PDF Oxu

Müxalifət

  • 9

Müsavat “klassiklər"lə “islatahçılar"ı üz-üzə qoyur

Müsavat “klassiklər"lə “islatahçılar"ı üz-üzə qoyur
Nəhayət ki, müxalifət düşərgəsində müəyyən bir dövr yaranmış olan süstlük Müsavat partiyası tərəfindən pozuldu. Bu dəfə də, müxalifətin qara yarası olan Müsavat başqanı İsa Qəmbərov yenidən özünün təzə xülyası olan yenidən "bloklaşmaq" ideyasını ortaya atıb. Onun bu təklifi isə düşərgədə əməlli-başlı fikir ziddiyyətinin yaranmasına səbəb olub. Çünki düşərgədə olanlar hamıdan yaxşı bilirlər ki, bu İsa hansı yuvanın quşudur və o, niyə birdən-birə belə bir təkliflə aranı qatışdırmağa çalışır. Amma nədənsə düşərgə təmsilçiləri arasında Müsavat başqanının təklifini təbəssümlə qarşılayanlar da olub. Elə bu səbəbdən də, müxalifət cəbhəsində yenidən ara qarışıb, məzhəb itib. Çünki burada normal bir düşüncəyə malik olan adam yoxdur ki, onlara yol göstərsin. Elə bu amil də onların günü-gündən qaranlığa doğru yaxınlaşmasını təmin etmiş olur. Doğrudur, onların özləri bunu anlamasalar da, kənardan hər şey çox gözəl görünür. Yuxarıda qeyd etdiyimiz kimi, Müsavat başqanı papağını qabağına qoyub, birlikdə olduğu qurum və təşkilatlarla qatılmış olduğu bütün seçkiləri geninə-boluna analiz edərək, belə qərara gəlib ki, ona keçmiş AXC-nin "islahatçılar" qanadı ilə işləmək düşür. Ona görə də, İ.Qəmbərov AXCP (i)-yə olan bütün kin-küdurətini bir kənara qoyub, onlarla əməkdaşlığa başlamaq barəsində qarşı tərəfə təklif göndərib. Çoxdandır ki, paslaşmış düşüncələrini heç yerə sərf etməmiş Ə.Kərimov isə, son nəhayətdə, "o boyda" Müsavat başqanı İsa "bəy"in ona uzanmış əllərinə qəlbini belə verməyə hazır olduğunu bildirib. Çünki "yazıq" Ə.Kərimov çoxdandır yetim quzu kimi bir küncə sıxılıb-qaldığından, İ.Qəmbərovun onu yaddan çıxarmamasına sevincindən göz yaşları ilə qarşılıq verib. Hər kəs tərəfindən lənətlənmiş bir şəxslə əməkdaşlıq müqabilində İ.Qəmbərovun nə qazanıb, nə qazanmayacağı isə onun guya gizlin tərəfidir. Əslində, hamı bilir ki, İ.Qəmbərov artıq özünün siyasi fəaliyyətinin son dönəmlərini yaşayır və bu cür addımları ilə də "guya o, nəsə elədi getdi, amma bu müxalifət yenə də düzəlmədi ki, düzəlmədi" prinsipini əsas tutaraq, hərəkətə keçib. Onun bu dəfə AXCP (i)-nin "islahatçılar" qanadının seçilməsi konkret məqsədlərin olduğunu açıb göstərmiş oldu. Qeyd etdiyimiz kimi, İ.Qəmbərovun uzun müddət qatılmış olduqları seçki prosesini analiz edərək, bu qərara gəlməsi, öz növbəsində, "KAXCP"-ni narahat etməyə bilməzdi. Çünki Müsavat başqanına son vaxtlar məhz cəbhənin "klassiklər" qanadı tərəfindən böyük təzyiqlərin və xəyanətin olduğu bildirilir. Bunu özü də açıq şəkildə izah edən İ.Qəmbərovun 2000-ci ilin parlament seçkilərində cəbhənin "klassiklər" qanadı ilə birlikdə iştirakı nəticəsində məruz qalmış olduğu uğursuzluqları 2003-cü ilin prezident seçkilərində Müsavatyönlü "Bizim Azərbaycan" bloku tərəfindən atılmasını, 2005-ci ilin parlament seçkilərində tərəfdarlarına böyük zərbələrin endirilməsini göz önünə gətirirdi. Elə bu məqsədlə də o, artıq tabeçiliyində olan bütün vasitələrdən istifadə etməklə, "KAXCP"-çilərə qarşı istifadə etmək barəsində "düşüncə"yə qərq olub. Bu addım isə qarşılıqlı şəkildə cəbhənin "klassiklər" qanadı tərəfindən böyük rezonans kimi qiymətləndirilib. İ.Qəmbərovun bu cür hərəkətlərinə alışmış olduqlarını bildirən "klassiklər" 1998-ci ilin prezident seçkiləri zamanı da mərhum AXC lideri Əbülfəz Elçibəyin tək namizədliyinin əvəzinə, müxalifətin "beşlər", yəni, beş namizədlə seçkiyə qatılması təklifini irəli atan Müsavat başqanının hansı qüvvələrə xidmət etdiyinin bəlli olduğunu vurğulayıblar. Qeyd edək ki, həmin seçkidə İ.Qəmbərovun təklifi əsasında namizəd kimi iştirak edən Əbülfəz Elçibəy, Lalə Hacıyeva, Rəsul Quliyev, İsa Qəmbərov və İlyas İsmayılov sonradan böyük və təhlükəli bir oyunun içində olduqların anlayaraq, Müsavat başqanından üz döndəriblər. Bütün bu sadalananlar isə, onu deməyə əsas verir ki, İ.Qəmbərov tez bir zamanda mövcud müxalifətin tamamilə sıradan çıxmasını və hər kəsi öz ardınca aparmağı qarşısına məqsəd kimi qoyub. Ona görə də, müxalifət düşərgəsində az bir zamanda nələrin olacağını hər kəs bilir. Amma bircə bu düşüncəsiz müxalifətçilər, yenə də, qanmazlıqlarından geri qalmaq istəmirlər.

Digər xəbərlər