PDF Oxu

Müxalifət

  • 8

Müxalifətin yeni birlik yaratmaq ideyası iflasa uğrayır

Müxalifətin yeni birlik yaratmaq ideyası iflasa uğrayır
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri dara düşdükləri məqamlarda "birlikdən", "bir olmaqdan" danışıblar. Hətta pərakəndəliyə son qoyub, blok yaratmağa səylər də, göstəriblər. "SİDSUH", "DUH", "DUBB", "Bizim Azərbaycan" və bu kimi digər qurumlar da yaradıblar.
Ancaq bu blokların ömrü çox qısa olub. Yəni, payız gəlməmiş saralan ağac yarpaqları kimi yaradılan qurumlarda vaxtından əvvəl fəaliyyətlərini dayandırıblar. Səbəb isə qurumlarda təmsil olunan partiya sədrlərinin böyük iddialarda olmaları olmuşdur. Müsavatın AXCP (i)-ni, ADP-nin isə AMİP-i qəbul etməmsi də blokların dağılmasına təkan olmuşdur.
Düşünmək olar ki, partiya sədrləri etdikləri kobud səhvlərdən, nəhayət, nəticə çıxarıblar. Ancaq el məsəli var: qozbeli qəbir düzəldər. İddialı müxalif partiya sədrlərini də, tarixin arxivinə atılmaları islah edə bilər. Təbii ki, bu məsələnin də, reallaşması heç də uzaqda deyil. Tör-töküntüdən ibarət müxalifət yaxın vaxtlarda, ən uzağı isə parlament seçkilərinin rəsmi startı verilənə qədər fəaliyyətini dayandıracaq. Hələlik isə, müxalifət daim təsir altında olduqları anti-Azərbaycan mövqeli qüvvələri aldatmaqla məşğuldurlar. O mənada ki, müxtəlif striptizlər göstərən rəqqasələr kimi, atlanıb- düşür, sonra da BMT-yə saxta məktub ünvanlayan Ermənistanın xarici işlər nazirliyi kimi cəmiyyətə ünvanlanan yalançı bəyanatlar səsləndirirlər. Aradabir yığışıb, "biz birləşməyə meyilliyik" deyirlər. Martın birinci həftəsində də müxalifət partiyaları toplaşaraq, birlik yaratmaq ətrafında müzakirələr apardığı planlaşdırır. Amma nəzərə almaq lazımdır ki, dəfələrlə "Azadlıq" blokunda, "DUİ"də təmsil olunan partiyalar, eləcə də, Müsavat bu tip toplantıların keçirlməsinə qərar veriblər. Lakin iddialarının kifayət qədər böyük olması səbəbindən tədbirləri baş tutmayıb. Yəni Müsavat başqanı İsa Qəmbərovun bir, AXCP(i) sədri Əli Kərimovun başqa, KAXCP sədri Mirmahmud Fəttayevin isə digər tələb irəli sürməsi səbəbindən toplantılar baş tutmayıb. Daha konkret desək, Müsavat başqanı İ.Qəmbərov müxalifətin toplantısında yalnız "KAXCP", AXCP (i) və Müsavatın iştirak etməsinin vacibliyini söyləyir. Ə.Kərimov isə "Azadlıq" blokunda təmsil olunan partiyaların toplantıda iştirak etməyəcəyi təqdirdə, AXCP (i)-nin orada olmayacağını bildirir. M.Fəttayev isə bütün müxalifət partiyalarının toplantıya qatılmasının vacibliyini qeyd edir. Qısası bu və digər tələblərin mövcudluğu səbəbindən müxalifətin iddia etdiyi toplantılar baş tutmur. Araşdırmalara əsasən, demək olar ki, yaxın perspektivdə müxalifətin bir araya gəlməsi də mümkün deyil. Onlar pərakəndə və dağınıq halda seçkilərə qatılmağa çalışacaqlar. Bu isə, onların yenidən seçki məğlubiyyətlərini qaçılmaz edəcək. Hər halda, proseslərin inkişafı və araşdırmalar bunu deməyə əsas verir.

Digər xəbərlər