PDF Oxu

Müxalifət

  • 7

Aparılan düzgün siyasət Azərbaycanı dünyanın iqtisadi mərkəzinə çevirib

Aparılan düzgün siyasət Azərbaycanı dünyanın iqtisadi mərkəzinə çevirib
Azərbaycan 2006-cı ildən iqtisadi inkişaf dinamikasına görə, dünyada birinci yerdədir. Bunu dünyanın nufuzlu maliyyə inistutları da illik hesabatlarında təsdiq edirlər. Təbii ki, əldə olunan uğurlara dövlətin apardığı düzgün, məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində nail olunub. Əhalinin yaşayış durumu hər ötən ilə nisbətən daha da yaxşılaşır.
2008-ci illə müqayisə də, 2009-cu il də əhalinin pul gəlirləri 20 faiz artaraq, 298 manat təşkil edib. "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimovun bizimlə söhbətində dediyinə görə, ümummilli liderimiz Heydər Əliyevin ən layiqli siyasi varisi İlham Əliyevin Prezidentlik fəaliyyətinin son 6 ili ərzində sosial-iqtisadi, siyasi sahədə əldə olunan uğurları genişmiqyaslıdır: "2003-cü ildən Azərbaycanda 842 min yeni iş yerləri açılıb, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun, regionların inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası uğurla davam etdirilir".
N.Kərimov əldə olunan nailiyyətlərə əsaslanaraq, qeyd etdi ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş Prezidenti İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.
Baş redaktor ölkədəki genişmiqyaslı quruculuq-abadlıq işlərini, iqtisadi uğurları gözü götürməyən qüvvələrin də olduğunu bildirdi. Qeyd etdi ki, maraqlı qüvvələr Azərbaycandadır və həmin qüvvələr xarici ağalarının göstərişinə uyğun hərəkət edirlər: "Dəfələrlə sübuta yetirilib ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar Azərbaycan əleyhinə xaricdə təbliğat kampaniyası aparıblar. Buna görə də, onlar həmin xarici maraqlı qüvvələrdən maliyyə yardımları alıblar".
N.Kərimov Müsavat, AXCP (i), ADP, ALP və bu kimi partiyaların fəaliyyətlərinin dayandırılmasının zərurət olduğunu söyləyib. Onu da bildirib ki, radikal müxalifətin fəaliyyətinin dayandırılmasına əsas verən kifayət qədər əsaslar var: "Müsavat başqanı İ.Qəmbərov müxalif partiyaların bir qisminin İrana, bir hissəsinin də Rusiyaya işlədiyini etiraf edib. ALP-nin sədr əvəzi Əvəz Temirxan da xarici ölkə səfirliklərinin qapısında növbələr gözləyən partiya sədrləri olduğunu söyləyib. "Madam" ləqəbli "KQB" agenti barədə də məlumatlar mövcuddur. Yəni müxalifət partiyalarının maraqlı qüvvələrlə əlaqələrinə dair kifayət qədər faktlar var. Ona görə də, "siyasi partiyalar haqqında qanuna" uyğun olaraq onların fəaliyyətləri dayandırılmalı və xarici qüvvələrlə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidirlər".
Qarşıdan gələn parlament seçkilərinə toxunan N.Kərimov cəmiyyətimizin seçkilərə tam hazır olduğunu qeyd edib. Bildirib ki, bu seçkilərində azad və demokratik şəkildə keçirilməsi üçün Azərbaycan dövlətinin geniş imkanları var:"Təbii ki, parlament seçkilərinin də favoritli ümumxalq partiya olan Yeni Azərbaycan Partiyası olacaq. Çünki cəmiyyət tərəfində birmənalı şəkildə dəstəklənən və qəbul edilən YAP böyük seçki təcrübəsinə malikdir. Müxalifətin məsuliyyətsiz hay-küyünə baxmayaraq, onlar yenə də, məğlub olacaqlar. Seçkilərin qalibi isə qurucusu və yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası olacaq. YAP qələbələr partiyası olduğunu parlament seçkilərində də nümayiş etdirəcək."

Digər xəbərlər