PDF Oxu

Müxalifət

  • 11

Müxalifət seçkiöncəsi "ölü nöqtədən" tərpənmir

Müxalifət seçkiöncəsi "ölü nöqtədən" tərpənmir
Radikal düşərgədə son bir neçə gün ərzində baş verənlər partiya funksionerlərinin çaşqınlığını açıq-aşkar hiss etdirir. Xüsusilə də, funksionerlərin partiya sədrlərinə, ümumiyyətlə, müxalifətə inamsızlığı və bel bağlamamaları artıq arzuolunan nəticələr verməyəcəyini bəri başdan yəqin edir. Çünki əksər informasiya vasitələrini yalan və böhtanla işlədərək artıq öz seçimlərini müəyyənləşdirmiş elektorata təsir etmək imkanları sıfıra bərabərdir. Ən mühüm və aktual olan məqam odur ki, hakimiyyət öz idoloji-siyasi parametrlərinə görə alternativ doğurmur, əksinə, bütöv bir tam kimi yenilməzliyi və monolitliyini nümayiş etdirir. Bu, bir növ strateji amildir.
Radikal müxalifətə gəlincə isə, ən təhlükəlisi odur ki, "mövsüm qəhrəmanları"nın uyuşdurucu bəyanatları, nəinki fərdləri, bəzən xalqları da özünün girovuna çevirir. O da bəllidir ki, "şər" o zaman üsyan qaldırıb milyonların taleyinə hökm verə bilir ki, yaxşılar susur, ziyalı başlar avantüra qarşısında ya geri çəkilir, ya da ona tabe olur.
Onu da bildirmək lazımdır ki, bu gün radikal düşərgədə olan müxalifətin mövcudluğu xalqla yox, qrant hesabına fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlarla bağlı olduğundan, antimilli planları gerçəkləşdirmək asan olmayacaq. Bu baxımdan, ictimai rəyə yeridilən yalanlar mexaniki düşüncə tərzinin əlamətidir və inqilabın nə klassik, nə də müasir nəzəriyyələri ilə uyğun deyil. Hakimiyyət seçkidən sonra demokratik inkişaf, iqtisadi quruculuq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, müxalifət isə qanlı savaşa hazırlaşmaqla məşğuldur.
Bir də, axı müxalifətin demokratikliyi özünü nədə göstərir? Mətbu orqanları firqə səviyyəsindən kənara çıxmır, başqa cür düşünənlərə yer yoxdur, onlar düşmən elan edilib, on yeddi ildir ki, hamısı alterntivsiz olaraq partiya sədri "seçilir", partiyadaxili demokratiyadan azacıq da əsər əlamət yoxdur və onların varlığını hakimiyyətə təzyiq məqsədindən irəli gələn qrant verən xarici təşkilatlar müəyyənləşdirir. Hələ, üstəlik, keçmişdəki torpaq itkilərinə rəvac verən ideologiyanı da yeni loqotipddə dövriyyəyə qaytarıblar. Yəni "əvvəlcə demokratiya, sonra Qarabağ". Əvvəla, heç bir hakimiyyətin siyasi xarakteri torpaqların işğalına əsas vermir. Əks-halda, "demokratik saydıqları" Cəbhə hakimiyyəti dönəmində ərazilərimiz ermənilər tərəfindən nə adla ələ keçirilirdi?
Artıq hər şey gün kimi aydındır. Onsuz da radikal düşərgə yaxşı bilir ki, 2010-cu ildə keçirilən parlament seçkisi ərəfəsi daha təhlükəli situasiya gözləyir. Bu isə, onların fiaskoya uğramaları deməkdir.

Digər xəbərlər