PDF Oxu

Müxalifət

  • 13

Rəsul Quliyev yeni iddialara düşüb "ACP" lideri əlindəki çirkli pullarla müxalifəti ələ almaq istəyir

Rəsul Quliyev yeni iddialara düşüb "ACP" lideri əlindəki çirkli pullarla müxalifəti ələ almaq istəyir
Parlament seçkiləri yaxınlaşdıqca, radikal düşərgədə yaranan xaos və anarxiyadan, başıpozuqluqdan istifadə edən bəzi partiya sədrləri önə çıxıb düşərgədaxili təşəbbüsü ələ almağa çalışırlar. Bu yöndə Müsavat başqanı İsa Qəmbərovun, AMİP lideri Etibar Məmmədovun və "ACP"-nin lideri Rəsul Quliyevin fəallığı daha çox diqqəti cəlb edir. "ACP"-dən verilən məlumata görə, hətta R.Quliyev aprel ayının ortalarında ümummüxalifətin toplantısının keçirilməsi təklifini irəli sürüb və bununla da düşərgə daxilində irəliyə doğru ilk addım atdığını göstərmək istəyir.
R.Quliyev Vaşinqton banklarında saxladığı külli miqdarda vəsaitdən 400 min dollar ayıraraq 5 müxalifət partiyasını öz tərəfinə çəkmək niyyətinə düşüb. Hətta bu məqsədlə siyasi qurum rəhbərləri ilə özünün diktə etdiyi şərtlər əsasında danışıqlara başlayıb. O, əsasən, bu siyasi qurumları yeni qəraragahlarla, yüksək maliyyə sistemi və texniki avadanlıqlarla təmin edəcəyinə də söz verib. Amma bəzi partiyalar R.Quliyevin çirkin niyyətinin nədən ibarət olduğunu başa düşən və onun "qatarının getdiyini" anlayaraq növbəti dəfə "ACP" liderinin toruna düşmək istəmirlər. Bu isə, radikal düşərgədə ən "cırtdan" partiyaların belə R.Quliyevdən tamamilə üz çevirdiklərini göstərir. Bu barədə E.Məmmədov, İ.Qəmbərov, Ə.Kərimov, Lalə Hacıyeva və digər partiya sədrləri çıxış edərək, boş və mənasız ideyaları dəstəkləmək niyyətində olmadıqlarını söyləyiblər. "ACP"-nin keçmiş sədri Akif Şahbazov isə parlament seçkiləri ərəfəsi canfəşanlıq edərək R.Quliyevə "girənlik" edərək bildirib ki, partiya sədrləri qısqanclıq etdikləri üçün tədbirin keçirilməsinə problemlər yaratmaq istəyirlər: "Yaxın 3-4 ay ərzində partiya sədrlərinə ümummüxalifətin toplantısının keçirilməsinin əhəmiyyətini başa salmaq mümkün olacaq".
Bu yerdə deyirlər ki, ay A.Şahbazov, nə oldu ki, parlament seçkisi ərəfəsi yenidən partiyaya qayıtmaq fikrinə düşmüsən? Görünür, təsadüfən bir seçkidə deputat olduğun günlərə qayıtmaq istəyirsən. Ancaq bilmirsən ki?.. Nə isə... Ancaq A.Şahbazov R.Quliyevə xoş gəlsin deyə öz "girənliy"indən əl çəkmir. Bildirir ki, forumun keçirilməsi baş tutmayacağı təqdirdə, "ACP" ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması üçün R.Quliyev Vaşinqton bankında olan pullarını xərcləməyə daha çox üstünlük verəcək. A.Şahbazovun dediyinə görə, belə olan halda, o, "ACP", Müsavat, "KXCP", ALP və "Ümid" partiyası ilə ikitərəfli əməkdaşlığa dair saziş imzalamağa nail ola biləcək. Lakin əldə etdiyimiz məlumata görə, hətta "cırtdan" partiyalar R.Quliyevi bir siyasi qüvvə kimi qəbul etmir və onunla əməkdaşlıq etməyi özlərinə təhqir bilirlər.

Digər xəbərlər