İsa Qəmbərov yenidən aranı qarışdırıb
Cəmiyyətdə uğursuzluq, siyasi proseslərdə məğlubiyyət yalnız və yalnız siyasətçinin özünün zəifliyindən yaranır. Yəni iradəsizlik, təşkilati qabiliyyətsizlik nəticə etibarı ilə siyasətçinin cəmiyyətdə gedən ictimai-siyasi prseslərdən kənarda qalmasına gətirib çıxarır. Konkret misal kimi hazırkı müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin nə cəmiyyət, nə də təmsil olunduqları partiyalarda qəbul olunmamalarını göstərmək olar. Bu ünsürlər 20 ildən artıq siyasətdə olmalarına baxmayaraq, siyasi proseslərdə cüzi belə uğur əldə edə bilməyiblər. Bütün taleyüklü tədbirlərdə məğlubiyyətə düçar olublar. Dəfələrlə antimilli siyasət aparmalarına görə, ictimaiyyət onları tənqid edib, Azərbaycan hüquq-mühafizə orqanlarından bu tiplərin məsuliyyətə cəlb edilərək, cəzalandırılmasını tələb etmişlər. Amma nə fayda ki, müxalifət ünsürləri ictimai rəydə onlara olan mənfi münasibətdən nəticə çıxarmayıblar. Əksinə, siyasi situasiyaya uyğun olaraq həyasız fəaliyyətlərini daha geniş şəkilə davam etdiriblər. Bu da onların güclü şəkildə xarici maraqlı qüvvələrin təsiri altında olmalarından irəli gəlir. Yəni, anti-Azərbaycan mövqeli qüvvələrdən maliyyə asılılığı radikal qüvvələri onlardan asılı vəziyyətdə qoyub.
Maraqlı məqam ondan ibarətdir ki, maliyyə payları kəsilən bəzi partiya sədrləri düşərgənin xaricdən maliyyə alan əqidə yoldaşlarını ifşa etməyə və bununla da yardım alan partiya sədrləri siyahısında onların adlarının olmadığını nümayiş etdirməyə çalışırlır. Bir qədər əvvəl Müsavat Ali Məclisinin toplantısında İsa Qəmbərovun "Bəzi müxalifət partiya sədrlər MTN-ə, bəzisi isə Rusiya və İrana işləyirlər" deməsi də bu qəbildən olan bir-birini ifşaetmə kampaniyalarındandır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, İ.Qəmbərovun gecikmiş hesab olunan bəyanatı müxalifət düşərgəsində aranı qarışdırıb. Partiya sədrləri bir-birini tənqid və təhqir etməklə İ.Qəmbərovun açıqlamasında yer alan fikirlərin onlara aidiyyatı olmadığını göstərməyə çalışırlar. AXCP (i) sədri Əli Kərimov və ADP sədri Sərdar Cəlaloğlu xususi bəyanat yayaraq hazırkı, mərhələdə hər hansı qüvvələrlə ( bu mənqiqlə, demək olar ki, bundan əvvəlki mərhələyə qədər onların hər cür yaramaz maraqlı qüvvələrlə əlaqələri olub -İ.Ə.) əlaqələrinin olmadığını bəyan ediblər. "Ümid" partiyasının sədri İqbal Ağazadə ABŞ-də səfərdə olduğu zaman "ACP"-nin mühacir lideri Rəsul Quliyevlə görüşərək, onunla İ.Qəmbərovun fəaliyyətini "müzakirə" etmişlər. R.Quliyev bir-iki maraqlı fərdlərdən özgə hər hansı ciddi qüvvə ilə əlaqələrinin olmadığını söyləyib. İ.Ağazadə də öz növbəsində, "Qərbə işləməkdənsə, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etmək daha qürurludur" deyə bildirib. Hər iki tərəf İ.Qəmbərovu onlara şər atmaqda günahlandırıblar: "İ.Qəmbərovun özü ABŞ-ın maraqlı qüvvələri ilə, o cümlədən, SOROS fondunun yarımçıq məxluqları ilə əməkdaşlıq edir. Bununla bağlı kifayət qədər misallar çəkə, faktlar göstərə bilərlər."