Radikal düşərgədə ölüm kabusu
Müxalifətdəki partiya sədrləri, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də biabırçı uğursuzluqla üzləşəcəklərinə artıq tam əmindirlər. Çünki ötən seçkilər demək olar ki, müxalifətin siyasi sonluğu olduğu qədər, həm də düçar olduğu ən kritik vəziyyəti oldu.
İndi də qarşıdakı parlament seçkiləri ərəfəsi özlərini itirən radikallar ağıllarına gələn qərarları verməklə təsəlli tapırlar. Xüsusilə, ölkədə yenicə başa çatmış olan bələdiyyə seçkilərindən sonra bir çox müxalifət partiyaları radikalların artıq tarixin arxivinə atılmaqdan başqa heç nəyə lazım olmadıqlarını bildirirlər. "Vəhdət" partiyasının sədri Tahir Kərimli, "Tərəqqi" partiyasının sədri Çingiz Sadıqov və başqaları AXCP (i) sədri Əli Kərimovun ağılsız təkliflərlə çıxış etdiyini bildirdilər. T.Kərimli istər Ə.Kərimovun, istər Müsavat başqanı İsa Qəmbərovun, istər digərlər radikal partiya sədrlərinin zəif, gücsüz olduğunu və heç bir müxalifət partiyalarını əhatə edə biləcək hər hansı bir koalisiya yaradıcağını cəfəngiyyat adlanldırıb.
T.Kərimli radikal düşərgədə təmsil olunanların hadisələri təhlil etmək bacarığına malik olmadığını da bildirdi: "Çünki hələ bu kəslər 1980-1990-cı illərin təfəkkürü ilə yaşayırlar. Bütün bunlar isə, onu göstərir ki, 2003-cü ildən bu günə kimi keçirilən bütün seçkilər zamanı radikallar ortaya konkret proqram qoya bilmədilər və əsas məqsədə nail olmaq üçün iqtidarın əleyhinə kampaniya apararaq, hakimiyyətə gəlmək və sonra addım atmaq barədə bəyanatlar yaydılar. Nəticə nə oldu? Sözsüz ki, təsadüfən bir il hakimiyyətdə olmaqları ilə xalqın daha böyük nifrətini qazandılar. Bu gün bütün dünya dövlətləri, eyni zamanda, ölkəmizdə olan beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin tam demokratik və şəffaf bir şəraitdə keçirildiyini təsdiq etdikləri halda, radikal müxalifət yenə də hay-küy salaraq, buna etiraz edirlər. Lakin bu səviyyəsizlər bilmirlər ki, onlar bu hərəkətlərilə xalqın hiddətinə səbəb olurlar. Görünür, radikallar xalq tərəfindən onları birdəfəlik ölkədə çıxarmaqlarını gözləyirlər."
T.Kərimli, həmçinin, belə bir fikri də tam əminliklə vurğulayıb ki, radikalların seçkiərəfəsi bu hay-küyünə səbəb seçkilərin demokratik və şəffaf keçirilməsidir: "Bu isə siyasi oyunbazların kefini pozur. Belə ki, həmişə ağa qara deyən, ölkəmizin uğurlarına sevinməyən - İsa Qəmbərov, Əli Kərimov, Lalə Hacıyeva və Eldar Namazov kimi seçkiləri "boykot" etmək istəyənlər özləri seçicilər tərəfindən boykot oluna bilərlər.