PDF Oxu

Müxalifət

  • 12

“Yaman günə qoyulan müxalifətçi gənclər”

“Yaman günə qoyulan müxalifətçi gənclər”
Bu gün siyasət meydanın da kifayət qədər müxtəlif maraqlı qüvvələrin tör-töküntülərindən ibarət şəxs var. Bu biçarələr yalnız dirijor çubuğunun hərəkətlərinə əsasən fəaliyyətlərini qurmağa çalışırlar. Kimisi bu işin öhtəsindən gəlir, kimisi isə bu sahədə boş-boş danışmaqla işinin öhdəsindən gəldiyini zənn edir. Əlbəttə, istər daxildə istərsə də xaricdə düşmənlərimiz var.
Azərbaycanda hamı bilir ki, düşmən dəyirmanına su tökənlər hansa partiya fünksionerləridir və nə məzmunda sifarişlər, tapşırıqlar alırlar. Azərbaycnın göz qabağında olan inkişafını gözü götürməyənlər fürsət tapan kimi ən kiçik nöqsanları şişirdərək içtimaiyyəti çaşdırmağa yönələn açıqlamalar yaymağa çalışırlar. Amma, məram və məqsədlərini anlamayan bu nadürüstlər anlamırlar ki, cəhdləri nəticəsiz qalacaqdır. Nə qədər ki, bu xalqın ümumilli lider Heydər Əliyev kimi tarixi şəxsiyyəti və cənab İlham Əliyev kimi Prezidenti var və inkişaf davamlı olacaq. Ona görə də, bu xalq güclüdür və həmişə də güclü qalcaq. Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş məqsədyönlü siyasəti nəticəsində dövlətimiz daha da inkişaf edəcək və dünyadakı aparıcı yerini qoruyub, saxlayacaq. İstənilən maraqlı qüvvələrə isə boşboğazlıq və qeyri ciddi açıqlamalar vermək xəstəlikləri qalacaq.
Üzdəniraq müxalifət liderlərinin əsas fəaliyyət xətləri gənclərin beyinlərini qərəzli xəstəliklərlə yoluxdurub öz çirkin niyyətlərini həyata keçirməkdir. Məhz buna görə də, tora düşən gənclər müxtəlif cinayətlərin icraçılarına çevrilirlər. AXCP(i) sədri Əli Kərimovun toruna düşən Ruslan Bəşirli Gürcüstanda Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq qurmağa razılıq vermiş və bununla da Azərbaycanın daxili məsələlərini Yerəvana ötürməyə cəhdlər göstərməsini misal çəkmək olar.
Bu gün də, radikal müxalifətin "gənclər siyasəti" davam etdirilir. Hər zaman radikallar beyinləri hələ tam formalaşmamış gəncləri müxtəlif qarşıdurmalara məcbur etmək istəyirlər. Müsavat, AXCP(i), ADP, "Ümid" və AMİP gənclər birliklərinin üzvüləri arada bir bosslarının sifarişlərinə uyğun olaraq, iğtişaşlar törətməyə cəhd göstərirlər. Düşünürəm ki, bu cür pozucu qüvvələrin əl-qol açmasına imkan vermək olmaz. Bu şəxslərin siyasi fəaliyyəti araşdırılmalı və bu fikirlərin arxasında duran qüvvələri üzə çıxararaq ifşa etməli. Hətta onların cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq-mühafizə orqanları əməli fəaliyyətə keçməlidirlər. Nəzərə almaq lazımdır ki, dəfələrlə qarşıdurmaların, iğtişaşların icraçıları olduqlarına görə, müxalifətçi gəncələr məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilmişlər. Ancaq hümanistlik göstərən dövlətimiz onların əfv olunmasına qərar vermişdir. Həmin məram və məqsədlərini anlamayan gənclər və onların bossları isə hökumətimizin humanistliyini başa düşüb, qiymətləndirmirlər. Görünür, cəzadan nəticə çıxamayanların yenidən cəzalandırılmasına zərurət var.

Digər xəbərlər