Müsavatla “AXP"-nin bölüşə bilmədikləri
Müxalifət düşərgəsində qalmaqda olan problemlərin obyektiv və subyektiv səbəblərinə müxtəlif rakurslardan yanaşdıqda, məlum olur ki, yaranmış məsələnin kökündə bir neçə amil dayanır. Birinci amil ondan ibarətdir ki, müxalifət cəbhəsində təmsil olunan qüvvələr sağlam rəqabət prinsipindən çox uzaqdır və bu problem özünü bütün hallarda büruzə verməkdədir.
Digər amil isə düşərgədə təmsil olunan şəxslərin şəxsi maraqlarına daima önə çəkməsi fonunda daha qızğın olayların cərəyan etməsidir. Maraqlı bir məqam ondan ibərətdir ki, müxalifət cəbhəsində təmsil olunan qüvvələr yaranışdan bu günə qədər bir-birinə qarşı dayanıblar. Bu baxımdan da son iki həftədə Müsavat başqanı İsa Qəmbərovla keçmiş AXP sədri Pənah Hüseynov arasında daha diqqətçəkən məsələlər baş verməkdədir. Uzun zaman eyni məsləkə xidmət etmiş bu iki şəxs arasında mövcud durumun yaranması da yoxdan yaranan bir şey deyil. Bir faktı da, vurğulayaq ki, P.Hüseynovla İ.Qəmbərov arasında kənardan isti təsir bağışlayan münasibətlər heç də göründüyü kimi deyil. Odur ki, İ.Qəmbərov da P.Hüseyenovu həmişə özünə qarşı ən real alternativ kimi görərək, bütün hallarda onun özünə qarşı yönəlmiş kanallarını kəsməklə qarşısını almağa çalışır. Etiraf etmək lazımdır ki, uzun müddət Müsavat daxilində baş verənlər P.Hüseynovun dəyirmanına su tökmüş olub. Sadə dillə desək, yoldaş P.Hüseynov Milli Məclisdə yenidən təmsil olunmaq üçün seçkilər ərəfəsi Müsavatı öz maraqları çərçivəsinə salmaq üçün onu istənilən bir qurumla birləşdirmək istəyindədir. Bu isə başqan tərəfindən, hələlik, birmənalı olaraq qəbul olunur. P.Hüseynovun istənilən bir məqamda onun yanında olduğunu bəyan edən müxalifətin ögeyləşmiş lideri İ.Qəmbərov seçkilərə müəyyən vaxtın qaldığını nəzərə alaraq, hələlik, çox sakit görünür. Digər bir tərəfdən isə, İ.Qəmbərov müxalifət düşərgəsində olan bütün dayaqlarını itirdiyi üçün P.Hüseynovu da əldən buraxmaq istəmir. Amma hiyləgər Hüseynov isə belə bir əlverişli məqamı olduqca gözəl dərk edərək, zamanında dəyərləndirmək istəyir. Bir fakt da ondan ibarətdir ki, dəfələrlə Müsavat sözçüləri P.Hüseynova partiyadaxili işlərdə bir qədər ehtiyatlı olmağı tövsiyə etmiş olmazdılar. Çünki Müsavat ali məclisinin və divanının toplantılarında aktiv iştirak edən P.Hüseynov, gündəmdə olan məsələlərə heç də biganə yanaşmayaraq, öz irad və təkliflərini bildirmişdir. Məhz bundan sonra müsavatçıların sərt təpkisi ilə qarşılaşan P.Hüseynov, ona bu istiqamətdə şərait yaradanların olduğunu etiraf etmişdir. Etiraf etmək lazımdır ki, Müsavat daxilində baş verənlərin bir ucu da P.Hüseynova bağlıdır. Sadə müsvatçılar isə qurumun normal bir istiqamətdə inkişafı üçün kənar şəxslərin partiyaya müdaxiləsinin qarşısının alınmasının vacibliyini bildirirlər. Hadisələrin bu istiqamətdə inkişafı isə, onu göstərir ki, Müsavat əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərin sonunda yenə də biabırçı uğursuzluqla üzləşəcək və kimlərinsə növbəti oyunun qurbanı olacaq.