PDF Oxu

Müxalifət

  • 10

AXCP (i) faciəli duruma düşüb

AXCP (i) faciəli duruma düşüb
Müxalifət partiyaları hər zaman faciəvi həyat yaşamağa, gülünc vəziyyətlərə düşməyə adət ediblər. Bu adət onların unudulmaz, ən ali adətləridir. İstər Müsavat partiyası, istər "MBP", istər AMİP, ALP kimi partiyaların rəhbərlikləri öz mənfi əməlləri müqabilində ağır həyat şəraiti yaşayıblar. Elə bu baxımdan, AXCP (i) partiyası da onlardan geri qalmayıb, davamlı olaraq qara günlər yaşayır.
AXCP (i) sədri Əli Kərimov siyasi səriştə, bacarıq, liderlik qabiliyyətinə sahib olmadığı üçün partiya dağılır və partiya üzvləri qətiyyətli olaraq, "Yurd" şefinə qarşı etiraz səslərini ucaldırlar. Onu da qeyd edək ki, AXCP (i) partiyasının bütün keçmiş üzvləri, xüsusən də, rəhbərlikdə təmsil olunan AXCP (i)-çilər istefa verərək, bu partiyadan əbədi olaraq ayrılıblar. Ə.Kərimov tək qalıb. Bunun səbəbi isə onun özü ilə bağlıdır. AXCP (i) sədri Ə.Kərimov öz partiyasındakı problemlər azmış kimi həm də digər müxalifət partiyalarına da düşmənçilik münasibəti bəsləməklə özünə və rəhbərlik etdiyi partiyaya qarşı daha çox düşmən toplamağa çalışmaqdadır. Bu isə, təbii ki, ağılsız, düşüncəsiz, məntiqsiz hərəkətdi. Belə hərəkətləri Ə.Kərimov özünə yaraşdığı üçün bu işlərindən əl çəkmir. Buradan açıq-aydın görünür ki, "Yurd" şefinin belə yersiz hərəkətlərini görən partiya üzvləri, onunla bir cəbhədə olmaq, onun rəhbərlik etdiyi partiyada təmsil olunmaq, onunla həmkar olmaq istəmir və məhz Ə.Kərimovun siyasi səriştəsizliyinə görə, onun hətta partiya üzvlərinə belə düşmənçilik etməsi nəticəsində, onlar partiyadan bir daha geri qayıtmamaq üzərə ayrılırlar.
Bütün baş verən bu hadisələr AXCP (i) partiyasının bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlaşmasının qarşısını alıb və bu partiya seçkilərə hazırlaşa bilmir. Məlumdur ki, seçkilərə gedən hər bir partiya, rəhbərlik səviyyəsində iclaslar keçirir və hansısa qərarlar qəbul edirlər. Amma Ə.Kərimovun rəhbərlik etdiyi partiyanın daxilində Ə.Kərimovdan başqa heç kim yoxdu deyə, partiya nə iclas keçirə bilmir, nə də seçkilərə hazırlaşmır. Bu, çox biabırçı bir vəziyyətdir. Qeyd etmək yerinə düşər ki, məlumatlara əsasən, son zamanlar Əli Kərimov bəzi AXCP (i)-çilərdən, artıq bir neçə dəfə xahiş edib ki, iclaslar təşkil edərək iştirak etsinlər. Amma onun sözünü eşidən yoxdu. Heç kim Ə.Kərimovun, nəinki sözünü, heç xahişini də qəbul etmir və yerinə yetirmir.
Ə.Kərimov artıq özünün tamamilə məğlub durumda olduğunu bilir və məcburiyyətlə də olsa qəbul etməlidir. Çünki o, gücsüz bir vəziyyətdə və heç bir inkişafa nail olmadan yalançı, nəticəsiz cəhdlərlə kifayətlənir. AXCP (i)-ni pis vəziyyətə salan məsələlərdən biri də onun təmsil olunduğu "Azadlıq" blokunda digər partiyalar tərəfindən təklənməsidir. "Azadlıq" blokunun tərkibində təmsil olunan AXCP (i)-nin ALP partiyası ilə çoxdan başlayan münaqişəsi bitmək bilmir. Ə.Kərimov Əvəz Temirxana müxalifət düşərgəsini tərk etməyi məsləhət bilir, ona görə ki, o, ALP-ni müxalifətçi partiya hesab etmir. Ə.Kərimov bu sözləri, təkcə ALP haqqında deyil, həmçinin, bir neçə müxalifət partiyası haqqında işlədib. "Yurd" şefi müxalifət düşərgəsində at oynatmaq istəsə də hələ ki, ona bu imkan verilmir. Bu cür gücsüz bir vəziyyətdə at oynatmaq fikri çox gülüncdür.
Sonda qeyd edək ki, artıq bütün güclərinin, imkanlarının tükəndiyini müxalifətçilər özləri də etiraf edirlər. Əslində, onların heç bir zaman gücü, qüvvəsi və xalq tərəfindən dəstəyi olmayıb.

Digər xəbərlər