PDF Oxu

Müxalifət

  • 12

"ACP"-də növbəti qalmaqal

"ACP"-də növbəti qalmaqal
Son vaxtlar müxalifət düşərgəsində qəribə ab-hava hökm sürür. Belə ki, ailəsindən, evindən, daha nə bilim, kimlərdən acıq edib gedənlər seçkilər zamanı yenidən qayıtmaq arzusuna düşürlər. Bu istəklərinə çatmaq üçün ağızlarını açırlar, özü də necə açırlar. Elə bu səbəbdəndir ki, siyasi xarabazarlığa çevrilmiş müxalifət düşərgəsində hamı yaxşı dərk edir ki, daha nəyisə gizlətmək qeyri-mümkündür. ADP ikiyə parçalanıb, Müsavat və AMİP daxilində keçmiş ADP-dəki vəziyyətdən daha beşbetər "yarpaq tökümü" baş qaldırıb, elə radikalların özlərinin "siyasi maşennik" adlandırdıqları Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i) də əməlli-başlı düşərgənin casus yuvasına çevrilib. Hazırda müxalifətdə elə vəziyyət yaranıb ki, sadə müxalifətçilərin özləri belə hazırkı partiya rəhbərlərini ən ağır söyüş və təhqirlərlə ifşa etməyə, onların "siyasi maşennik" olduqlarını qorxub-çəkinmədən açıqlamağa başlayıblar. Necə deyərlər, radikal düşərgədə it yiyəsini tanımır.
Hazırda ayrı-ayrı radikal qruplaşmalar və ikiyə bölünmüş siyasi partiyalar arasında siyasi "razborka" alovlanmağa başlayıb. Məsələ burasındadır ki, ADP ikiyə parçalanandan sonra həm Rəsul Quliyev, həm də Sərdar Cəlaloğlu ADP adına iddia etdiklərini bildirir və tez-tələsik qurultay keçirərək, özlərini ADP sədri kimi təqdim etməyə can atdılar. Lakin partiyada yaranmış vəziyyət R.Quliyevin "ACP"-ni yaratmağa məcbur etdi və ADP-nin keçmiş Ali Məclisin sədrini yeni yaranmış partiya sədri təyin etdi. Yaranmış vəziyyət heç bir şərhsiz-filansız bir daha onu göstərir ki, müxalifət düşərgəsi və onun artıq siyasi tullantıya çevrilmiş rəhbərləri nə günə qalıblar ki, indi də kiçik qruplara rəhbərlik üstündə bir-birini qırmağa başlayıblar.
Aldığımız məlumatlara əsasən, R.Quliyevin rəhbərlik etdiyi qruplaşma elə situasiyaya məruz qalıb ki, artıq partiyada olan funksionerlər yekdilliklə "ACP"-ni tərk etməklə, hətta ona hədə-qorxu da gəliblər. Baş verən bu hadisədən sonra qrupda cəmləşən beş-üç nəfər üzvlər də başqa partiyalara üz tutmağa başlayıblar. Vəziyyət o yerə çatıb ki, bir sıra şəxslər, A.Quliyevin onlara təklif etdiyi vədləri rədd edərək, R.Quliyevin "ACP"-yə rəhbərlik edən qrupunda fəaliyyət göstərməkdən imtina ediblər.
Hətta "ACP" üzvlərindən Samir Baxışov, Vidadi Cəbiyev, Sübhi Rəhimov R.Quliyevin, həqiqətən də, vəzifədə olduğu zaman külli miqdarda dövlət əmlakını talayaraq, xarici banklarda yerləşdirdiyini bildiriblər: "Hazırda cinayətkar R.Quliyev həmin pulun hesabına Azərbaycana qarşı erməni lobbisi ilə eyni mövqedən çıxış edərək, təxribat həyata keçirməklə məşğuldur. Belə bir cinayətkarla bir siyasi qurumda fəaliyyət göstərməyin özü cinayət törətmək deməkdir. Bugünkü firəvanlığı illər boyu arzuladığımız halda, R.Quliyev kimi xislətkarlar bu inkişafa hər vəchlə ləkə salmağa çalışır. Lakin bütün dünya birliyinin bu inkişafı dəstəklədiyi halda, R.Quliyev kimilərin böhtanları öz başında çatlayır."

Digər xəbərlər