PDF Oxu

Müxalifət

  • 13

“Azadlıq” blokunda Əli Kərimova inamsızlıq yaranıb

“Azadlıq” blokunda Əli Kərimova inamsızlıq yaranıb
Araşdırmalar və müxalifət düşərgəsində gedən proseslər, onu deməyə əsas verir ki, partiyaların dağılmasının başlıca səbəbi funksionerlərin səhv siyasət yeritmələridir. Bununla yanaşı, bir-birilərinə qarşı olan rəqib münasibətləri də partiyaların dağılmasını şərtləndirən amillərdən hesab olunur. Düzdür, bəzi partiya sədrləri daxili intriqaları ört-basdır etmək üçün müxtəlif məsləkələr qurub, şoular yaradırlar. Deyək ki, AXCP (i) sədri Əli Kərimov partiya daxilində hökm sürən qarşıdurmaları demokratiyanın təmini kimi qiymətləndirməyə çalışır. Partiyadan olan kütləvi istefaları da AXCP (i) sədri Ə.Kərimov siyasi situasiyanın labüd nəticəsi kimi dəyərləndirir. Ancaq reallıq ondan ibarətdir ki, AXCP (i)-nin hazırkı mərhələdə acınacaqlı durumla üzləşməsində Ə.Kərimovun özünün də az rolu olmayıb. Yəni Ə.Kərimovun dövlətə və milli maraqlara zidd siyasət yeritməsi və bunun fonunda siyasətə xaricdən aldığı maliyyə yardımı səbəbindən gəlir mənbəyi kimi baxması, AXCP (i)-nin qeyri-ciddi bir təşkilata sevinməsinə gətirib çıxarıb. Nəzərə almaq lazımdır ki, Ə.Kərimovun anti-Azərbaycan mövqeli qüvvələrlə işbirliyi olması ilə əlaqədar kifayət qədər sübutlar qeyd olunub. Hətta bu faktları bir zaman, Ə.Kərimovla eyni sırada olmuş, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Əvəz Temirxan, Əhməd Oruc və digərləri də səsləndiriblər. Elə ötən həftə Müsavat başqanı İsa Qəmbərov bəzi partiya sədrləri MTN-ə, bəziləri isə Rusiya və İrana işləyirlər deyərkən, söz yox ki, ittihamın müəyyən hissəsini Ə.Kərimova ünvanlamışdır. Çünki Ə.Kərimovun sözügedən ittihama bağlılığını təkzib edə bilməmişdir. Sadəcə, "biz əvvəlki illərdən fərqli olaraq, bu gün hər hansı bir qüvvə ilə əlaqələrə malik deyilik" deməklə kifayətlənmişlər.
Bir sözlə, Ə.Kərimovun yarıtmaz siyasəti rəhbərlik etdiyi partiyaya uğursuzluqlar gətirib. Demək olar ki, bu acınacaqlı proses AXCP (i) sədrinin təmsil olunduğu "Azadlıq" blokunda da davam etdirilməkdədir. Ancaq bir qədər sərt mövqe nümayiş etdirən "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva Ə.Kərimovun düşünülməmiş səhv siyasətinin acı nəticəsi olaraq, siyasi qurbana çevrilməkdən yayınmağa çalışır. Ötən gün "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısında Ə.Kərimovun fəaliyyətinin tənqid edilməsi də L.Hacıyevanın sözdən əmələ keçdiyini deməyə əsas verir. L.Hacıyeva mətbuata verdiyi açıqlamasında Ə.Kərimovu qeyri-etik davranışdan çəkindirə bilməyəcəkləri təqdirdə, "Azadlıq" blokundan kənarda yeni müxalifət formatının yaradılmasına səylər göstərəcəklərini bildirib. Onu da qeyd edib ki, yeni formatdan AXCP (i)-nin təmsil olunmaması üçün səylər göstərəcəklər.
L.Hacıyevanın yeni müxalifət formatının yaradılması sevdasına düşməsi, onu göstərir ki, "KAXCP" sədri Mirmahmud Fəttayevin düşərgə daxilində yeni blokun yaradılması ideyası reallaşacaq. Çünki M.Fəttayev parlament seçkiləri ərəfəsi dağınıq halda olan müxalifət partiyalarını bir yerə yığaraq, blok yaratmağa ümid bəsləyib. Bu məqsədlə də, "KAXCP" sədri partiya rəhbərləri ilə danışıqlara başlayıb. Məlumatlara görə, M.Fəttayev bir neçə partiya sədri ilə görüşərək, yeni bir blokun yaradılması məsələsi ətrafında onlarla danışıqlar aparıb. Söz yox ki, M.Fəttayev ideyasına dəstək qazanmaq üçün L.Hacıyeva ilə də görüşüb. Yəqin ki, bu görüşdə L.Hacıyevanın tələbi də irəli sürülüb: "Yeni yaradılacaq müxalifət blokunda AXCP (i) təmsil olunmamalıdır. Yəqin ki, M.Fəttayev L.Hacıyevanın özündən narazı salmamaq üçün ultimativ tələbi qəbul etməli olacaq. Bu isə, Ə.Kərimovun müxalifət düşərgəsində təmsil olunan əqidə yoldaşları arasında da qəbul olunmadığını və artıq siyasi cəhətdən məhvə sürükləndiyini göstərmiş olacaq. Bundan sonra, Ə.Kərimovun siyasətdə qalıb-qalmayacağı özünə nə qədər hörmət edib-etməməsindən asılı olacaq.

Digər xəbərlər