PDF Oxu

Müxalifət

  • 9

Partiyalar parlament seçkilərinə necə gedir?

Partiyalar parlament seçkilərinə necə gedir?
Hər bir siyasi partiyanın sosial bazasının sayı və gücünün hansı səviyyədə olduğunu yalnız seçkilərdən-seçkilərə müəyyən etmək olur. Əgər siyasi partiyalar cəmiyyətdə sosial bazaya və reytinqə malikdirlərsə, o zaman həmin təşkilatların diqqət cəlb edə biləcəkləri və uğur qazanmaları mümkündür. Əks-təqdirdə, seçkiyə qatılan, ancaq uğursuzluğa düçar olan partiyalar fəaliyyətlərini dayandırmalıdırlar. Ən azı rəhbərlikdə təmsil olunan şəxslər istefa verməlidirlər. Bunu bəzi dövlətlərin təcrübəsinə əsasən demək olar. Yəni Türkiyədə, Fransada, Yunanıstanda və bu kimi digər ölkələrdə, fəaliyyət göstərən partiyalar seçkidə məğlubiyyətlərinə görə, siyasi arenanı tərk ediblər. Amma təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycan müxalifəti demokratik prinsiplərə riayət edib, ortaya siyasi iradə qoymaq mədəniyyəti mövcud deyil. Baxmayaraq ki, siyasi fəaliyyətlərləri ərzində radikal düşərgə təmsilçiləri keçirilən seçkilərdə uğur qazana bilməsələr də, siyasi fəaliyyətlərini davam etdirirlər. Bu isə onların siyasətə gəlir mənbəyi kimi baxdıqlarını göstərir. Düzdür, seçkilərdə, uğur qazana bilməyən partiyaların sıravi üzvüləri kütləvi şəkildə, istefa veriblər və yaxud başqa partiyalara transfer olunublar. Ancaq partiya sədrləri oturduqları sədrlik kreslosundan möhkəm yapışaraq, aşağıların istefa tələblərini qulaqardına vurublar. Bu gün də AXCP (i), Müsavat, ADP, AMİP, ALP kimi tör-töküntüdən ibarət radikal partiya sədrləri fəaliyyətlərini davam etdirir və qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini bəyan edirlər. Halbuki onların özləri də, seçkilərdə məğlub olacaqlarını dərk edirlər. Çünki bunu dərk etmək üçün kifayət qədər əsaslar mövcuddur. Birincisi, partiyaların seçki konsepsiyası mövcud deyil, ikincisi, sosial bazaları yoxdur, üçüncüsü isə, hər zaman maddi və mənəvi dəstək aldıqları xarici maraqlı qüvvələrdən məhrum olunublar. Amma radikal müxalifət təmsilçiləri bunun fərqində deyillər və yenə də boşboğazlığa yol verir, ultimativ bəyanatlarla çıxış edirlər. Hətta bir ara "KAXCP" sədri Mirmahmud Fəttayev müxalifətin yeni blokunun yaradılmasına nail olmaq üçün partiya sədrləri ilə danışıqlar apardı. Ancaq sonradan M.Fəttayevin özü müxalifətin yeni birliyinin əldə olunması üçün ideya irəli sürməsinin yanlışlıq olduğunu etiraf etdi. Çünki partiya sədrlərinin hər biri böyük iddialarla çıxış edir, M.Fəttayevin qarşısında tələblər irəli sürmüşlər. Əli Kərimov, İsa Qəmbərov kimi partiya sədrləri indidən yaranacaq yeni qurumun sədrinin özləri içərisində seçilməsini tələb etmişlər. Eyni zamanda, "Ümid" kimi partiyaların qurumda təmsilçiliyinə qadağa qoyulmasının vacibliyini söyləmişlər. Ziddiyyətli və qəbul edilməsi qeyri-mümkün olan tələblər səbəbindən M.Fəttayev birliyin yaradılması arzusu ilə partiya sədrləri ilə apardığı danışıqları dayandırmalı olmuşdur. Bütün bunlara əsaslanaraq, demək olar ki, müxalifət birliyi heç vaxt baş tutmayacaq və onların parlament seçkilərində məğlubiyyətləri qaçılmazdır.

Digər xəbərlər