. Bu isə Müsavatın hələ də küçə təfəkküründən qurtula bilmədiyini göstərir. Bu ilin parlament seçkiləri ili olması da Müsavatın fəallığının artırılmasını şərtləndirən amilə çevirilib. Bir qədər əvvəl Müsavat başqanı İsa Qəmbərov düşərgədə təmsil olunan partiya sədrlərinin bir qismini Rusiyaya, bir qismini isə İrana işləməkdə günahlandırmışdır. Müsavat başqanı özünə yaxın olan qəzetlərdə "MBH" lideri Lalə Hacıyevanı "Madam" ləqəbli "KQB" agenti adlandırmaqdan da çəkinməmişdir. Bu və ya digər ittihamlar mövcud prosesləri özünə yönəltməyə hesablanmışdır. Mitinq keçirmək iddiaları yenə də ən azı mətbuatın diqqət mərkəzinə çevrilmək istəyindən irəli gəlir. Verilən məlumatlara görə, Müsavat başqanı İ.Qəmbərov icazəli aksiyaların keçirilməsinə qarşı olduğunu bildirib. Onu da qeyd edib ki, razılaşdırılmayan aksiyaların keçirilməsi Müsavata iğtişaşlar törətmək üçün daha geniş imkanlar verə bilər. Mənbəmizin digər məlumatına görə, Müsavat partiyası yaxın vaxtlarda "Nərimanov" metrosu yaxınlığında, eləcə də, Cəfər Cabbarlının heykəli ətrafında icazəsiz aksiyaların keçirilməsini planlaşdırır. Bu aksiyalarda daha çox avtomaşınların hərəkətinə mane olmaq, polislə qarşıdurmalar yaratmaq, insanların istirahətini pozmaq və digər pozuculuq aktlarına daha çox yer verilməsi nəzərdə tutulub. Qeyd etmək yerinə düşər ki, Müsavat partiyası pozucu xarakterli mitinqlərinə digər partiyaları da qoşmaq üçün səylər göstərir. Bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu, "KAXCP" lideri Mirmahmud Fəttayev və AXCP (i) sədri Əli Kərimovla danışıqlar aparılıb. Ancaq "KAXCP" istisna olmaqla digər partiyalar Müsavatın keçirmək istədiyi icazəsiz mitinqə qoşulmaq fikrində olmadıqlarını bildiriblər. AXCP (i) sədri Ə.Kərimovun "Səs"in müxbiri ilə söhbətində dediyinə görə, onlar yalnız "Azadlıq" bloku çərçivəsində keçirilən mitinqlərdə iştirak edə bilərlər. Əks təqdirdə, qeyri-ciddi ideyaları dəstəkləməyi yersiz hesab edirlər. Bütün bunlara əsaslanaraq, demək olar ki, Müsavatın xaricdən aldığı təlimatı kənar partiyalar hesabına yerinə yetirmək niyyəti iflasa uğrayacaq. Yəni təkbaşına keçirilməsinə cəhd olunan mitinq baş tutmayacaq. Çünki ümumi sosial bazaları 43 nəfərdən ibarət olan Müsavatın meydana çıxıb hansısa ciddi şüar səsləndirə və ya iğtişaş törədə biləcəyi şübhə doğurur. Bunun baş verməsi qaranlıq otaqda birə axtarmağa bənzəyər. Hər halda, müxalifət daxilində gedən proseslər, eləcə də, bizim əldə etdiyimiz məlumatlar bunu deməyə əsas verir.

Digər xəbərlər