PDF Oxu

Müxalifət

  • 12

Lalə-Əli qarşıdurması

Lalə-Əli qarşıdurması
Müxalifət düşərgəsində baş verənlər bir daha təsdiqləyir ki, ardıcıl uğursuzluqların yaratdığı sarsıntılar müxalifətin radikal mühafizəkar qanadını mənəvi cəhətdən tamamilə iflic edib. Radikal düşərgədə konstruktivlik və sivil rəqabət elementlərindən əsər-əlamət belə qalmayıb ki, reabilitasiya şanslarını qiymətləndirmək mümkün olsun. Radikallar hələ də müxtəlif illüziya və iddialarla siyasi gündəmdə qalmağa çalışırlar.
Fəqət, bu gün ölkə siyasətində tamamilə yeni prinsiplər bərqərar olmağa başlayıb. Xüsusilə, bir faktı qeyd etmək lazımdır ki, həyata keçirilən islahatlar nəticəsində, bütün dünyanın önəm verdiyi olduqca müsbət işlər görülməkdədir. Bu işlər Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə yol açıb. Məhz bu səbəbdəndir ki, indiki dövrdə cəmiyyətdə demokratik dünyagörüşü və düşüncəsi formalaşmağa başlayıb.
Bu gün radikal müxalifətin demokratikliyi özünü nədə göstərir? Mətbu orqanları firqə səviyyəsindən çıxmır, başqa cür düşünənlərə yer yoxdur, onlar düşmən elan edilib, on ildən çoxdur ki, hamısı alternativsiz olaraq, partiya sədri seçilir və onların varlığını hakimiyyətə təzyiqindən irəli gələn xarici qrant təşkilatları müəyyənləşdirir. Daxildə xalqın dəstəyindən məhrum olmuş bəzi aqressiv müxalifət partiyaları isə hakimiyyət naminə bütün müqəddəs dəyərləri tapdalayaraq həmin qüvvələrə öz xidmətlərini təklif edir.
Aqressiv müxalifət düşərgəsində aparılan çirkin təbliğat müxalifətdəki uğursuz situasiyanı ört-basdır etməyə hesablanıb. Belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya aqressiv müxalifət istəsə, ölkədə xaos və anarxiya mühitinin yaranmasına nail ola bilər. Halbuki ölkədə keçirilən bütün seçkilərdə biabırçı uğursuzluqları və ondan sonra baş verənlər bu qüvvələrin dağıdıcılıq niyyətlərinin heç zaman reallaşmayacağını təsdiqləyir. Xüsusilə də, son proseslər Azərbaycan cəmiyyətində ifrat radikalizmə, dağıdıcılığa, inqilabi meyillərə meydan olmadığını, aqressiv müxalifətin xalq tərəfindən qətiyyən dəstəklənmədiyini bir daha üzə çıxardı.
Son bir neçə vaxt ərzində düşərgədə yaranan qarşıdurma və ziddiyyət "Azadlıq" blokunda təmsil olunan AXCP (i) və "MBH" arasında gərginliyin kulminasiya nöqtəsinə çatmasına səbəb olub. Keçmiş düşmənçilik və ədavəti bir daha gündəmə gətirən "MBH" sədri Lalə Hacıyeva "Yurd" şefi Əli Kərimovu saxtakar adlandırıb. L.Hacıyeva son vaxtlar "Yurd" şefinin mənəviyyat baxımından sürüşkən "əxlaq" yiyəsi olması ilə əlaqələndirirdi. "MBH" sədri 2010-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində AXCP (i) sədrini ailə tərbiyəsi görməyən siyasi... adlandırmaqla, bir növ "Yurd" şefinin müxalifətdəki yerini müəyyənləşdirdi. Bu proseslər sonra, güman ki, Ə.Kərimov və L.Hacıyeva növbəti mərhələdə bir-birini sıradan çıxarmaq barədə planlar cızacaqlar. Buna rəğmən isə, Müsavat da "Azadlıq" blokunda qarşıdurmanın güclənməsində, blokun iflasa uğramasında maraqlıdır və bu istiqamətdə əlindən gələni edir.
İsa Qəmbərov bununla bağlı partiya funksinerlərinə və partiyanın nəzarətində olan qəzetlərə müvafiq tapşırıqlar verib. Bu baxımdan, Müsavata yaxın mətbuatda "Azadlıq" blokuna qarşı aparılan kampaniya təsadüfi deyil. İ.Qəmbərov bununla qarşıdakı parlament seçkilərində müsavatçıların çoxluq təşkil edəcəyini düşünür və əlbəttə ki, bu məqsədə çatmaq üçün "Azadlıq" blokunu çökdürmək lazımdır. Bütün bunlar bir daha göstərir ki, radikal müxalifət konstruktiv əməkdaşlığa, normal siyasi dialoqa hazır deyil. Bu baxımdan, ekspertlər haqlı olaraq, hesab edirlər ki, yaxın dövrdə müxalifət düşərgəsində qarşıdurma və ziddiyyətlər daha da kəskinləşəcək, müxalifət başçılarının bir-birini sıradan çıxarmaq istiqamətində cəhdlərini davam etdirəcəklər. Bu isə, onu göstərir ki, Ə.Kərimov və L.Hacıyevanın simasında Azərbaycan müxalifəti qarşıdakı seçkilərdə daha açıq didişmə yolu seçəcək. Bu isə onların fiaskosunun başlanğıcıdır.

Digər xəbərlər