PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimov həm özünü və həm də partiya üzvlərini aldadır

Əli Kərimov həm özünü və həm də partiya üzvlərini aldadır
"İnsan yalan danışmaqdan yorulmazmı?" sualına AXCP (i) sədri Əli Kərimovun timsalında "bəzi insanlar yorulmur" cavabını vermək olar. AXCP (i)-çilər arasında bütün nüfuzunu, inamını, güvənini itirən Ə.Kərimov indi də müxtəlif çirkin yollara əl atır ki, özünə inam qazansın. Amma başa düşmür ki, inamı qazanmaq üçün əl atdığı yol çirkin yoldu və o, bu yolla heç nə əldə edə bilməz.
Məlumdur ki, ölkəmizdə keçirilən bütün seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan müxalifətçilərdən biri də AXCP (i) sədri Əli Kərimov olub. Hər bir seçkidə məğlub olduqdan sonra "Yurd" şefi özünə təskinlik verib və partiya üzvlərinə yalan vədlər verərək, növbəti seçkilərdə nəticə əldə etmək ümidi ilə yaşayıb. Lakin nə fayda? Köhnə hamam, köhnə tas. Bunun səbəbi isə onun siyasi iradəsinin, fəallığının, bilik və təcrübəsinin az olması və ümumiyyətlə, olmaması ilə bağlı olub.
Ölkəmizdə keçirilən sonuncu bələdiyyə seçkilərindən sonra hakim partiya olan YAP-ın, bütün seçkilərdə olduğu kimi, yenə də qələbə qazanması bir daha sübut etdi ki, xalqımız hakim partiyaya inanır və onun siyasətini dəstəkləyir. Bütün bunları görən müxalifətçilər isə daha dəhşətli qorxu keçirir və təşvişə düşür. Bu təşviş isə Ə.Kərimovun partiya daxilində keçirdiyi iclasında partiya üzvlərinə yalan vədlər verməsi ilə nəticələnib. AXCP (i) sədri Əli Kərimov iclasda parlament seçkiləri ilə bağlı fikir bildirib və bu seçkilərdə nəticə əldə edəcəklərini bəyan etsə də, AXCP (i)-çilər onun sözünü yarımçıq kəsərək, bəziləri iclası tərk edib, bəziləri isə Əli Kərimovu sərt tənqid edərək, onun hər dəfə seçki öncəsi yalan danışdığını və verdiyi vədlərə əməl etməməsini, həmçinin, partiya sədrliyindən istefa verməsini istədiklərini bildiriblər. Bütün bu iradların qarşısında susan AXCP (i) sədri Əli Kərimov sonda belə qeyd edib ki, bu tənqidlərlə razılaşır. Çarəsiz qalan Ə.Kərimovun bu hərəkəti həm də onunla bağlıdır ki, o, yalan danışdığını qəbul edib və bu yalanın daha da böyüyüb, onun üçün faciəyə çevrilməsinə səbəb olmamasını istəyib.
Artıq "Yurd" şefinin vəziyyəti olduqca gərgindir. Bu gərgin vəziyyətə Ə.Kərimov çox tab gətirə bilməz və tezliklə geri çəkilmək məcburiyyətində qalacaq.
Onu da qeyd etmək lazımdır ki, AXCP (i)-nin digər müxalifət partiyaları ilə Müsavat, "ALP", "MBH" ilə də aralarında ciddi münaqişələr davam etməkdədir. Bütün bu problemlərin içində Ə.Kərimov ağlını itirib desək, yalan olmaz.

Digər xəbərlər