PDF Oxu

Müxalifət

  • 8

Müxalifətin fəaliyyəti normal, yoxsa formaldır?

Müxalifətin fəaliyyəti normal, yoxsa formaldır?
Hər kəsə bəllidir ki, radikal müxalifət düşərgəsinin sosial bazası iflic vəziyyətdədir. Deyəsən, bu vəziyyətlə "bəy"lər özləri də barışıblar. Onlar yavaş-yavaş anlamağa başlayıblar ki, siyasət aləmi onlarlıq deyil. Bu, özünü son 15 ildə də göstərdi. Bütün seçkilərdə məğlubiyyət acısını dadan radikallar hələ də vəziyyətdən çıxış yolu tapa bilməyiblər. Yalnız bir çıxış yolu var, gərək Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "Ümid" sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, ALP-nin sədr əvəzi Əvəz Temirxan siyasətlə vidalaşsın. Onsuz da, onlar istəməsələr belə, siyasətdən çoxdan gediblər. Çünki onların partiyalarının üzvü olan bir-iki nəfər də artıq müxalifət düşərgəsini tərk ediblər. Necə deyərlər, TƏNHA "BƏY"lərin nağılı bitmək bilmir. Çünki bu nağılın əvvəlini pis başlayan İ.Qəmbərov və Ə.Kərimov kimiləri bu nağılın sonunu bu cür bitirməlidirlər. Bir də ki, əgər "tənha müxalifət nağılı"nın "qəhrəmanları" bu cür siyasətdən, vətən sevgisindən uzaq "bəy"lərdisə, bu əhvalatlar da bu formada davam etdirilməlidir. Müsavat başqanı İ.Qəmbərov mətbuata açıqlama verərək, qeyd edib ki, bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak edəcəklər. Maraqlıdır, indiyə qədər ölkəmizdə keçirilən seçkilərdə iştirak edən Müsavat partiyası və digər müxalifət partiyaları hansısa bir qələbəyə imza atıblarmı ki, indi də seçkidə iştirak edəcəklərini qeyd edirlər? 2003-cü ilin prezident seçkiləri heç bir ölkə vətəndaşının yadından çıxmayıb. Məhz bu seçkilərdə İ.Qəmbərov öz "demokratiyasını" nümayiş etdirmiş oldu. Görəsən, İsa "bəy" zorla hakimiyyəti ələ alıb, dövləti idarə etməyi siyasət, demokratiyamı hesab edir? Əgər belədirsə, İ.Qəmbərova hər hansı bir ad verməkdə çətinlik çəkirik. Ölkədə iğtişaşlar edən Müsavat başqanı öz imicini tamamilə itirdi. 2005-ci il parlament seçkiləri də İ.Qəmbərov və onun müxalifətdən olan həmkarlarını ifşa etmişdi. Müsavat partiyası öz tərəfdaşlarını itirib və partiya daxilində qruplararası savaş hələ də davam etməkdədir. Vurğun Əyyubov, Arif Hacıyev və Rauf Arifoğlu kimi qoçların başı bir qazanda (Müsavatda) çətin ki, qaynaya bilsin. Heç şübhəsiz ki, Müsavatın bu duruma düşməsində adıçəkilən partiya funksionerlərinin (əlbəttə başda İ.Qəmbərov olmaqla) rolu böyükdür. AXCP (i) isə, son zamanlar partiya rəhbərliyində təmsil olunan insanların istefası ilə yadda qaldı. Belə ki, Cəmil Həsənli, Fuad Mustafayev və Qulamhüseyn Əlibəylinin partiyadan istefa verməsi "Yurd" şefi Ə.Kərimov üçün böyük zərbə idi. Artıq AXCP (i) tamamailə boş qalıb. Digər bir partiya AMİP hələ də sədr problemini çözə bilməyib. Adıçəkilən partiyanın lideri E.Məmmədov bu il parlament seçkilərində iştirak etmək qərarına gəlib. Bunun üçün o, yenidən siyasi arenaya qayıtmaq qərarına gəlib və yenidən AMİP sədri olmaq istəyir. Məlumata görə, indiyə qədər adıçəkilən partiyada sədr probleminin həll edilməməsi E.Məmmədovun istəyindən irəli gəlir.Bütün bu proseslər, onu deməyə əsas verir ki, radikal müxalifət partiyaları hələ də qərarsızdır və qərar qəbul edə bilmirlər. Çünki onlar anlayırlar ki, yenə də MƏĞLUB OLACAQLAR.

Digər xəbərlər